Ərkivanlı qardaşlar Bakıda adam bıçaqladı (video)

Bu günlərdə Bakıda baş verən qanlı 
hadisənin görüntüləri yayılıb
Məlumatda bildirilib ki, Ayxan Yaradanquliyev özünə məxsus maşınla yol nəqliyyat hərəkəti zamanı, “Mercedes C klass” markalı, 50-CO-234 dövlət qeydiyyat nişanlı Masallı rayon sakinləri olan iki qardaş Xəqani və Aqil Ağayev qardaşları ilə mübahisəsi yaranıb.
Mübahisə zamanı həmin şəxslər Ayxanın avtomaşınının qabağını kəsərək maşından düşməsini tələb edərək, məsələni aydınlaşdırmağa israr ediblər.Və həmin şəxslər arasında dava düşüb.
Əldə etdiyimiz digər məlumata görə Xəqani və Aqil Ağayev qardaşları Masallı rayonun Ərkivan qəsəbəsinin Bağlaküçə məhəlləsinin sakinləridir. Bakıdakı Təzə Bazarda kiçik alverlə məşğuldurlar.
Qardaşlar olayla bağlı saxlanılsalar da, sonradan sərbəst buraxılıb.
Baş verən hadisə şəhərin təhlükəsiz şəhər müşahidə kameralarına düşüb.
Həmin görüntüləri sizə təqdim edirik.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1 maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Bəxtiyar

Videonu izləmək istəyənlər bu linkdən izləyə bilərlər : http://turkustan.info/2019/06/20/bakida-qanli-hesablasma-kuc%C9%99d%C9%99-kisini-bel%C9%99-bicaqladilar-video/?fbclid=IwAR1nfk7W7MVHefxqj_43owEEg4buXPRMO1wzHMH2jCAglEU3DQj-vQHwWSU

Rəy yaz
  • Yazarlar
  • Elanlar
  • PDF

Zahir Amanaov

  • 21:19
  • 293

Təcili satılır!

  • 04:07
  • 1 855
Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter