Burada bir gənc darda qalıb hayqırır

  • 03.03.2019, 06:05,
  • Sosial
  • Oxunma: 21

Ailənin yeganə övladı, 21 yaşlı gənc ölümlə həyat arasında çarpışır.

Masallıdakı  “Ümidim sənsən” ictimai birliyini sədri Fidan Abbaslı bir gəncin xilası üçün icra hakimiyyətinin rəsmi tədbirində haray çəkdi.

Tural Ağazadənin  21 yaş var. Gənc ailənin yeganə övladıdır. Bacısı 9 yaşında dünyasını dəyişib. Atası bir neçə dəfə ürək əməliyyatı olunub. Özü Bakıda Kollecdə oxuyur. Qəfildən böyrəyində ciddi problemlər yaranıb. Ölümlə həyat arasında çarpışır. Həkimlərin bildirdiyinə görə onun bədəninə yeni böyrək köçürülməlidir. Buna isə küllü miqdarda vəsait lazımdır.

Heydər Əliyev Fonduna, Mehriban xanım Əliyevaya müraciətdən sonra Səhiyyə Nazirliyi müalicə xərcinin, 35 min manatını ödəməyi vəd edib. Bundan əlavə böyrək üçün təxminən 35-40, və sonrakı müalicə üçün 10 min manata yaxın pul lazımdır.

Atasının bildirdiyinə görə bir neçə qohum ona böyrəyini təklif etsə də, alınmayıb. Belə ki, Turalın böyrəyi 1+ olduğu halda  təklif edən qohumların böyrəyi 2, ya 3 olub.

Əgər kimsə 1+ oğlan böyrəyi təklif edərsə, müalicə xərcləri asanlaşar.

Atası Niyazi Ağazadənin bildirdiyinə görə, bu vaxta qədər yardın hesabına 3 min manatdan artıq pul köçürülüb. O bildirir ki, heç tanımadığım adamlar Allah rizasına 100, 200, 300 manat pul ödəyiblər.

Rayondakı “Ümidim sənsən” ictimai birliyi bununla bağlı  aksiyaya başlayıb. Birliyin sədri Fidan Abbası bildirib ki, bu işlə əlaqədar qrup yaratmışıq. Namiq, Rəmziyyə,  Sabir, Xamməd, Elçin   və başqalarının köməyi ilə xüsusi foto-müraciətlər hazırlayıb əhalinin gur olan yerlərinə yapışdırmışıq. Bizə ilk səs verən Masallıdakı Regional Dövlət Kollecinin rəhbər Vidadi Nəzərov, onun müəllim və tələbə kollektivi oldu.  Bədəlanlı gənclər də bu aksiyada xüsusi fəallıq göstərirlər.

Fidan Abbaslı daha sonra deyib: - Bu günlərdə  icra hakimiyyətində Şura iclası keçirilib. Fürsətdən istifadə edib, söz alaraq  Turalın problemi ilə bağlı iclas iştirakçılarına müraciət etdim. Real vəziyyəti iştirakçıların nəzərinə çatdırdım. İş adamlarını, məmurları, deputatları, mollaları... Turala dəstək olmağa çağırdım. Rayon icra hakimiyyəinin  başçısı Rafil Hüseynov da bizim təklifimizə ciddi dəstək verərək hamını ona dəstək olmağa səslədi.

Biz bildiriş vərəqələrini paylamaqda davam edirik. Yardımçı olmaq istəyənlər   Respublika Bankındakı

380 194404069899701 nomrəli hesaba  (şəxsiyyət vəsiqəsinin nömrəsi 05826459) həm banklardan, həm də MİLLİON  aparatlarından faydalana bilərlər.

İnanırıq ki, imkanı olan hər kəs 21 yaşlı bir gəncin həyatının təhlükədə qalmasına imkan verməyəcəklər.

Turala yardımçı olun!

Əfsanə

 

Rəy yaz
Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter