Tənqidlər Tariyel Əkbərov üçün düşərli oldu -Bu uğurlar təsadüfdür, ya...


Bir neçə ay öncə Masallı Təhsili ilə bağlı bir sıra saytlarda olduqca kəskin materiallar yayımlandı.  Yazılar imzasız olsa da, bəzisi dedi ki, tam doğrudur, digərləri dedilər yalan, böhtandır, bəzi narazıların quramasıdır.

Nəticə... Sonda bəzi saytlar üzr istədi, bəzi jurnalistlər hətta həbs edildi.

Bu günlərdə isə təhsil şöbəsindən saytımıza maraqlı yazı daxil olub. Bu yazıda Masallı təhsil şöbəsinin son vaxtlar ölkə miqyaslı yarışmalarda əldə etdiyi nəticələrdir. Onları sizə təqdim edirik:


 

   Yaradıcılıq festivalından futboladək                                                                       Respublika fənn olimpiadasının final mərhələsinin masallılı qalibləri- 

1. S.Xəlilov adına Qızılağac kənd 1 saylı tam orta məktəbin X sinif şagirdi Səfərli Toğrul Əhməd oğlu  Coğrafiya fənni üzrə I yerə, 

2. Sığdaş kənd tam orta məktəbinin XI sinif şagirdi Sadıxova Şəhla Zöhrab qızı Azərbaycan dili və Ədəbiyyatı fənni üzrə III yerə layiq görülmüşlər. 

 Sadıxova Şəhla Zöhrab qızı buraxılış imtahanlarında da yüksək nəticə göstərdiyinə görə o, Qızıl medalla təltif olunmuşdur.

 LDU-nun təşkilatçılığı ilə  keçirilən   olimpiadanın qalibləri

Fizika, Riyaziyyat, Kimya, Biologiya və İnformatika fənləri üzrə LDU-nun  keçirdiyi fənn olimpiadasında 

Qızılağac kənd 1 saylı tam orta məktəbin X sinif şagirdi Səfərli Toğrul Əhməd oğlu I yerə layiq görülmüşdür.


Banbaşı kənd tam orta məktəbin XI sinif şagirdi Rufullayev Fərid Şölət oğlu   II, 


Şərəfə kənd tam orta məktəbin XI sinif şagirdi Seyfullayeva Surə Malik qızı II 

 yerlərə layiq görülüb 


Respublika Yaradıcılıq Festivalında Dəmirçi uğuru

 

Adı çəkilən   festivalın ( 08-10 iyun 2019) final mərhələsində Dəmirçi kənd ümumi orta məktəbin IX sinif şagirdlərindən təşkil olunmuş komandası Dram müsabiqəsi üzrə II yerə layiq görülmüşdür.


Ölkə üzrə 2 nəfər 300-dən biri

2018-2019-cu tədris ilinin XI siniflər üzrə  buraxılış imtahanlarında Şəhər 4 saylı Digah tam orta məktəbin XI sinif şagirdi Səmədov Şəhriyar Şahin oğlu 300 mümkün balı toplayaraq Respublikada 2 şagirddən biri olmuşdur.

Digah komandası ölkə miqyaslı yarışmanın finalında

 

AFFA-nın təşkil etdiyi məktəblilərin “Coca –Cola” mini futbol turnirində Şəhər 4 saylı Digah tam orta məktəbin 14-15 yaşlılardan ibarət komandası ölkənin 2 mindən artıq məktəb komandası sırasında Respublika finalına vəsiqə qazanmışdır. Final oyunu 19.06.2019-cu il tarixdə Masallı Olimpiya Kompleksində keçiriləcəkdir.

 

4 masallılı məktəbli qızın –Nərminin, Jalənin, Hürriyyə və İlkanənin ölkə miqyaslı müxtəlif yarışlarda qələbələri

  24-26 aprel 2019-cu il tarixlərdə Təzə Alvadı   kənd 2 saylı tam orta məktəbin VIII sinif şagirdi Babayeva Nərmin Elçin qızı Bakı şəhərində “Sərhədçi” İdman Kompleksində keçirilən H.Əliyevin 96-cı ildönümünə həsr edilmiş idmanın cüdo növü üzrə azyaşlılar arasında Respublika birinciliyində II yerə layiq görülmüşdür.

----------------------------------

UGİM-nin toxuculuq dərnəyinin üzvü, Şəhər 5 nömrəli tam orta məktəbin  IX sinif şagirdi Hüriyyə Hüseynova Təhsil Nazirliyinin və FHN-nin  20.12.2018-ci il tarixdə birgə keçirdiyi “ Fövqəladə hallar uşaqların gözü ilə” Respublika müsabiqəsində “Yumşaq oyuncaq” nominasiyası üzrə III yerə layiq görülmüşdür.

------------------------

07.02.2019-cu il tarixdə Ərkivan qəsəbə 1 saylı tam orta məktəbin VIII sinif şagirdi Jalə Məmmədli Azərbaycan Dillər Universitetində təşkil olunan Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr olunmuş “İnşa”  müsabiqəsində iştirak etmiş və II yerə layiq görülmüşdür.

---------------------------

Heydər Əliyevin anadan olmasınan 96-cı ildönümünə həsr olunmuş “ Ən yaxşı təqdimat”   müsabiqəsində Yolağac kənd tam orta məktəbin XI sinif şagirdi Sovziyeva İlkanə Zöhrab qızı Respublika mərhələsində uğurla çıxış edərək II dərəcəli diplomla təltif olunmuşdur.

Masallı Rayon Təhsil şöbəsi

R

Rəy yaz
  • Yazarlar
  • Elanlar
  • PDF

Zahir Amanaov

  • 21:19
  • 293

Təcili satılır!

  • 04:07
  • 1 855
Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter