(video) "Biz dərnək, bir körpü yaratdıq

  • 11.02.2019, 07:47,
  • Sosial
  • Oxunma: 4 109

Türkiyəyə ilk dəfə ayaq basan tələblərlə  nəhəng Türkiyə dövləti arasında”

Bu fikirlər İstanbul Universitetin iqtisadiyyat fakültəsinin son kurs tələbəsi, ərkivanlı Toğrul Xıdırova məxsusdur. Bu, o Toğruldur ki, biz onun və böyük uğurlara imza atmış digər 3 tələbə qardaşı haqqında cenubxeberleri.com saytının “Yurda şərəf gətirən oğullar” adlı yazıda ətraflı məlumat vermişdik (Həmin yazının linkini əlavə edirik- http://cenubxeberleri.com/idman/1380-yurda-sheref-getiren-ogullar.html ).

Toğrul mövzusuna təzədən ona görə qayıtdıq ki, o, təkcə əlaçı tələbə kimi yox, bir ictimai fəal kimi də  Türkiyənin aparıcı universitetlərindən  sayılan İstanbul universitetində ictimai fəallığı, təşkilatçılığı ilə çox seçilir. Onlar bu günlərdə Türkiyədəki Azərbaycandakı tələbələri bir araya gətirəcək bir dərnək təşkil ediblər. Bu günlərdə Bakıda olan Toğrul bəy bizimlə söhbətində bildirdi ki, bu dərnəyi yaratmaqda məqsədimiz  körpü rolun oynamaqdır. Hər il Türkiyəyə  təhsil almaq üçün yüzlərlə, minlər azərbaycanlı gənc gəlir. Onlar çox təcrübəsizdir.  İlk vaxtlar çox tezliklə yad təsirlərin, cərəyanların təsirinə düşürlər. Biz həmin dərmək vasitəsi ilə bu gənclərə bələdçi olmaq, eləcə də Azərbaycan dəyərlərini Türkiyədə təbliğ etməkdir. Ən yaxın tədbirimiz Xocalı soyqrımının anım günü ilə bağlı olacaq. Həmin tədbirə çox dəyərli həmyerlimiz Mübariz Mənsimovun da qatılacağı gözlənilir. Həmçinin tədbirlərimizdə millət vəkili Qənirə Paşayeva, digər dəyərli insanlarımız da iştirak edir.

Toğrul Xıdırov Bakıda olarkən Azərbaycan Televiziyasının qonağı olub. Həmin görüş barəsində süjeti sizə təqdim edirik: 

Hazırladı : Elcan Bəhlulzadə

Rəy yaz
Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter