“Yay məktəbi”nin II Lerik turu başa çatdı


“Yay məktəbi”nin sonuncu günü flaşmob təşkil edilib, bağlanış mərasimi keçirilib

 Yeni Azərbaycan Partiyasının təşkil etdiyi “Gənc liderlər üçün yay məktəbləri”nin ikinci Lerik turu başa çatıb.

“Yay məktəbi”nin sonuncu günü – iyul ayının 18-də gənclər ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 50 illiyi münasibətilə flaşmob təşkil ediblər.

"H.Ə. - ∞" hərflər və sonsuzluq işarəsində düzülməklə ulu öndər Heydər Əliyevin daim xalqımızın qəlbində yaşayacağına, ideyalarının əbədi olaraq Azərbaycanımızı inkişaf etdirəcəyinə, daim Heydər Əliyev siyasətinə sadiq qalacaqlarına əminliklərini ifadə ediblər.

Sonra isə gənclər arasında müxtəlif idman növləri üzrə yarışlara yekun vurulub, qaliblər müəyyənləşdirilib. Günün sonunda isə bağlanış mərasimi olub.

Mərasimdə çıxış edən Milli Məclisin deputatı Sevinc Hüseynova, YAP Gənclər Birliyi Ofisinin koordinatoru Elmar Məmmədov, YAP Binəqədi rayon təşkilatının baş məsləhətçisi Kübra Əliyarlı və başqaları Yeni Azərbaycan Partiyasının təşkil etdiyi “Gənc liderlər üçün yay məktəbləri”nin əhəmiyyəti və töhfəsi barədə danışıblar.

Bildiriblər ki, YAP rəhbərliyi gənclərin siyasi fəallığının artırılması, asudə vaxtlarının səmərəli təşkili, beynəlxalq əlaqələrin genişlənməsi, ümumiyyətlə, ayrı-ayrı sahələr üzrə müxtəlif layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirir. Bu layihələr sırasında 2007-ci ildən başlayaraq hər il keçirilən yay və qış liderlik məktəblərini xüsusi qeyd etmək lazımdır. Bu layihələrin əsas məqsədi Azərbaycan ərazisində yaşayan bütün gənclərin bir-birini daha yaxından tanımasını, onların arasında səmimi münasibətlərin yaradılmasını, ölkədə ictimai həyatın istənilən sahəsində dinamik inkişaf haqqında onlara dolğun məlumatların çatdırılmasını, tanınmış siyasətçilərlə onların görüşlərinin təşkil edilməsini, gələcəkdə müxtəlif sahələrdə çalışacaq bu gənclərdə liderlik kimi mühüm xüsusiyyətlərin formalaşdırılmasını təmin etməkdir.

Natiqlər və gənclər göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, YAP-ın İcra katibliyinə minnətdarlıqlarını bildirdilər.

Çıxışlardan sonra “Yay məktəbi” çərçivəsində keçirilən təlimlərdə, tədbirlərdə, idman və intellektual yarışlarda fərqlənən gənclər mükafatlandırıldı, gənclərin hazırladığı əyləncə-konsert proqramı təqdim olundu.

Beləliklə də, gənclərin biliklərini artırmasına, bir-birləri ilə ünsiyyət əsasında dostluq əlaqələrinin qurulmasına, onlar üçün təcrübə və biliklərin mübadiləsinə şərait yaradan "Yay məktəbi" başa çatdı.




Rəy yaz
  • Elanlar
  • Yazarlar
  • PDF

Zahir Amanaov

  • 21:19
  • 1 232
Aliexpress WW
AirHelp Many GEO's
Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter