• Burada sizin reklamınız ola bilər!
  • Məktub yaz
 

Özü, xanımı, oğlu və qızı tanınmış rəssam olan masallılı Bu gün bu dəyərli rəssamın 75 yaşı tamam olur - Video

Masallıda əksəriyyətinin “canlı ensklopediyası”adlandırdığı Hüseyndadaş Əsədovun ölkəyə bəxş etdiyi  canlı əsərlərdən biri də onun oğlu, tanınmış rəssam Rəfael Əsədovdur.

Bir az keçmişə ekurs etsək, görərik ki, Masallının da özünə məxsus rəssamlıq tarixi var. Əslən Ərkivandan olan Respublikanın xalq rəssamı Nüsrət Fətullayev (Xalq artisti Hökumə Qurbanovanın həyat yoldaşı), Əməkdar Rəssam Tələt Şıxəliyev (Bakıda adına küçə var. Oğlu da ABŞ-da tanınmış rəssamdır), Fərahim Zeynalov (rəssam, fəlsəfə doktoru) və sair.

Masallıya şöhrət gətirən rəssamlardan biri də Rəfail Əsədovudr. Sanki anadan olanda gələcəkdə rəssam olacağını duyub adını dünya şöhrətli Rəfaelin adın uyğun qoydular.



Qısa tərcümeyi-halına nəzər salaq:

 Əsədov Rafael Hüseyn oğlu 19 iyul 1944-  ildə anadan olub. 

1961-1966 Əzim Əzimzadə adına Rəssamlıq məktəbini,

1969-1977 Azərbaycan Dövlət İnşaat Mühəndisləri İnstitutunun “Memarlıq” fakültəsində təhsil alıb.

1968-2012 AzTV-də baş rəssam(Filmoqrafiya təqdim olunur) vəzifəsində çalışıb. 

Bu dövrdə  televiziyanın qızıl fondunda saxlanılan

“Topal Teymur”,

“Ac həriflər” 

“Nigarançılıq”

“Ötən ilin son gecəsi”

“Dədə Qorqud”

“Ordan-Burdan”

“Qonşu qonşu olsa”,

“Səni axtarıram” 

“Səndən xəbərsiz”,

“Yaşıl eynəkli adam” 

“Sən həmişə mənimləsən”

“Fatehlərin divanı” və s. televiziya tamaşaların dekorasiyaları, 

“Xəbərlər”“Günün nəbzi” informasiya proqra1mlarının dizayn həlli, müxtəlif xarakterli elmi-kütləvi, əyləncə və konsert proqramlarının tərtibatını hazırlamışdır.



2012-2015-ci illərdə SPACE TV -  başrəssam işləyib.

1989- Azərbaycan Rəssamlar İttifaqının,

2013- ci ildən Azərbaycan Kinematoqrafçılar ittifaqının üzvü,

1997-ci ildə “HUMAY” mükafatınınlaureatı,

2001-ci ildə  “Əməkdar Mədəniyyət İşçisi”fəxri ad almışdır.

1968-2018 “Yazıçı”“Gənclik”“Maarif” və s. nəşriyyat orqanlarında, “Ulduz”“Pioner”jurnallarında dünya və Azərbaycan ədəbiyyatı nümunələrinə yüzlərlə illüstrasiyalar hazırlamışdır.

 Bu illüstrasiyaların bir neçəsi hal-hazırda Respublika muzeylərinin eksponatıdır. 

2017-ci ildən  ADMİU təsviri sənət kafedrasında müəllim vəzifəsində çalışır.

Həyat yoldaşı .Afaq Kərimova isə ölkənin olduqca tanınmış xalçaçı rəssamıdır

Qızı Əfşan Əsədova, Azərbaycan Dövlət Kukla Teatrının quruluşçu rəssamıdır.

Oğlu Anar Əsədov, Xəzərə Universitetində (dzayner-rəssamdır) dərs deyir.



Bu günlərdə   Azərbaycantelefilm studiyasıı onun haqqında  37 dəqiqəlik “Bir rəssamın monoloqu” adlı olduqca maralı film çəkmişdir. Film ölkə televiziyasının Mədəniyyət kanalında nümayiş edilmişdir(Təəssüf ki, bu gün 75 yaşı tamam olan masallılı rəssamın yubiley günü doğma yurdunda kimsənin yadına düşmür).  Həmin filmi sizə təqdim edirik.



Rəy yaz


  • Elanlar
  • Yazarlar
  • PDF

Zahir Amanaov

  • 21:19
  • 1 521

Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter