Aliment üçün boşanmağa ehtiyac yoxmuş, üstəlik kişi də aliment tələb edə bilər


Aliment üçün boşanmağa ehtiyac yoxmuş, üstəlik kişi də aliment tələb edə bilər

Hüquqşünas: “Məhkəmə aliment kəsəndə kişi ilə qadının bir yerdə yaşayıb-yaşamadığını araşdırmır”

 

Övlad sahibi olan hər kəs valideyn olmağın məsuliyyətini hiss edirmi? Təssüflər olsun ki, bu suala birmənalı cavab verə bilmirik. Çünki günümüzdə qarşılaşdığımız əksər ata-analar uşaq sahibi olsalar da, valideyn kimi övladlarının qayğısına qalmaqdan imtina edirlər. Dünyaya gətirdikləri uşaqlara qarşı məsuliyyətsiz davranır, nə maddi, nə də mənəvi dəstək olurlar. Bu hal da əksər vaxtlarda boşanmalara, ailələrin dağılmasına səbəb olur. Bir tərəf (əsasən ana) düşünür ki, boşandıqdan sonra qarşı tərəf (əsasən ata) məcburi şəkildə uşağına maddi dəstək göstərə, yəni aliment ödəyə bilər.

 

Ancaq əksər valideynlər xəbərsizdirlər ki, belə hallarda boşanmaq mütləq deyil. Yəni qanun imkan verir ki, valideynə boşanmadan belə, aliment kəsilə bilər. Maraqlıdır, bəs bunun üçün nə etmək lazımdır?

 

Hüquqşunas Elyar Həsənov AYNA-nın bu məsələ ilə bağlı suallarına aydınlıq gətirib. Onun sözlərinə görə, alimentin evliliyə və ya boşanmağa aidiyyəti yoxdur.


“Aliment bosanmaya görə ödənən vəsait deyil, uşağa görə ödənən vəsaitdir. Alimentin bir çox növləri var. Bizim cəmiyyətdə ən çox tanınan və tələb olunan aliment növü isə uşağa görə tutulan alimentdir” – hüquqşünas bildirib.

 

E.Həsənov boşanma olmadan necə aliment kəsilməsinə də aydınlıq gətirib: “İstənilən halda uşağa baxan valideyn, əgər yanında uşaq qalırsa, digər valideyndən aliment tutulması ilə bağlı məhkəmədə iddia qaldıra bilər. Bunun üçün boşanmaq mütləq deyil. Praktikada o qədər olub ki, qadın boşanmadan ərinin uşağa baxmaması ilə bağlı iddia qaldırıb. Məhkəmə də onlar boşamadan kişiyə aliment kəsib”.

 

“Sadəcə cütlük bir yerdə yaşıyanda aliment kəsilməsi bir qədər çətin ola bilər. Amma məhkəmə aliment kəsəndə onların bir yerdə yaşamasını araşdırmır və 90 faiz bu cür hallarda aliment kəsilir” – deyə ekspert qeyd edib.

 

Həmsöhbətimiz onu da vurğulayıb ki, alimentin valideynin cinsinə adiyyəti yoxdur: “Əgər uşaqlara ata baxırsa, ata da boşanmadan məhkəmədə iddia qaldırıb qadından aliment tələb edə bilər. Ata iddia qaldıra bilər ki, uşaqların qayğısına o qalır, qadın isə maddi yardım görtərmir. Bu zaman da məhkəmə qərar çıxararaq qadına aliment kəsəcək”.

 

Sadəcə bizdə mentalitet məsələlərinə görə ancaq boşananda qadın aliment tələb edir. Praktikada da, əsasən uşaqlar ananın yanında olur. Lap ata uşaqlara baxsa belə, qadından aliment tələb etmir” – deyə o bildirib.

Müəllif: Təranə Xudabaxşiyeva       

Rəy yaz
  • Yazarlar
  • Elanlar
  • PDF

Zahir Amanaov

  • 21:19
  • 925

Təcili satılır!

  • 04:07
  • 2 249
Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter