Zorlama dəhşətləri

Elə vaxt olub ki, bütöv bir növbənin bütün 

əməkdaşları bir əsir qadından ölənə qədər “istifadə” ediblər

337 sayl hərbi əsir düşərgəsi… 1941-ci ilin sentyabrında Belarusiyanın Borodoviçi şəhərindən 22 kilometr aralıda almanların saldığı bu düşərgə müqayisəsi olmayan dəhşətləri, işgəncələri ilə tarixə düşüb…
 Xüsusilə sanitar, tibb bacısı və hərbi rütbəli qadınlar bu düşərgəyə düşəndə, elə ilk andaca özlərini öldürməyə cəhd ediblər. Çünki cəhənnəmi xatırladan bu məkanda onları nə gözlədiyini yaxşı biliblər. Ancaq nasistlər onların bu “xoşbəxtliyə” nail olmasına da mane olublar.
Bu düşərgədə yüksək çinli alman zabitlərinə əsir qadınlarla intim əlaqədə olmağa qadağa qoyulub. Sıravilər isə bu məsələdə nisbətən sərbəst olublar. 

Elə vaxt olub ki, bütöv bir növbənin bütün əməkdaşları bir əsir qadından ölənə qədər “istifadə” ediblər. Bu azmış kimi, zorlanmaqdan ölən qadının meyiti sonra güllələnib.
Düşərgədə məhkumların öldürülməsində qaz kameralarında boğma, xüsusi sobalarda diri-diri yandırma, iynə ilə zəhərləmə halları geniş yayılıb.
Aclığın hökm sürdüyü bu düşərgədə əsirlərdən qul kimi istifadə olunub. Meşədə ağac kəsmək, odun daşımaq, tikinti və bu kimi digər ağır işlərdə əsirlərdən texnika kimi istifadə olunub.
 
Ən ağır işgəncə qış fəslində qadın və kişiləri eyni vaxtda, eyni ərazidə tamam lüt soyunduraraq şaxtalı havada uzun müddət çöldə saxlamaqdan ibarət olub.
 Bu düşərgədə əsirlərin saxlanılma şəraiti insanlıq normalarından qat-qat aşağı olub.

Hətta təbii ehtiyaclarının ödənilməsinə şərait yaradılmayıb, 200 əsir bir tualetdən istifadə etmək məcburiyyətində qalıb, gün ərzində ən yaxşı halda hər bir nəfərə 125 qram çörək verilib, məhkumlar heç bir səbəb olmadan döyülüb və təhqir olunublar.
 Nasistlərə müqavimət göstərənlər düşərgənin mərkəzində asılaraq edam olunub və günlərlə saxlanılıb. Bununla da digər məhkumlara müqavimətinin mənasız olduğu başa salınıb.
 
Dəhşətli faktlardan biri də odur ki, əsirlərdən kimyəvi preparatların sınaqdan keçirilməsi üçün də istifadə edilib. Belə ki, müxtəlif kimyəvi maddələr əsirlərə yeridilib və nəticələrinə görə təsiri və təyinatları müəyyənləşdirilib.

Qadınlara verilən işgəncələrin sırasında insan ağlına sığmayan daha bir işgəncə, onların intim yerlərinə acı bibər yeridilməsi olub. Müqavimət göstərən qadınlar isə cəza növü olaraq 15-20 nəfər tərəfindən cinsi zorakılığa məruz qalıb.
Düşərgədən təsadüf nəticəsində sağ çıxa bilən tibb bacısı Serafima Şimko sonra yazdığı xatirələrdə düşərgə haqqında dəhşətli faktlar açıqlayıb:
 
 “13 mart 1942-ci ildə bizi düşərgəyə gətirdilər. Bizi qazılmış böyük bir çalanın qarşısına düzdülər. Aramızda 19 nəfər uşaq var idi. 8 aylıqdan tutumuş 7 yaşına qədər. Robert adlı alman zabiti uşaqları çalanın kənarına düzməyi əmr etdi. Böyükləri bir-bir güllələməyə başladılar, sonra uşaqları süngülərə keçirib çalaya atdılar, əsir kişiləri məcbur etdilər ki, çalanı torpaqla doldursunlar. Kim əmrə tabe olmurdusa, yerindəcə güllələyirdilər. Məni isə cavan və yaraşıqlı olmağıma “bağışladılar”, onlara lazım olacaqdım. Bəli, mən təsadüf nəticəsində sağ qalmışdım…” 
Əsirlikdə olan hərbi həkim Stepan Savçenko isə düşərgədəki dəhşətləri belə xatırlayıb:
 “Şərait dözülməz idi. Heç bir tibbi yardımdan söhbət gedə bilməzdi. Əksinə, nasistlər yoluxucu xəstəliklərin yayılması üçün çalışırdılar. Alman zabitlərinin özləri azmış kimi, arvadları da işgəncə verməyə böyük həvəslə girişirdilər.
Onlar əsir kişiləri təhqir edir, onları bir-biri ilə intim əlaqəyə girməyə məcbur edir, dəmir parçalarını qızdıraraq onların cinsi orqanlarına pərcim edirdilər. Bu qadınlar kef məclislərində əsir düşmüş qadınlara yüksək dozada “ehtiras” tabletləri içirdirdilər, sonra isə onların gözləri qarşısında kişilərlə cinsi əlaqəyə girərək onlara acıq verirdilər. 

Ən dəhşətlisi o idi ki, onlar hər gün yeni işgəncə metodları kəşf edirdilər…”
 Mövcud olduğu iki il ərzində 337 saylı hərbi əsir düşərgəsində 50 min nəfərə yaxın insan müxtəlif işgəncə vasitələri və güllələnmə ilə həyatını itirib.
Sutka ərzində düşərgədə 500-700 nəfərin vəhşicəsinə qətlə yetirilməsi norma sayılıb.
 
Düşərgənin rəisi olan Yaroş soyadlı alman isə müharibədən sonra tribunalın hökmü ilə güllələnib.
   
Hazırda bu düşərgənin yerində xatirə kompleksi abidəsi ucaldılıb. Həmçinin Borodoviçi alman işğalçılarından azad edərkən həlak olmuş 538 nəfər sovet döyüşçüsünün məzarlığı da bu kompleksdədir.

AzadQadın. İA

Rəy yaz
  • Yazarlar
  • Elanlar
  • PDF

Zahir Amanaov

  • 21:19
  • 490

Təcili satılır!

  • 04:07
  • 1 934
Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter