İran ABŞ-ın 17 casusunu ələ keçirib? - Tramp açıqladı


İran ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin 17 casusunu yaxalayıb.
Axar.az xəbər verir ki, bu məlumatı İran Kəşfiyyat Nazirliyi yayıb. Məlumata görə, yaxalanan şəxslərin hamısı MKİ tərəfindən ölkə daxilində təlim verilərək yetişdirilib.
Ələ keçirilən casusların iqtisadi, nüvə, infrastruktur, hərbi və kiber sahələrdə, eləcə də xüsusi əhəmiyyət kəsb edən özəl sektorda çalışdığı və burada gizli məlumatlar topladığı bildirilib. Yaxalanan casusların bir qisminin ölüm hökmünə məhkum edildiyi vurğulanıb.
Qeyd edək ki, ötən gün bu barədə danışan Kəşfiyyat naziri Mahmud Ələvi onların sayı və barələrindəki hökmlə bağlı bu gün məlumat yayılacağını bildirmişdi.
***
ABŞ Prezidenti Donald Tramp MKİ əməkdaşlarının İranda ələ keçməsi ilə bağlı məlumatları yalan adlandırıb.
“İranın MKİ agentlərini ələ keçirməsi xəbəri tamamilə yalandır. Uğursuz və nə edəcəyi haqda heç bir fikri olmayan bir dini rejim tərəfindən ortaya atılan daha çox yalan və təbliğat. Nə etmək olar? İqtisadiyyat məhv olub və daha da pis olacaq”, - Tramp bildirib.
Rəy yaz
  • Yazarlar
  • Elanlar
  • PDF

Zahir Amanaov

  • 21:19
  • 491

Təcili satılır!

  • 04:07
  • 1 934
Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter