Tələbələr üçün gündə 3 dəfə yemək - aylıq 150 manat



Şəhərcikdə 4 nəfərlik otaqlarda bir nəfərin qalması 200 manatdır

 

“Tələbələrin yataqxana, gənclərin ev problemlərini araşdıranda maraqlı və xoş bir məlumat aldım. Tikintisini görmüşdüm, istifadəyə verildiyini bilmirdim. Deməli, Heydər Əliyev Fondunun dəstəyi ilə tikilən “Univerium” (www.univerium.az) tələbə şəhərciyi (Dədə Qorqud parkının yanında) 632-dən çox tələbə üçün mebellərlə təchiz olunmuş geniş və müasir otaqlar, yeməkxana, camaşırxana, fitness və yoqa üçün zallar, musiqi otağı və s. olan yataqxana bu ildən istifadəyə başlayırmış”.

 

AYNA xəbər verir ki, bu barədə şəxsi “Facebook” hesabında ictimai fəal, ABŞ-ın Harvard Universitetinin məzunu Bəxtiyar Hacıyev paylaşım edib. “Şəhərcikdə 4 nəfərlik otaqlarda bir nəfərin qalması 200 AZN, gündə 3 dəfə yemək üçün aylıq ödəniş 150 AZN imiş. Məncə, şəhərin mərkəzi və o şərait üçün elə də pis qiymət deyil”, - deyə o yazıb.


O, qeyd edib ki, hər böyük holdinq, ölkədən digər sahələrdə pul qazanan böyük şirkət 2-3 belə yer açsa, minlərlə gənc, tələbə addımbaşı zəhlətökən, evdən çıxarmaqla hədələyən ev sahiblərindən, yemək bişirmək, kommunal xidmətlərə vaxt ayırmaq və s. kimi problemlərdən xilas ola bilər: “Üstəlik, tələbəlik illərimdə türklərin “Damla” yataqxanasında qalmış biri kimi deyə bilərəm ki, tələbələrin yaşadığı müasir yataqxanada qalmaq insanın şəxsi inkişafına və şəbəkəsinə çox böyük təkan verir. Bir neçə böyük holdinq qoşulsa, məncə, qiymətləri də xeyli aşağı salmaq olar ki, tələbələr ucuz və rahat yaşasınlar. Xeyirli olsun, davamlı olsun, çoxalsın belə tələbə yataqxanaları”.

Müəllif: Ayna.az 
Rəy yaz
  • Yazarlar
  • Elanlar
  • PDF

Zahir Amanaov

  • 21:19
  • 477

Təcili satılır!

  • 04:07
  • 1 930
Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter