(Yenilənib. Qollar. Video)Masallı məktəbliləri finalda ağdamlılara 5:0 hesabı ilə qalib gəldi


İlk topu isə qapıçı vurdu

19 iyun 2019cu il. 14.00. Masallı Olimpiya İdman Kompleksinin örtülü zalında yüzlərlə tamaşaçı olduqca maraqlı oyun izlədi.

AFFA-nın təşkil etdiyi məktəblilərin “Coca –Cola” mini futbol turnirində Şəhər 4 saylı Digah tam orta məktəbin 14-15 yaşlılardan ibarət komandası ölkənin 2 mindən artıq məktəb komandası sırasında bütün rəqiblərinə qalib gələrək  Respublika finalına vəsiqə qazanmışdı.

Finala qədər Digah 4 saylının komandası çox uğurlu yol keçmişdi. Öncə Masallıdakı bütün rəqiblərini məğlub etmişdilər.

2-ci mərhələdə Lənkəran, Astrar, Cəlilabad, Lerik, Yardımlı komandaları masallılarla görüşlərdə ağır məğlubiyyətə uğradılar.

3-cü mərhələdə Muğan zonasını təmsil edən  Sabirabad və Kürdəmir məktəblilər masallılarla məğlubiyyətdən qurtara bilmədi. Nəhayət, Bakıda Beylaqan  4/1 finalda masallılara məğlub oldu.

Yarım finalda isə Bakının Xəzər rayonunun məktəbli futbolçuları da masallılar qarşısında  “ağ bayraq” qaldırdı.

Sonda,  finalda – Masallı  Olimpiya kompleksində Ağdam və Masallının 14-15 yaşlı futbolçuları mini futbol yarışmasında üz-üzə gəldilər. Masallılar oyunun ilk dəqiqəsinə qolla başladığı kimi son dəqiqələri də qolla bitirdilər. Ümumilikdə isə ağdaşlıların qapısına 1-ci hissədə 3, 2-ci hissədə 2 cavabsız top vurmaqla 5:0-lıq qələbəyə nail oldular.

Qol vuran futbolçular aşağıdakılardır:

  • İsmayıl (qapıçı, penalti) ilk dəqiqələrdə
  • Rəfael həsənov
  • Mehti Cavadov
  • Tağı Nağıyev
  • Elman Şirinov 

Komandanın üzvlərindən  Xədicə Bəşirova və Sadiq Bəşirov bacı-qardaşlarının oyunu maraqlı təsir bağışladı.Komandanın məşqçiləri- Qabil və Emil Mahmudovlar

AFFA-dan bu yarışı izləməyə qurumun məsul işçisi Elxan Məmmədov və Neftçi-nin keçmiş futbolçusu Asif Əliyev, eləcədə yarışın təşkilatçısı Koko-Kolanın rəsmiləri gəlmişdi.

Masallının qalib komandasına – 4 saylı Digah məktəbinin komandasına yarışı kuboku və  futbolçulara isə qızıl medallar təqdim olundu.

Xatırladaq ki, ötən il də bu yarışmanın qalibi masallılar olmuşdu- Ərkivan 4 saylı məktəbin futbolçuları. 

Bu uğura görə Digah məktəbinin kollektivini ürəkdən təbrik edirik. Görünür, məktəbin yoluna asfalt döşənəndən sonra burada çox işlər rahat gedir –bir şagird maksimum bal – 300 yığır, komanda ölkə miqyaslı qələbə qazanır.


Ləman


R
Rəy yaz
  • Yazarlar
  • Elanlar
  • PDF

Zahir Amanaov

  • 21:19
  • 293

Təcili satılır!

  • 04:07
  • 1 855
Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter