"Odda yanmaz, suda batmaz" Anastas niyə vətənə xəyanətdə ittiham edildi? - ARAŞDIRMA


Moderator.az ermənişünas alim, Türkiyənin Ərciyəz Universitetinin professoru Qafar Çaxmaqlının erməni kommunist, hiyləgər siyasətçi Anastas Mikoyan haqqında Türkiyə türkcəsində qələmə aldığı "Anastas Mikoyan: Bolşevik erməninin etirafları" kitabının Azərbaycan dilinə tərcüməsinin ikinci hissəsini təqdim edir. 

Birinci hissəni bu linkdən http://www.moderator.az/news/281111.html?fbclid=IwAR010uCed31u3FAvR7ypIzQUD6xwpY2ghEz0ttCfb8a6zULoDP5rWQDYtQ0
oxuya bilərsiniz.

ÖN SÖZ ƏVƏZİ 

Anastas Mikoyanın fəaliyyəti həqiqətən də qaranlıq idimi?

40 illik müddət ərzində SSRİ-nin öndə gələn liderlərindən idi, onun haqqında rusca deyirdilər: "От Ильича до Ильича без инфаркта и паралича", yəni "İliçdən İliçə (Lenindən Brejneve) infarkt və iflic olmadan" ömür sürən və həyatı boyu inanılmaz dərəcə şanslı adam. Müharibədən da sağ xilas oldu, güllələnən 26 Bakı komissarlarından sağ qalan 27-ci oldu, Stalinin 1937-1938 qırğınları da ondan yan keçdi. Stalinin ölümü də ona düşərli oldu. Malenkov, Xruşşov və Brejnev zamanında da "odda yanmaz, suda batmaz" Anastas Mikoyanetkin lider xüsusiyyətini qorudu. Amma ölümündən 35-40 il sonra onun adı "qara siyahılarda" yer aldı. Həm də çox sevdiyi Ermənistanda. Onu vətənə xəyanətdə ittiham etdilər.
Hər şey ondan başladı ki, Anastas Mikoyanın nəvəsi, yazar Stas Namin Ermənistanın paytaxtı İrəvanda babasına heykəl ucaldılmasını istədi, Ermənistanın səlahiyyətli qurumlarına müraciət etdi. Buna qədər isə Ermənistanda Anastas Mikoyan millət böyüklərindən, sovet ittifaqında Ermənistan və ermənilər üçün mühüm fəaliyyətlərə imza atmış biri kimi tanınırdı. Erməni xalqının yetişdirdiyi ən görkəmli siyasi xadim kimi qəbul edilirdi. Ortaya Mikoyana aid yeni sənədlər çıxanda erməni cəmiyyəti onu vətəninə xəyanət etmiş biri kimi görməyə başladı.

"Çox məxfi" kodu ilə mətbuatda yer alan bəzi sənədlər də onun siyasi şəxsiyyətini mübahisəli hala gətirdi. İrəvan meriyası qərar verə bilmirdi: Mikoyanın heykəli ucaldılsınmı, ucaldınmasınmı? İrəvan bələdiyyə şurasının verdiyi qərar təxirə salındı.

Mikoyana məxsus yeni üzə çıxarılmış sənədlər vəziyyəti dəyişdirmişdi: Mikoyanın xatirələrində bu sənədlərdən bəhs edilmişdi, bu da o demək idi ki, Mikoyan onları öz xalqından gizlətmişdi.
Adətən sovet dövlətinin rəhbərliyində olan şəxslərə xatirə yazmaq qadağan idi, bəzi şəxslərə çox müstəsna hallarda xatirələrini qələmə almaq üçün icazə verilirdi. 70-ci illərdə Moskvada "Politizdat" nəşriyyatında  çap olunan Anastas Mikoyanın kitabı ilklərdən biri idi. 1917-ci ilin oktyabrında baş vermiş bolşevik inqilabının əvvəllərindən başlayaraq Lenin, Stalin, Xruşşov və Brejnev dövründə mühüm vəzifələrdə çalışmış Mikoyanın sovet tarixinin 60 illik dövrü ilə bağlı xatirələrində həyatının bir çox xatirələri yer almamışdı.

Bütün bunlar Rusiya və Ermənistanda qaranlıq səhifələr kimi səciyyələndirilir. 1919-1922-ci illərə aid arxiv sənədlərində anti-erməni fəaliyyət göstərdiyi iddia olunan Mikoyanın 1937-1938-ci illərdə də minlərlə erməninin edam edilməsində günahlandırırlar. Əlbəttə ki, labüd olaraq Stalinin repressiya prosesində rol almağa məcbur idi və bu məcburiyyət milyonlarla insanın ölümünə yol açmışdı. Ancaq bəzi tarixçilər onun Kommunist Partiyasının öndə gələn bəzi üzvlərinə qarşı xoş niyyətli davrandığını da söyləyirlər. Mikoyan 1937-ci ildə yerli kommunistlər və intellektuallar arasında repressiyalara nəzarət etmək üçün sovet Ermənistanına göndərilmişdi. Amma İrəvanda nə kimi fəaliyyət göstərdiyinə dair daha öncələr heç bir məlumat verilməmişdi. Xatirələrində də Mikoyan bunlardan heç bəhs etməmişdi. Sovet İttifaqının süqutundan sonra ermənicə mətbuatda çap olunan, 1 sentyabr 1937-ci ilə aid bir sənəddə onun Ermənistanda həyata keçirilən qırğınlarda əli olduğu ortaya çıxır. "NKVD" Stalinə Ermənistanda 700 "anti-sovet ünsürü" mühakimə etmək üçün icazə istədiyini bildirmişdi. Rusya dövlət arxivində 22 sentyabr 1937-ci ilə aid, Yejovun imzası olan bu tarixi sənəddə Yejov Stalinə bildirir ki, Mikoyan güllələnəcək "Daşnaktsutyun və digər anti-sovet ünsürlərin" sayının 700 nəfərə qədər artırılmasını xahiş edir. Həmin sənəddə Yejov Mikoyanın güllələnəcəklərin əvvəlki sayına 1500 nəfər əlavə edərək 2000-ə çatdırılmasını təklif etməsindən bəhs edir.

Bu və buna bənzər digər sənədlərin ortaya çıxmasından sonra erməni cəmiyyətinin reaksiyası: "Niyə indi ermənilərin əsaslı edamını dəstəkləyən bir adama heykəl qoyuruq?" 1937-ci ildən keçənlərin heykəlləri ucaldılmamalıdırmı?"

İrəvan bələdiyyə şurasında bu suallar verilməyə başlayanda Ermənistan dövlət arxivinin müdiri Amatuni Virabyan Mikoyanın dəhşətli hadisələrdə iştirakına dair yetərli sənəd-sübut olduğunu söyləyərək, onun heykəlinin İrəvanın mərkəzində ucaldılmasına qarşı çıxmışdı və bundan sonra onun "qaranlıq fəaliyyəti" ilə bağlı sənədlər ictimaiyyətə təqdim olunmağa başladı. 

Bu kitabda Ermənistan arxivlərindən, erməni dilində olan mətbu orqanlarından aldığımız məlumat və sənədlərin oxucuların diqqətini çəkəcəyini ümid edirik.
Rəy yaz
  • Yazarlar
  • Elanlar
  • PDF

Zahir Amanaov

  • 21:19
  • 477

Təcili satılır!

  • 04:07
  • 1 930
Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter