Masallının ilk sürücü qadını müsabiqə qalibi oldu

Ölkə üzrə   168 qalibdən 5-i Masallıdandır


Məhbubə Şahbazovanı o hələ şagird olandan tanıyıram. Cəsarəti, döyüşkənliyi, eləcə də həm qətiyyətliyi, həm də kövrəkyliyi ilə  daim seçilirdi. Həmin vaxtlar o, Bədəlanda şagird komsomol təşkilatının sədri, mən isə Rayon komsomol komitəsinin katibi işləyirdim.

Sonralar ali təhsil aldı, fəal müəllim kimi seçilməyə başladı, direktor müavini vəzifəsinədək yüksəldi.

Ən maraqlı məqamlardan biri də odur ki, Məhbubə Şahbazova hələ 10 il öncə Masallıda sürücülük vəsiqəsi alan, sükan arxasına keçən ilk ali təhsilli qadın müəllim olub.

Özü sürücülük məsələsi barədə belə danışır:

  • Əslində sürücülük vəsiqəsi alıb, maşın sürmək həm də atamın arzusu idi. Mən isə o qədər dəliqanlı idim ki,  imkan versəydilər, nəinki maşın, hətta tank sürərdim. Sürücülük imtahanın öz biliyimlə, kiminsə xahişi, yaxud təmənna-filan olmadan vermişəm. Necə deyərlər, 2 dəfə “kəsiləndən” sonra, nəhayət,  3-cü cəhddə 15 dəqiqəlik imtahanı 7 dəqiqədə tamamlayıb 10 sualda 9-nu vurub, sürücülük hüququ qazandım. Bu ildə bir dəfə də qanunu pozmamışam, cərimələnməməmişəm. Bakıya qədər maşın sürdüyüm vaxtlar olub. Haansı ki, həmin vaxtlar çoxu rayonda maşın sürən qadına birtəhər baxırdı, həm də müəllim qadına. O vaxtlar idi ki, qadınlarımız nəinki maşın sürmür, hətta kənddə avtobus gözləyəndə arxası yola dayanırdılar ki, ayıbdır. İndi maşallah rayonda onlarla qadın maşın sürür, elə bilirəm bu qadın sürücülər rayon daha maraqlı abu-hava gətirirlər. Hazırda həyat yoldaşımla Hişkədərə  kəndində yaşayıram. İş yerim isə Bədəlanda, həmin kənddən 8 kilometr aralıda yerləşir. Düşünürəm ki, nə yaxşı sürücülüyü öyrənmişəm, yoxsa mənə çox çətin olardı. Həm də dəqiqliyi sevdiyim üçün, maşın hər yerə vaxtında çatmağıma kömək olur.

       Bu günün yaxşı müəllimi kimdir?

       Zaman var idi müəllimlər çox illik stajı, kimin atasına, kimin babasına daha çox dərs deməsi ilə öyünürdü. Daha sonra bəzizisi zəhməti, bəzisi isə xətir - hörmətə aldıqları  təltiflərİ, medalları gözümüz soxmağa başladı.

Bu gün isə meyarlar dəyişib. Kim daha yaxşı, daha səmərəli ideya verə, fərqli düşünə bilirsə, İTK  tələblərinə daha güclü bələddirsə, o qrant müsabiqələrində qalib olur.

Qrant layihəsinin qalibi olmaq isə əslində nə təhsilin, nə məktəbin yox, məhz həmin müəllimin şəxsi intellektinin, yaradıcılığının məhsuludur.

Deyəsən çox uzağa getdik

Təhsil nazirliyi bir neçə ildir ki, Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi keçirir. Necə deyərlər, belə yarışmalar seriyasından növbəti - III qrant müsabiqəsinin qalibləri bu günlərdə aşkarlanıb.


Bu müsabiqəyə dövlət ümumitəhsil müəssisələri və pedaqoji işçilərdən ümumilikdə 878 layihə təklifi daxil olub.

 
Təşkilat Komitəsi Ekspert Qrupunun rəyi əsasında 

ümumitəhsil müəssisələri kateqoriyası üzrə 53, 

fərdi kateqoriya üzrə 115 layihənin dəstəklənməsini məqsədəuyğun sayıb. 

Yəni, 53 məktəb və 115 müəllim qaliblər sırasında olub.

Müsbət qərar verilən 168 layihənin maliyyələşdirilməsi Təhsil Nazirliyi tərəfindən təsdiqlənib. 

Ölkə üzrə ümumilikdə 44 rayon və şəhər üzrə ümumitəhsil müəssisəsi və müəllimlər qalib gəlib. 

Qalib layihələri sırasında ən fəal rayon və şəhərlər Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Quba, Şəki, Masallı, Bərdə,  Göygöl və Şəmkirdir.

Göründyü kimi Masallı 1-ci onluqda yer tutub. Həmçinin bu onluqda 4 kənd rayonları sırasında ( Bərdə, Göygöl, Şəmkir) Masallı daha öndədir.

Çünki Masallı müəllimlərinin  4 nəfəri qaliblər sırasındadır. O  cümlədən 1 məktəbi. Qısası, ölkə üzrə 168 qalibdən 5-i Masallının payına düşür.

Cənub bölgəsi üzrə qaliblərin statistikası


Masallı, Lənkəran, Astara, Yardımlı, Cəlilabad rayonlarının hər birindən 1 məktəb,
Fərdi layihə üzrə 
Masallıdan 4, Lənkərandan 3, Astaradan 2, Cəlilabaddan 2 müəllim, (Yardımlı və Lerikdən yoxdur)


Masallılı qaliblərlə tanış olaq:


- Ümumi təhsil kateqoriyası üzrə Masallı rayon C.Nəbiyev adına 
Bambaşı kənd tam orta məktəbi, 

fərdi kateqoriya üzrə isə 

Bədəlan kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi Şahbazova Məhbubə Mürsəlqızı,


Çayqıraq kənd Ümumi orta məktəbinin informatika müəllimi Abdinov Rabil Ramizoğlu, 


Mollahəsənli kənd tam orta məktəbinin ingilisdili müəllimi Cəfərov Cavad Aslan oğlu, 


Masallı şəhər 1 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Şahverdiyev Araz Babakişioğlu müsabiqənin qaliblər isırasındadır.

Qaliblər sırasından  Masallı    rayon üzrə  yeganə qadın olan Məhbubə xanımla söhbətləşmək qərarına gəldik.


Məhbubə xanım aşağıdakı layihə üzrə qalib adını qazanıb - İstedadlara dəstək

Deməli,  layihə çərçivəsində bu ilin setyabr-dekabr aylarında 6-7 sinif şagirdlərindən 40 istedadlı olimpiadaya hazırlaşdırılacaq. Məkan 4 saylı məktəb olmaqla həmin fənlər üzrə 2 nəfər, müsabiqə yolu ilə seçilmiş müəllim həfətədə 3 dəfə istedadlı  uşaqlara dərs deyəcək. Layihənin smeta dəyəri  4180    manatdır. 


Xatırladaq ki, bu uğura qədər də Məhbubə xanımın nailiyyətləri olub.


Daim kitablara bağlı olan Məbubə xanım ixtisasca filoloqdur.

Təkcə müəllimliklə kifayətlənməyin, TİPİİ-də imtahan verərrərk təlimçi kimi də çalışıb. Ötən ilin noyabr ayında Azərbaycan dili və ədəbiyyatı müəllimləri üçün təşkil olunmuş ixtisasartırma kursunda təlimçi olub. Fərəhləndirici haldır ki, onun təlim keçdiyi müdavimlər imtahanda  başqa qruplara nisbətən daha yüksək nəticə göstərdilər.
O, bu gün hər bir müəllimin bilməsi vacib olan bütün İKT  (blogerlik, sosial səhifə və s.) bacarıqlarına sahibdir. 
(Unutmayaq ki, hələ də bir çox müəllimlər, hətta məktəb direktorları, bəzi təhsil şöbəsinin işçiləri kompüteri açıb bağlaya bilmir) 

Bir müəllim kimi ən böyük uğurunu şagirdlərimin xoş sədası sayır.  İxtstisası üzrə 9 filoloq qız yetişdirməsini daim qürürla xatırlayır. Onlardan bəzisi indi onunla birgə çalışır.


Bir az da mövzudan kənar söhbətlər 


Şagirdləri Məhbubə xanımı çox istəsə də, açığı,  onu istəməyənlər, hər fürsətdə ona badalaq vuran, qətiyyətli hərəkətləri ilə barışmayan insanlar da var. Bəzən kimlərinsə xətri xoş olsun deyən, onu təltifə layiq olanların, yaxud mötəbər məclisdə çıxış edənlərin sırasında çıxardıblar.

Lakin o, bunları dərd eləmir. Daim öz yolundadır. Deyir, bədxahlar həmişə olub, yəqin yenə də olacaq.

Məhbubə xanımın həyat yoldaş, İlham Ağayev də gözəl insan və gözəl pedaqoqdur. Məhbubə xanım Bədəlan məktəbində director müavini, İlham müəllim isə Hişkədərə məktəbində direktordur.  (Bu vəzifə bölgüsü evdə necədir, onu dəqiq bilmirəm).


Zahir Əmənov


Qeyd: Bu mövzuda növbəti “qurban”, yəni növbəti müsahibimiz Masallının  “çətin adamı”, öz dili ilə desək,  “ən çətin adamı” Rabil Abdinov olacaq. Sualı olanlar, bizimlə əlaqə saxlaya bilərlər. 


R
Rəy yaz
  • Yazarlar
  • Elanlar
  • PDF

Zahir Amanaov

  • 21:19
  • 925

Təcili satılır!

  • 04:07
  • 2 249
Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter