[VIDEO] Rəhmətlik Həsənağa müəllimin yanan evinə el yardımı

bir də tanınmış iş adamı Xudayar Rəhimovun növbəti xeyirxahlığı


Məlum olduğu kimi,  bir neçə həftə öncə Ərkivanda onlarla şagirdin sevimli müəllimi olmuş rəhmətlik Həsənağa müəllimin evi qəfildən yanmış, ailə çətin duruma düşmüşdü. Ailə üçün yeni ev tikməkdən ötrü onlarla ərkivanlı yardımını təklif etmiş-kimi pulla, kimi usta kimi, kimi güzəştli qiymətə tikinti materialı verməklə bu işə yardımçı olmağa çalışır.

 Təhsil işçiləri də bu sahədə dəyərli kömək göstərmişdir.  Yardım edənlər haqqında yəqin ki, yaxın vaxtlarda ətraflı məlumat verəcəyik. Doğrudan da el bir olanda, hər işi yoluna qoymaq olur.

Bir məqamı isə xüsusi vurğulamaq istəyirəm. Rəhmətlik Həsənağa müəllimin yanan evinə yardım etməsi üçün “Ümidim sənsən” İB-nin xahişinə böyük həvəslə dəstək verən gəyəçöllü, tanınmış iş adamı, eləcə də xeyriyyəçi kimi tanıdığımız Xudayar Rəhimov yeni inşa edilən evin bütün   fundament-beton işlərini öz öhtəsini götürmüş və bu günlərdə həmin işləri təmənnasız olaraq (2 min manata yaxın vəsait hesabına) icra etmişdir.

Həsənağa müəllimin ailəsi. Sima müəllimə, oğlu Üzeyir müəllim bu xeyirxah əməlinə görə xeyriyyəçi Xudayar müəllimə və bu işin təşəbbüskarı “Ümidim sənsən” İB-nə, eləcə də digər yardımçılara dərin minnətdarlığına bildirir.

Yardımlar davam edir.

Zahir Əmənov

Bu yazıya da bax: http://cenubxeberleri.com/1435-mn-sntimin-xstsiym.html

Rəy yaz
  • Yazarlar
  • Elanlar
  • PDF

Zahir Amanaov

  • 21:19
  • 925

Təcili satılır!

  • 04:07
  • 2 249
Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter