5 milyon manatlıq “Günərzilər”

Image result for Günərzi məktəblərOnlar harada, nə vaxt, necə açılacaq?
Bu günlərdə ölkə başçısı İlham Əliyev cənabları ölkədə “Gün ərzi” Mərkəzləri yaratmaq məqsədi ilə 5 milyon manat vəsait ayırıb. Sərəncamda bildirilir ki,  “Sosial xidmət haqqında” Qanuna uyğun olaraq, xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin (günərzi, sosial reabilitasiya, psixoloji, surdoloji və digər dəstək xidmətləri) genişləndirilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan 5 milyon manat ayrılıb.
Öncədən bildirək ki, bundan əvvəl də belə sosial xidmətlərlə bağlı vəsaitlər ayrılmış, layihələr gerçəkləşmişdi. Çox təəssüf ki, 1-2 mərkəz istisna olmaqla bu “Günərzi” mərkəzləri əsasən xəlvəti fəaliyyət göstərmiş, büdcə gizlədilmiş, mətbuata alayarımçıq məlumatlar ötürülmüşdür. Hətta informasiyaya ən yaxın adamlar belə məlumat ala bilmirlər ki, bu mərkəzlər necə və harada fəaliyyət göstərir. Bəzən uzaq bir kənddə, köhnə-salxaq bir binada ev kirayələyir, qohum-əqrəbadan 2-3 nəfərin adı ora yazılır (deyilənə görə onlarla da yarıbayarıya işləyirlər), evlər tez-tez dəyişdirilir, qısası başdan-ayağa fırıldaq yolla guya əlil uşaqlara xidmət edirlər. Bu sahədə çox peşəkar fırıldaqçılar yetişib və onların güclü müdafiəçiləri var.
Bəs indi ayrılan 5 milyonun taleyi nə olacaq?. Bir “Günərzi” Mərkəzi  il boyu  fəaliyyət göstərsə, yemək, əmək, inventar və sairin pulu aya 4 min, ilə təxminən 50 min manat edir. Deməli, 5 milyon manatı ən azı 100 belə mərkəz yaratmaq olar. Bu da təxminən hər rayona 2-3 mərkəz edir. Yox, həmin Mərkəzlər 6 aylıq olsa həmin rəqəm 2 dəfə artmış olur.
Biz müşahidələrdən bəlli olur ki, bu layihələr üzrə ölkə üzrə ixtisalamış işbaz QHT-lər var. Və onlar yerlərdə rəhbərlik tərəfindən az qala aqressiv şəkildə müdafiə edirlər. Oxu. Az-ın məlumatına əsasən, “layihələr çərçivəsində respublikanın 11 rayonunda (Lənkəran, Yardımlı, Ağsu, Tovuz, Astara, Beyləqan, Yevlax, Qax, Ağcabədi, Qazax Bərdə) günərzi qayğı mərkəzləri və Bakı şəhərində, Zaqatala, Biləsuvar, Masallı, Cəlilabad, Şəmkir rayonlarında icma əsaslı reabilitasiya mərkəzləri yaradılıb.” Lakin bu mərkəzlərin fəaliyyətində arzu edilən aşkarlıq olmayıb.
Bu yazın qələmə almaqda məqsədim odur ki, ölkə başçısının sərəncamı mətbuatın, sosial şəbəkənin diqqətində olsun ki, ayrılan 5 milyon manat ünvanına düz çatsın.
Prezident İlham Əliyev xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin genişləndirilməsi üçün əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
"Qafqazinfo" xəbər verir ki, sərəncama əsasən, “Sosial xidmət haqqında” Qanuna uyğun olaraq, xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin (günərzi, sosial reabilitasiya, psixoloji, surdoloji və digər dəstək xidmətləri) genişləndirilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan 5 milyon manat ayrılıb.
Rəy yaz
  • Yazarlar
  • Elanlar
  • PDF

Zahir Amanaov

  • 21:19
  • 490

Təcili satılır!

  • 04:07
  • 1 934
Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter