“Mən sənətimin xəstəsiyəm”

Hər il 1,7 milyon manat vergi ödəyən   sahibkar Xudayar Rəhimovun  çəkdiyi və keçdiyi yollar

Bu gün hamının bir-birini günhalandırdığı günlərimizdə kimisə çox yaxşı kimi təqdim etmək elə də asan deyil. Xüsusən, sahibkar olan, əli “pulla oynayan” insan ola. İldə vergiyə, sosial ayırmalara 2 milyon manat pul ödəyə. Belə sahibkarın öz qazancı nə qədər olar?

“Tikdiklərim o qədər çoxdur ki, adla yox, rəqəmlə sadalaya bilərəm”

X. Rəhimov: - İlk əsərim, ilk tikdiyim bina, 27 yaşında iş icraçısı kimi çalışdığım vaxt, Bakının Suraxanı rayonunda  inşa etdiyim 10 saylı uşaq bağçası oldu. Bundan sonra inşaat dünyasına elə bağlandım ki, tikdiklərimin sayın-hesabını az qala itirdim. Təxminə yadda qalanları sıralasam 

Gəyəçöllü oğlanın tərcümeyi-halına, həyat yolun ötəri bir nəzər

Rəhimov Xudayar Hənifə oğlu   1956-cı ildə Masallı rayonunun Gəyəçöl kəndində anadan olub. Doğma kəndlərində orta məktəbi fizika-riyaziyyat təmayülü üzrə bitirdikdən sonra özünün böyük istəyi ilə Azərbaycan İnşaat Mühəndisləri universitetinə daxil olub. Öz dili ilə desək, hələ orta məktəb illərində yüksək mərtəbəli, göydələn binalar tikmək arzuları ilə yaşayır, bu barədə olmazın xəyallar qururmuş.  Daha sonra Rusiyanın Penza şəhərində hərbi xidmətə gedib və burada inşaat işlərində çalışıb.

Çalışdığı vəzifələr:

Nəhayət “Elnur-2” firması yaradaraq sahibkarlıqla məşğul olub

Azad sahibkarlıq sahəsində ən önəmli fəaliyyəti 2013-də cənub bölgəsində həmin dövr üçün tam müasir texnoloji avadanlıqlarla təmin edilmiş Asfalt-beton zavodunu tikməsi oldu. X. Rəhimov bu addımı ilə rayondakı digər asfalt-beton zavodlarını da xoş rəqabətə çəkir və onlar da X. Rəhimovla ayaqlaşmaq üçün avadanlıqlarını təzələyir, müasirləşdirir.

Beləliklə, X. Rəhimov məktəb, bağça, xəstəxana tikintisi ilə yanaşı, yol tikintisində də öz qüvvəsini sınayır və kifayət qədər uğurlar qazanır. 

Bəs bu uğurların sirr nədədir?

X. Rəhimov:- İşləri kompleks görməyi xoşlayıram. Yəni,  yol çəkilişi və tikinti işi ilə bağlı olduqca peşəkar komandamız var. Sərəncamımzda onlarla ən müasir texnika. asfalt zavodu, qapı-pəncə, metlax sexi, digər yardımçı qurumlar yaratmışıq.

Sual: – İndi keyfiyyətsiz yollardan narazı olanlar kifayət qədərdir. Elə Masallı şəhərinin özündə, hər 6 aydan bir az qala yollara 100-dən artıq yamaq vurulur, bunların da heç 1-2 aylıq ömrü olmur.

  • Öncə onu deyim ki, mən hamının adından danışa bilmərəm. Şəxsən özüm çəkdiyim yollar barədə hər hansı tənqidə hazıram. İlk yol işim Masallıda oldu.   Daha sonra Masallı ilə yanaşı Cəlilabadda, Astarada yollar çəkdim və çəkirəm. Bu yolların bir qismini rəhbərlik etdiyim   Elnur-2 şirkətinin,   bir qismini isə  ötən il rəhbəri təyin edildiyim 46 saylı Yol-MMC-nin xətti ilə reallaşdırmışam.
  • Qaldı ki, yamaqlı yollar məsələsinə. Unutmayaq ki, Masallı rütubətli yerdir, 2-ci, bu layihələrdə su ayrıcları nəzərdə tutulmayıb, ən başlıcası həmin yolları çəkənlər də standartlara tam əməl etməyib.
  • Yəni, demək istəyirsiniz ki, siz çəkdiyiniz yollarda, necə deyərlər, heç əliəyrilik, “yağa su” qatmaq halları olmur?
  • Yol tikintisi elədir ki, hər şey göz önündədir. Bu, ucqar kənddə bir tövlə tikintisi deyil ki, nəyisə xəlvətdə gizlədəsən. Pis yol çəksəm, burada dediklərimdən yapışıb deyərlər, budur sənin yaxşı dediyin yol?  Vaxt ayır, gedək, bir neçə il öncə çəkdiyim yolları sizə göstərim, ətrafdakı insanların da fikrini öyrənin. Saxtakarlıq,  haram pul mənim nəyimə lazımdır? Özəl şirkətə-Elnur-2-yə rəhbərlik edəndən sonra hər il  hökumətə, vergiyə 1, 7 milyon, sosial ayırmalarla birgə 2 milyon manata yaxın pul ödəyirəm. Deməli, 3 bu qədər qazancım olur ki, bu qədər vergi ödəyirəm. Elə bir böyük ailəm də yoxdur. 2 oğlum var-biri polis, biri maliyyə sistemində rəhbər sahədə işləyir. Mənə heç ehtiyacları yoxdur. 

Tam məsuliyyətlə deyirəm ki, nə hökumətin, nə də kimsənin qarşısında gözügölgəli işim yoxdur.

-Necə olur ki,   tenderlərdə  əsasən siz qalib olursunuz?

-Yuxarıda qeyd etdiyim kimi 300 nəfərə yaxın peşəkar komandamız, müasir texnikamız,  mükəmməl iş təcrübəmiz var. İşimizdə dəqiqik, qənaətçilik, yüksək keyfiyyət başlıca göstəricidir, ən başlıcası fəaliyyətimzdə saxtakarlıq yoxdur. Yəqin tenderin təşkilatçıları bunları nəzərə alıb, bizi qalib edirlər.

- Heç xeyriyyəçilik edirsiniz?

Xeyriyyəçilik mənim amalımdır. Və bundan zövq alıram. Dostlarım hətta məni çox ürəyi yumşaq olmaqda günahlandırırlar.  

Necə deyərlər, mənə əl uzadanı, məndən kömək umanı heç vaxt əliboş, namüd qaytarmamışam. Detalları isə, zəhmət olmasa,  özünüz araşdırın. Siz ki, (gülə-gülə) qaşınmayan yerdən də qan çıxardırsınız. Araşdırın, dəqiqləşdirin.

Biz də həmin “qaşınmayan” yerlərlə maraqlandıq. Xudayar müəllimin dostları və  yaşadığı kəndin sakinləri bildirdilər ki, Xudayar müəllim aşağıdakı xeyriyyə işlərini görüb:

“Təvazökənarlıqdan bır qədər kənar olsa da bildirim ki,, mənə nə  pulla ,nə təriflə, nə də hədə-qorxu ilə təsir etmək mümkünsüzdür.

Xudayar müəllim onu da vurğuladı ki,  sosial bir qurum deyiləm, hamının ehtiyacını ödəyəm. Lakin təhsilə, mədəniyyətə aid dəyərli təkliflər olarsa, belə layihələrə dəstək verməyə hazıram.

Xudayar müəllimlə söhbətimiz çox şaxələndi. Bəlli oldu ki, yaxşılıq etdiyi bəzi insanlarda xəyanət görməsi ona çox pis təsir edib. Qətiyyətli, cəsarətli, işinin ustası olanları çox sevir.  “Təvazökənarlıqdan bır qədər kənar olsa da bildirim ki, mənə pulla, nə təriflə, nə də hədə-qorxu ilə təsir etmək mümkünsüzdür”.

Xudayar müəllim:- Cəmiyyətə kifayət qədər açığam. Yəqin ki, bu yazını sayta, FB səhifəsinə yerləşdirəcəksiniz. Kimin nə iradı, nə gileyi, nə təklifi var-açıq yazsın, cavablandırım.

Onu da deyim ki, doğma Masallıma, eləcə də onun bir parçası olan Gəyəçölə çox bağlıyam. Bununla qürur duyuram. Sevinirəm ki, yaxından təşəbbüsümlə Gəyəçöldə uşaq bağçası ən müasir formada təmir olunub. Avadanlıqla təmin edilib. Son illər istisna olmaqla İndi ölkədə əgər 5 məktəbin əsaslı təmir edilirsə, onun biri Gəyəçöldə tikilir. Gəyəçöldə yoldan. qazdan, işıqdan tutmuş, digər sosial məsələlər demək olar ki, çox şey yolundadır.

Hər təzə binanı istifadəyə verəndə sanki yenidən doğuluram. Hazırda rəhbərlik etdiyim  Astarada və Lerikdə  Prezidentin Ehtiyat Fondundan ayrılmış vəsaitlə, hər biri 3 milyona yaxın dəyərində olan 2 yaşayış binalarının (hər biri 48 ailəlik) payçılarından biriyəm.  Təsəvvür edin. 100-ə yaxın ailə, 400-500 insan mənzil sevinci yaşayacaq. Buna necə sevinməyəcən.

Xudayar müəllimə şöhrətə can atmasa da, özünün bildirdiyinə, heç xəbəri olmadan bir gün eşidib ki, ona  Əməkdar İnşaatçı adı verilib. Bundan öncə isə “Tərəqqi” medalı alıb.

Yeri gəlmişkən, Xudayar müəllim saytımız vasitəsi ilə bəyan etmək istəyir ki, bu il ali məktəbə maksimum balla qəbul olunacaq masallılı tələbə üçün hər ay 200 manat mükafat ayırır

Xudayar Rəhimov: - Mərd, mübariz, haqqı üçün döyüşən, savadını işində reallaşdıran, geniş dünyagörüşlü insan görəndə ruhən çox rahat oluram. Ətrafımızda nə qədər güclü adam olsa, o qədər güclü olarıq.

Hazırladı: Zahir Əmənov

R



Rəy yaz
  • Elanlar
  • Yazarlar
  • PDF

Zahir Amanaov

  • 21:19
  • 1 275
Aliexpress WW
Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter