Oğrunu qorumağın Cəlilabad nümunəsi


Heyf ki, bu “nümunənin”

 qəhrəmanı polislərdir

Oğurluq hadisəsini törədib, etdiyi cinayət əməli bütünlüklə sübuta yetirilən adamın cəzasız qalması, polis zabitləri tərəfindən himayə edilməsi faktı ilə bağlı təfərrüatı ilə yazılan şikayət ərizəsində bu sual bir neşə təkrarv olunur?

Şikayətçi  Bakının Xətai rayonu, M. Hadi küçəsi ev 7 b, mənzil 48-də yaşayan Həsənov Vüqar Adil oğludur.

Şikayət məktubunda Cəlilabad rayonu Babək küçəsində yerləşən, Həsənov Adil Xanhüseyn oğluna ( V. Həsənovun atası-red) mıxsus olan “İmperial” şadlıq sarayından Məmmədov Tərlan Məhəmməd oğlu tərəfindən 2018-ci ilin iyun ayının 25-də oğurlanan videokamera və şəkilçıxaran aparatından bəhs olunur. Məktubda o da bildirilir ki,  az qala 1 il öncə baş verən oğurluq hadisəsi Cəlilabad RPŞ İB-nin tədqiqatçısı, polis kapitanı Xalid Feyziyev, müstəntiq Gündüz Haxızadə və  müstəntiq Rövşən  Rzayev  tərəfindən ayrı-ayrı vxtlarda birtərəfli olaraq araşdırılıb və əslində cinayət törədən tərəfə haqq qazandırılıb. Hər üç asayiş müdafiəçisi olan tədqiqatçı müstəntiqlər açılan cinayət işinə xitam verməklə öz işlərinə qarşı soyuq münasibət sərgiləmiş, polis adına yaraşmayan əməllərə imza atmışlar.

Belə ki, polis kapitanı Xalid Feyziyev 2018-ci ilin avqust ayının 16-da zərərçəkmişlər Həsənov Adil Xanhüseyn oğluna və Həsənov Vüqar Adil oğluna göndərdiyi qoşma vərəqi 03 səhifədən ibarət olan 142-19437-1218 N-li məktub göndərmişdir. Məktubda oğurluq hadisəsiilə bağlı araşdırma apardığını və toplanmış matrealları əsas gətirərək cinayət işinin rədd edilməsi haqqında qərar qəbul etdiyini zərərçəkmişlərin nəzərinə çatdırır.

Zərərçəkənin tətqiqatçı polisin rədd qərarı ilə razı olmadığı haqda növbəti şikayət ərizəsindən sonra  rayon nprakurorluğunda yenidən cinayət işi qaldırılır və təkrar istintaq aparılması üçün Cəlilabad RPŞ-nə göndərilir.

Bu dəfə Rayon Polis Şöbəsinin İstintaq Bölməsinin müstəntiq Gündüz Haxızadə məlum oğurluq hadisəsib ilə bağlı araşdırma aparmalı olur.  Lakin müstəntiq Gündüz Haxızadə  günün gündüz vaxtında haqqında bəhs olunan oğurluq hadisəsini “görmür” (yaxud görmək istəmir-red). Bununla da R. HAXZADƏ görəvində olduğu cinayət işində HAQQI  ZƏDələyir. Əslində isə cinayət işini araşdırmadn özündən qabaqkı tədqiqatçının qərarını qüvvədə saxlamış və qərar qəbul etmişdir ki, oğurluq hadisəsi ilə bağlı cinayət işi rədd edilsin.

Şikayətçinin məktubundn məlum olur ki, bununla da başıbəlalı oğurluq hadisəsi üz qaraldıcı, utandırıcı vəziyyətə gətirilərək öz həllini tapmamışdır.

Elə rayon Prakurorluğunda da bu fikir əsas götürülmüşdür. Belə ki, Geündüz Haxızadənin yuxarıda qeyd olunan qərarı rayon prokurorluğunun 21.08.2018- ci il tarixli qırarı ilə nəzarət qaydsında ləğv olunmuş və zəruri göstərişlər verilməklə matreal rayon polis şöbəsi İB-yə göndərilmiş, müstəntiq Gündüz Haxızadə tərəfindən heç bir hərəkət aparılmamış, nəticədə 31.08. 2018-ci il tarixində cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir.

Material nəzarət qaydasında rayon prokurorluğunda öyrənilərkən ərizə və izahatlarda göstərilən mənimsəmə, hədələmə və özbaşınalığa dair məlumatlar tam araşdırılmadığı və əsassız qərar  qəbul edildiyi müəyyən edilir. Və rayon prokurorunun göstərişi ilə 31.01.2019-cu il tarixli qərarla müstəntiq Gündüz Haxızadının cinayət işi başlanılmasının rədd edilməsi haqqında qərar ləğv edilərək, təkrar araşdırılması üçün Rayon Polis Şöbəsinin İB-nə göndərilir.


Müstəntiq Rövşən Rzayevin hampaçılıq siyasəti 

Material üzrə araşdırılma davam etdirilməsi müstəntiq Rövşən Rzayev həvalə edilir. Müstəntiq R. Rzayev tərəindən araşdırılma aparılır və yenə də toplanmış materialda cinayət hadisəsinin olmaması qənaətinə gəlinərək 06.02. 2019-cu il tarixi qərarla material üzrə cinayət işinin başlanması rədd edir.

Müstəntiq R. Rzayev işində verdiyi bu  qüsurla kifayətlənmir.

Şikayətçi V. Həsənovun ünvanladığı şikayət ərizəsindən o da məlum olur ki, R. Rzayev zərərçəkmişlərə zəng edir: “Kameranı və şəkilaparatını oğurlayan Məmmədov Tərlanın günahları sübuta yetirilib və tərəfimdən həbs olunub. Amma hampaçılıqdır. Bu adam mənim qohumumdur. Sizə bir hampa, yerli kimi söz verirəm ki, aprel ayının sonuna qədər sizə dəyən maddi ziyan ödəniləcək. Bunun həbsi heç kimə heç nə yaxşı şey vəd etmir.”

Müstəntiq R.Rzayev zərərçəkən Adil Həsənovla da görüşüb eyni xahişi edir və ağsaqqaladan ona dəyən zərərin ödənilməsi şərti ilə razılıq alır.


Atalar yaxşı deyib: Sən saydığını say…

Müstəntiqin hampa kimi verdiyi söz gerçəkləşmir. Həsənovlara dəyən maddi ziyan ödənilmir. Və yenidən işə baxlması üçün müraciətlər olunur. Bu dəfə Cəlilabad RPŞ-nin İB-nin rəisi, polis mayoru Vüqar Şəbəndəyev rayon prakuroru  Tariyel Ələkbərovdan xaxiş edir ki, HK-1-1372 nömrəli matreal üzrə müstəntiq Rövşən Rzaevin qəbul etdiyi 06 fevral 2019-cu il tarixli qırarın ləğv edilməsi və matreal üzrə əlavə araşdırma aparılması üçün matrealın Cəlilabad RPŞ-nin İB-nə qaytarılması məsələsinə baxılsın.

İstintaq bölməsinin rəisi, polis mayoru Vüqar Şəbəndəyevin xidməti xahişi rayon prakuroru Tariyel Ələkbərov tərəfindən nəzərə alınıb. Hadisə yenidən istintaq araşdırılmasına göndərilib.

Lakin zərərşəkmişi  maraqlandıran məsələ onlara dəyən maddi ziyanın ödənilməsi ilə yanaşı, həm də nəyə görə Cəlilabad RPŞ -nin müstıntiqlərinin bu işdə qanunların diqtəsi ilə deyil, ürəklərinin istədiyi kimi hərəkət etmələrinin səbəbini bilməkdir… Axı qanun şah olduğu bir ölkədə yaşayırıq.

Zərərçəkmiş Vüqar Həsənov məktubunda xüsusi olaraq qeyd edir ki, DİN cənab Ramil Usubovun dəfələrlə qeyd etdiyinin əksinə gedərək, niyə bəzi polis əməkdaşları öz üzərinə düşən görəvi ləyaqətlə yerinə yetirmir?, Sualları çoxdur, cavabını isə Cəlilabd Polisinin əməli işlərində görməyə ümüdlü olduğunu da xüsusi olaraq gözləyir.

Şikayət məktubuna əlavə olunan və Cəlilabad RPŞ- si tərəfindən zərərçəkənə göndərilən qərar – sənədlərdən də məlum olur ki, oratlıqda oğurluq hadisəsi var, əmlakı götürən adam əməlini etiraf edir, şahidlərin ifadəsi də bunu sübut edir, lakin cinayət işinə xitam verilir.

  • Doğurdan da niyə?

  • Niyə axı iki dəfə ibtidai istintaqa cəlb olunan oğurluq hadisəsi özünün hüququ qiymətini ala bilmir?

  • Burada müstəntiqlər nəyi əsas götürür və onların bu işdə maraqları nədir?

  • Mövzunu nəzarətdə saxlayacağıq.

Müstəqil.Az


Rəy yaz
  • Yazarlar
  • Elanlar
  • PDF

Zahir Amanaov

  • 21:19
  • 490

Təcili satılır!

  • 04:07
  • 1 934
Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter