Həsənağa müəllimin evi yandı

Evdən heç nə çıxartmaq mümkün olmadı

Bu gün, iyunun 14-də, səhər, gündüz saat 11 radələrində Masallının Ərkivan qəsəbəsi Bağlaküçə məhəlləsində ev yanıb. Ev, ötən ilin oktyabrında uzun sürən xəstəlikdən sonradünyasını dəyişmiş, Ərkivanda onlarla şagirdin sevimli müəllimi olmuş Həsənağa Sadıqovun ailəsinə məxsusdur. İki mərtəbəli, 6 otaqlı ev tamam ilə yanmış, bir əşya belə çıxartmaq mümkün olmamışdır. Sadəcə azyaşlı uşaqları xilas etmək imkanı olub. Evin elektrik nasazlığından yandığı bildirilir. Həmin evdə hazırda Həsənağa müəllimin həyat yoldaşı, RTŞ-də müəllim işləyən Üzeyir Sadıqov və ailəsi yaşayırdı. Həsənağa müəllimin digər oğlu Tural Sadıqov isə ABŞ-da məllimdir.
 
Həsənağa müəllimin qardaşı Məmmədağa Sadıqovun verdiyi məlumata görə yanğınsöndürənlər bir qədər gec gəlsə də, yanğını söndürulub və qonşu evlərə keçməsinə imkan verilməyib.



Rəy yaz
Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter