QİÇS nədir – amansız “qatil”, yaxud “mehriban düşmən”? (foto və videolar)

O, necə deyərlər, hamıya həm yaxın, 

həm də uzaqdır. Zamanında müayinə edilsə,

 azı 10 il bu xəstəliklə yaşaya da bilər, əksinə...

Son 10 illiyin ən çox yayılan xəstəliklərindən biri də çoxunun “SPİD” adlandırdığı QİÇS xəstəliyidir. Adın çox eşitsək də, bəzən fərqinə varmırıq, elə bilirik ki, bu xəstəlik çox uzaqlarda, yaxud da qeyri-sağlam həyat şəraiti yaşayan insanlarda baş verir.

Bu günlərdə Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Bakı LNN otelində region jurnalistlər üçün keçirtdiyi tədbirdə bu suallara olduqca dolğun cavablar verildi. Həm mərkəzin mütəxəssislərinin çıxışları, həm iştirakçılara təqdim olunan bukletlər, nümayiş etdirilən video roliklər çox mətləblərə aydınlıq gətirdi. 

Təlim belə adlanırdı - "KİV-lərin QİÇS-lə bağlı stiqma və diskriminasiyaya qarşı mübarizədə rolu"

Tədbirdə Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Esmira Alməmmədovanın, Mərkəzin Amblator yardım şöbəsinin müdiri Gülşən Cəfərovanın və media-trener Ceyhun Nəcəfovun ətraflı və çox əhəmiyyətli çıxışları, suallara verdiyi cavablar kifayət qədər maraqlı və dəyərli idi.

Treninqdə cenubxeberleri.com saytı bir neçə əməkdaşı və könüllüsü ilə təmsil olunurdu.

Treninqdə bir neçə jurnalist könüllü olaraq İİV-yoxlamasından keçdi. Həmin yoxlamaya cəmi 10 dəqiqə bəs etdi ki, virusun olub-olmaması bilinsin! 

İndi isə QİCİS-lə bağlı əldə 

etdiyimiz bilgilərin bəzisini 

sizinlə payalaşmaq istəyirik-

  • İİV-ə yoluxmuş insanı xarici görünüşünə görə digərlərindən ayırmaq mümkün deyil.
  • Yəni, tam sağlam bildiyiniz insanda da bu xəstəlik ola bilər.
  • Xəstəlik gizli gedir, lap 8-10 il gizli qala bilər. Aşkarlananda isə fəsadları kəskin olur.
  • Tövsiyə edilir ki, hamı müayinədən keçsin.
  • Müayinə Növbəsiz, Göndərişsiz və Pulsuzdur.
  • Siz yaşadığınız ərazisindəki xəstəxanalarda, eləcə də regional mərkəzlərdə-Lənkəranda, Şirvanda Sumqayıtda, Mingəçevirdə, Salyanda, Yevlaxda, Naxçıvanda, Qubada müayinədən keçə bilərsiniz.
  • Bundan əlavə Respublika QİÇİS-lə Mübarizə Mərkəzinə (Bakı şəhəri, Mir-Qasımov küçəsi, 1/18, 0 12 5100869) müraciət etməklə bütün suallarınıza ətraflı cavab ala və pulsuz müalicə imkanları əldə edə bilərsiniz.
  • Qaynar xətt- o12 408 79 74 (Səhər 9-dan axşam 9-dək)
    WWW/ aids

----------------------

Daha nələri bilməyiniz vacibdir?

Cənub bölgəsi izləyicilərinə çatdıraq ki, bu sahədə xəstəliyə yoluxanlar Astara və Masallıda daha çoxdur.

Burada miqrasiyanın güclü olması və narkotikə kəskin aludəçilik öz mənfi sözünü deyir.

Xatırladaq ki, Testdən keçmə məcburi deyil. Amma olduqca vacibdir. Hətta bildirdilər ki, Şirvanda təlim zamanı testdən keçən hər şəxsə 5 manatlıq BakCELL kartı da verilib ki, həvəslinsinlər.

Hüquq mühafizə orqanlarının müraciəti olması, heç kimi müayinədən keçməyə məcbur etmək olmaz.

Yoxlanışdan sonra məlumat ancaq vətəndaşın özünə verilir, heç ailə üzvünə də bildirmirlər.

Lakin QİCS xəstəsi ailə quranda bunu qarşı tərəfə bildirməlidir.

QÇİS hələ ölüm deyil. Vaxtında aşkarlananda viruslar tam sağalmasa da dondurulur və belə xəstələri bəzən 10 il və daha çox yaşaya bilir.

Araşdırmalar nəticəsində bəlli olub ki, stomatoloji kabinetlərdə,  qadın salonlarında, eləcə də masaj salonnlarında yoluxanlar daha çox olur. Hətta həkimin özündən də yoluxma ehtimalı var.

Hipatit S-yə tutulanların müalicəsi mümkündür. QCİS   əsas əlamətləri vərəm, bəd xassəli şişlər, göz axəstəlikləridir.

Bu xəstəliyin yaşı 

elə də çox deyil.

Xəstəliyin tarixi son 35 ili əhatə edir. Tibb elmi  onun tam müalicəndə hələ ki acizdir.

Bu xəstəlik Azərbaycanda ilk dəfə 1987-ci ildə    afrikalı tələbədə aşkar edilib.

2006-ci ilə vəziyyət daha gərgin idi.  Xəstəliyə tutulanlar qısa vaxtda ölürdü. Elə ilk  diaqnozda deyirdilər ki, öləcəksən. Son illər isə tam sağaltamasalar da, prosesi donudra bilirlər. Onu da xatırladaq ki,  72 saat ərzində dondurulmursa, 1 viirusdan 10-u törəyə bilir.

Bu xəstəliyə yoluxmamaq üçün bütün hallarda ehtiyatlı olmaq lazımdır. Hətta kimlərsə qan qardaşlığına qərar verib, qanlarını bir-birinə qarışdıranda da ehtiyatlı olmalıdırlar.

İnsanlar bir-birinə qan verəndə də çox ehtiyatlı olmalıdırlar. Çinsi yolla bu xəstəliyə yoluxma riski daha çoxdur. Buna görə intim münasibətlərdə qoruyucudan istifadə etmək çox vacibdir.

QCİS  antivirusu tutmur, onu görmür. Ona görə xəstəlik uzun müddət gizli gedə bilər.

İlk əlamətlərə o da daxildir ki,   imfa vəziləri öyüyür, boyun arxasında qulaqda ilk işartılar bilinir. Yaxşı yesə də, kökəlmir,  bağırsaq sistemində pozulmalar olur.

Özünüzə, sağlamlığınıza  diqqətli olun. Deməyin ki, möminəm, sağlam həyat tərzi keçirirəm. Heç xəyalınıza gəlməyən şəraitdə bu xəstəliyə tutula bilərsiniz. Ona görə, pulsuz, növbəsiz, göndərişsiz müayinə xidmətindən istifadə edib, həyatınızı risklərdən qoruyun.

Sonda bir statistikanı da xatırladaq ki, təkcə ötən il Azərbaycanda 656 nəfər bu xəstəliyə yeni yoluxub ki, onun da  630 nəfəri Azərbaycan vətəndaşıdır.

Arzu Əliyeva

 



 

 

 

Rəy yaz
  • Yazarlar
  • Elanlar
  • PDF

Zahir Amanaov

  • 21:19
  • 490

Təcili satılır!

  • 04:07
  • 1 934
Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter