Tədbir daha çox səmimiliyi ilə yadda qaldı

“Umidimsensen.az” saytının uğurlu təqdimatı

                        


6 iyul 2019-cu ildə “Masallı” otelinin konfrans zalında “Umidim sənsən.az” saytının təqdimat mərasimi olmuşdur

Sayt Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi çərçivəsində hazırlanmışdır. Layihə “Cənub regionun xeyriyyəci qadın, uşaq və əlil təskilatları səbəkəsinin onlayn platformasının yaradılması” adlanır.

Layihənin müəllifi Masallıdakı “Ümidim sənsən” Sosial inkişafa yardım  ictimai birliyinin sədri Fidan Abbaslıdır.

Bu birlik öncə “Ümidim sənsən” xeyriyyə icması kimi fəaliyyət göstərmişdir.

İstər xeyriyyə icması, istər ictimai birlik kimi “Ümidim sənsən” qısa müddətdə xeyli uğurlara imza atmışdır.

  • Sayta yerləşdirilən məlumatda bildirilir ki, 
  • təşkilat qısa müddətdə 20-yə  yaxın məkanda  Kitab bayramları;
  • Ərkivanlı tələbələrlə “Əriştə” kafesində görüş;
  • 17 uşağın pulsuz sünnət edilməsi;
  • 26 ərazidə imkansız ailələrə paltar və ərzaq paylanması;
  • İlboyu, hər dəfə 25-30, bəzən daha çox imkansız uşağı cəlb etməklə Yeni il, Novruz, Ramazan, Qurban bayramlarının təşkili;
  • Bəzi xeyriyyəçilərin imkansız uşaqlarla  birgə ad günlərinin təşkili ;
  • 1 iyun Uşaqların Beynəlxalq Müdafiə Gününü əlil və imkansız uşaqlarla rayonun istirahət mərkəzlərində təntənəli təşkili; 
  • Onlarla uşağın pulsuz müayinəsi, 4 əlil arabasının alınması və işləri təşkil edib.


Saytın yaradılmasına bu ilin may ayından başlanmışdır. Sayt Masallıda fəaliyyət göstərən QHT-lərin ilk onlayın platformasıdır. 

Saytın rəhbəri Fidan Abbaslı təqdimat mərasimindəki  çıxışında bildirmişdir ki, saytımız bütün ictimai birliklərin, icmaların, digər könüllü təşkilatların və şəxslərin üzünə açıqdır. Çalışırıq işimiz tam şəffaf olsun və digərlərini də buna çağırırıq. O, diqqəti saytda bir-birini tamamlayan 3 bölməyə xüsusi nəzər yetirməyə çağırdı.  Həmin bölmələr “Kömək istəyirəm”,  “Kömək təklif edirəm” və “Kömək edildi” adlanır. Yəqin ki, bölümlərin adları hər şeyi deyir.

F. Abbaslı daha sonra qeyd etdi ki, bizim onlarla tərəfdaşımız və könüllümüz var. Siz müvafiq bölümlərdə onların adları ilə tanış ola bilərsiniz.

Tədbirdə çıxış edənlər maraqlıtəkliflər söylədilər.

“Regional Hüquqi və Maarifləndirmə İctimai” Birliyinin sədri Arzu Bağırova cıxışında İnsanliğa faydalı ola bilmək bacarığı insani keyfiyyətlərin ən başında gələn xüsusiyyətlərdən biridir. Onlarla insani faydalı olan bu təşkilatın hər isini biz də ürəkdən dəstəkləyirik, daim onların yanındayıq və yeni islərdə onlara uğurlar diləyirik.

Zabit Talıbov. Ağsaqqal. Təqaüddə olan həkim:-  Bəyan edirəm ki, mən  bir neçə yox, müraciət edən bütün imkansız uşaqları pulsuz müayinə etməyə, hətta lap kasıbların dərmanını da almağa hazıram. Bu aksiyanı ürəkdən alqışlayıram

Bədəlan  tam orta məktəbinin direktor müavini Məhbubə Şahbazova: - “Ümidim sənsən”in işləri daim bizi fərəhləndirib. Çalışırıq ki, bu komandaya biz də yardımçı olaq, onun şəbəkəsini   genişdləndirək. 

Vasif Əlhüseyn Moderator.az saytı:- Tədbirə dəvət etdiyiniz üçün təşəkkür edir. Şalışdığım saytı daim sizin fəaliyyətini işıqlandırmağa hazırdır. Qardaşım Tural da tanınmış saç ustasıdır. Cəlilabaddan gəlib ayda bir dəfə burada imkansızların saçına qulluq edə bilər. Sizin təcrübənizi yaymağa çalışacağıq.

Olduqca səmimi və kövrək çıxışı ilə yadda qalan qocaman müəllim Xanım Baxışlı qeyd etdi ki, bu tədbir mənim həyata, insanlığa inamımı artırdı. Demək, hələ də yaşamağa dəyərmiş. Yaxşılıqlar, dəyərli insanlar tükənməmiş, gözəl əməllər dəstək verən gənclərimiz var imiş.

Dilarə Hüseynova. Masallı Dövlət Regional Kollecin müəllimi:-  Biz bu təşkilatla daim əməkdaşlıq edirik. İndi təşkilatın yaranmasına da çox sevindik. Bu təşkilat doğrudan da çoxlarında insanlığa, sabaha böyük ümidlər oyadır.

Könüllü gənc Ləman Mehtiyeva da  təşkilatın və saytın fəaliyyətinə uğurlar arzuladı.

Elfanə Süleymanova. Bioloji Təbabət klinikasinın baş həkimi:

Bu  təşkilata adi ilə gələn bütün xəstələrin muayyinəsini daim  diqqətdə saxlamışıq. Bundan sonra da “Ümidim sənsən”in adı ilə gələn hər imkansız  xəstəni pulsuz müayinə etməyə hazırıq.

Şəfa Allahverdiyeva. Özəl “Viləş” Uşağ Bağçasinin rəhbəri:-  Bizim bağça da bir neçə imkansız uşağı  pulsuz qəbul etməyə, daim Fidan xanıma dəstək verməyə hazırıq.

ldırım Nəzərov D.Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqının müdafiəsi təşkilatının   cənub bürosunun təmsilçisi:- 

Əminəm ki, biz birgə çalışacağıq. Təşkilatımız hüquqi  xidmətə ehtiyacı olan imkansız qadınlara daim xidmət etməyi öhdəsinə götürür. Inaniram ki,   umidimsensen.az saytı Masallıdakı bütün xeyirxah insanlarına tribunasına çevriləcək.

Alizaman   Baxış. “Talisman” qəzetinin redaktoru:-

Elə bilirəm ki, bu qurum bütün  kəndlərdə təşkilatlanmalıdır. Ağsaqqal da, gənc də, məmur da bu işlərə  daim yardımçı olmalıdır. Ən az ayda 1 dəfə yığışıb bu işlərə təkan verməliyik. Bu günku tədbir isə səmimiliyi, dəyərli təklifləri ilə daha çox yadda qaldı.

Subhan Siriyev. Gənc müəllim: - Bu tədbir çox qürur vericidir. Biz bu işləri genişləndirməliyik. Doktor Zabitin təklifi çox ürəyimcə oldu. Əgər həmin imkansız xəstəyə təmiz bal lazım olarsa, bu işdə də yardımçı olmağa hazıram.

Niyamməddin Şahmarov :- “Uğu” komputer kursları 2 imkansız ailənin uşağını kurrsala cəlb etməyi öhdəsinə götürür.i.

30 nəfərdən artıq QHT, mətbuat və digər ictimai təşkilatların təmsilçilərinin qatıldığı tədbirdə iştirakçıların çoxsaylı sualları cavablandırıldı. Tədbirdə olduqca maraqlı təkliflər səsləndi. 

Tədbirdə bəyan edildi ki. Sayt bütün QHT-in, xüsusən, uşaqların, qadınların, əllilərin problemi ilə məşğul olan təşkilatların, icmaların, könüllülərin üzünə həmişə açıqdır.

“Ümidim sənsəsn” İB


R



Rəy yaz
  • Yazarlar
  • Elanlar
  • PDF

Zahir Amanaov

  • 21:19
  • 293

Təcili satılır!

  • 04:07
  • 1 855
Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter