Daha bir “ ağır xəstə”olan yol “sağalır”

Bəhrəmtəpə-Biləsuvar yolu yenidən qurulur 

Uzun illər minlərlə insanın baş bəlasına çevrilən, İmişlidən tutmuş Gəncəyə, Tiflisə gedənlər üçün cəhənnəm əzabına çevrilən bu yolun təmirinə başlanılıb. Xatırladaq ki, bu yol o qədər bərbad idi ki, sürücülər Biləsuvardan başlayaraq, az qala 90-100 kilometr Astara-Ələt yolunun başına dolanır, amma bu yola girmək istəmirdilər.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Azadinform-a verilən məlumata görə, Bəhrəmtəpə-Biləsuvar Avtomobil yolunun uzunluğu 60 km-dir. 

Layihə üzrə mövcud yol oxu saxlanılmaqla yolun II texniki dərəcəyə təkmilləşdirilməsi işləri aparılır. 

Yolun ümumi eni 15 metr olmaqla bura 7.5 metr enində hərəkət hissə və hər bir istiqamət üzrə 3.75 metr enində çiyinlər daxildir.

Bildirilir ki, layihə çərçivəsində yol boyu mobilizasiya işləri aparılıb, tikinti sahəsi təmizlənir, köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, yolun köhnə və yararsız quruntu qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək kipləşdirmə və qaya dolğusu işləri aparılmaqla yeni yol yatağı inşa olunur.

Torpaq işlərinin ardınca yol əsasının inşasına başlanılacaq. Yol əsası optimal qırmadaş və qum-çınqıl qarışıqlarından istifadə olunmaqla inşa olunacaq. Bunun ardınca isə əlaqələndirici bitum səpilməklə 27 sm qalınlığında 3 laydan ibarət yeni asfalt-beton örtüyü döşənəcək.

Qeyd edək ki, “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, 60 km-lik yol boyu 3 avtomobil körpüsünün inşası nəzərdə tutulur. Körpülər yolun 1.8-ci km-də Qızıl arx kanalı, 3.1-ci km-də Əzizbəyov kanalı və 38.8-ci km-də inşa olunacaq. Müvafiq olaraq körpülərin uzunluqları 29 və 37 metr təşkil edəcək. Yol üzərində yerləşən 1 avtomobil körpüsünün isə təmir olunaraq gücləndirilməsi nəzərdə tutulur.


Bundan başqa yol boyu köhnə suötürücü boruların yenilənməsinə də ehtiyac var. Bu üzdən müxtəlif diametrlərə malik 256 borunun inşası nəzərdə tutulur ki, bunlardan 14-ü düzbucaqlı su keçidləridir. Artıq bir-neçə əarzidə suötürücü boruların inşası işlərinə də başlanılıb.

Layihəyə uyğun olaraq yol boyu 7 nöqtədə yeraltı keçidin inşası, 28 avtobus dayanacağının da quraşdırılması nəzərdə tutulur.

Bütün işlər texnoloji ardıcıllığa uyğun olaraq və yüksək keyfiyyətlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında aparılır. İşlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

Xatırladaq ki, Bəhrəmtəpə-Biləsuvar avtomobil yolu respublikamızın regionları, o cümlədən İmişli və Bİləsuvar rayonları arasında iqtisadi əlaqələrin, həmçinin kənd təsərrüfatının və regionların sosial-iqtisadi inkişafı, nəqliyyat xərclərinin azaldılması baxımından mühüm əhəmiyyətə malikdir. Bütün bunlarla yanaşı, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərini əlaqələndirən bir Avtomobil yolu olmaqla tranzit xidmətlərinin səmərəliliyinin artırılmasında da bu yolun mühüm rolu var.

QEYD: Xəbərdə geniş informasiya olsa da, təəssüf ki, bu yolun tikintisinin nə vaxt başa çatacağı qeyd olunmayıb. Güman edir ki, yeni ildə bu yolla ən azından Gəncəyə rahat getmək olacaq.

Rəy yaz
  • Yazarlar
  • Elanlar
  • PDF

Zahir Amanaov

  • 21:19
  • 293

Təcili satılır!

  • 04:07
  • 1 855
Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter