Almaniyanın uşaq bağçalarında donuz əti qadağan edildi-İbrətamiz...


Almaniyanın Leypsiq şəhərinin uşaq bağçalarında kolbasa məmulatları,  tərkiblərində donuz əti olan kotlet və  şnitsellər menyudan xaric edilib.  

Moderator.az-ın Rusiya mediasına istinadla verdiyi xəbərdə belə deyilir.

"Dəyişən cəmiyyətə olan hörmət səbəbindən 15 iyuldan etibarən uşaq bağçası uşaqlar üçün tərkibində donuz əti olmayan  qidalar  sifariş edəcəkdir" - uşaq bağçalarının administrasiyaları yeni qidalanma qaydaları haqqında valideynlərə belə məlumat verib. 

Qeyd etmək lazımdır ki, yeni qaydalar jelatin qatqısı olan şirniyyatlara da şamil olunur. Məsələn, Almaniyada geniş yayılmış marmelad "Gummibärchen" uşaqların menyusundan çıxarılıb.  

"Hətta bağçada dini inanclarına görə donuz əti yeməyən yalnız bir ailənin övladları olsaydı belə, yenə də bu qaydaları tətbiq edərdim" - uşaq bağçalarından birinin rəhbəri Volfqanq Şefer belə deyib.

Rəy yaz
  • Yazarlar
  • Elanlar
  • PDF

Zahir Amanaov

  • 21:19
  • 635

Təcili satılır!

  • 04:07
  • 2 035
Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter