• Burada sizin reklamınız ola bilər!
  • Məktub yaz
 

"Dollar dəyərini itirəcək"


"Dollar hakim statusunu daim qoruyub saxlayaq deyə bir reallıq yoxdur"
 
Dollar qlobal ehtiyat valyuta statusunu itirəcək. milli.az xəbər verir ki, bunu dünyanın ən böyük sərmayə banklarından olan JP Morgan açıqlayıb.
 
Bankın birja, əmtəə və faiz strategiyası mütəxəssisi Kreyq Kohen "Dollar həddən artıq olan imtiyazının sonuna yaxınlaşır?" adlı məqaləsində dolların 100 ilə yaxındır qlobal ehtiyat valyuta olduğunu və sadəcə amerikalıların deyil, dünyanın hər yerində bir çox sərmayəçinin portfelində məhz bu valyutaya üstünlük verdiyini bildirib: "Lakin dolların dünyaya hakim valyuta olması xüsusiyyətini itirəcəyinə inanırıq. Struktur səbəbləri və dövri maneələr səbəbilə yaxın zamanda dəyərini itirəcək".
 
Kohen qeyd edib ki, dollar ehtiyat valyuta statusunu düşünüldüyü kimi "1944 Bretton Woods" andlaşması ilə deyil, daha çox 1913-cü ildə ABŞ Mərkəzi Bankının qurulması ilə əldə edib. Növbəti illərdə Amerikanın daimi hala gələn xarici çatışmazlıqları dünya miqyasında keçərli pul olan dolları basaraq və daim borclanaraq idxalatla məşğul olaraq bağlayıb".
 
"Dollar hakim statusunu daim qoruyub saxlayaq deyə bir reallıq yoxdur. Əksinə, minlərlə il əvvələ baxdığımızda dünyada "iqtisadi mərkəz" dəyişdikcə beynəlxalq hakim valyutanın də dəyişdiyini görürük. II Dünya Müharibəsindən sonra ABŞ qlobal istehsalın 25%-ni təşkil edirdi. Qərbi Avropa qüvvələrini də əlavə edəndə bu rəqəm 40-a çatırdı. Həmin dövrdən sonra iqtisadi dirçəlişin itələyici qüvvəsi ABŞ və Qərb əleyhinə, Asiyaya doğru istiqamətləndi. Yüksək böyümə və qətiyyətli reformasiya ilə Çin bu iqtisadi dəyişikliyin mərkəzində yer alır. Son 70 ildə Çin dünya miqyasında istehsal payını 4 qat artırıb və 20% səviyyəsinə (ABŞ ilə eyni) çatdırıb. Bu sahədə genişlənməsi də gözlənilir" - deyə, bildirib.
 
Mütəxəssis bildirib ki, Çin artıq sadəcə aşağı büdcəli məhsullar istehsal edən bir istehsalçı deyil: "Son dövrlərdə texnologiya kimi dəyərli sektorlara diqqət yetirilir. Çindən başqa, Hindistan da daxil olmaqla, Cənubi Asiya ölkələrinin də gənc əhalisi və daim artan texnoloji təcrübələri sayəsində böyümə performansları göstərir. Qərbdə Türkiyə və Ərəb yarımadası ilə başlayıb şərqdə Yapniya və Yeni Zelandiyaya qədər uzanan, şimalda Rusiyadan cənubda Avstraliyaya qədər gedib çatan "Asiya İqtisadi Bölgəsi"nin qlobal istehsal kütləsi 50% olub. 2015-2030-cu illər dövründə əməl gələcəyi təxmin edilən 30 trilyon dollarlıq orta sinif istehlak böyüməsinin sadəcə 1 trilyon dollarını Qərbdən gəlməsi gözlənilir. Gələcək illərdə dünya iqtisadiyyatının ABŞ mərkəzli və dollar hakimiyyətində olan bir sistemdən Asiyanın daha çox güc sahibi olduğu yeni bir sistemə keçəcəyi düşünülür. Valyuta sahəsində bu, dolların digər valyutalar və qızıl kimi əmtəələrdən yaranan birja səbətinə qarşı dəyərini itirəcəyi anlamına gəlir".
Rəy yaz


  • Elanlar
  • Yazarlar
  • PDF

Zahir Amanaov

  • 21:19
  • 1 564

Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter