"Qarabağın xilası Türkiyənin işə qarışması ilə olacaq, şərait yetişərsə hərbi müdaxilə edəcək"


Artıq Qarabağ düyünün sülh yolu ilə çözüləcəyinə kimsə inanmır və hamı gec-tez işğal altındakı torpaqlarda qanlı savaşın baş tutacağı günü gözləyir. Bəllidir ki, Ermənistan Rusiyanın birbaşa və ya dolayısı ilə dəstəyi olmasa Azərbaycan ordusu qarşısında bir sutka belə, davam gətirmək iqtidarında deyil. Amma o da kimsəyə sirr deyil ki, nə qədər Azərbaycanla strateji müttəfiqlik səviyyəsində olduqlarını iddia etsələr də tarix boyu olduğu kimi bu dəfə də Moskvanın İrəvanın arxasında dayanacağı kimsəyə sirr deyil. Elə isə, görəsən Türkiyə və Pakistan kimi qardaş ölkələr bu zaman hansı mövqedən çıxış edəcəklər? Konkret olaraq Türkiyənin bu məsələdə tutacağı mövqe çox önəmlidir.

Ümumiyyətlə, görəsən, Türkiyədə Azərbaycanın Qarabağ münaqişəsinin həlli yolunu nədə görürlər və hərbi əməliyyatlar başlasa gəlib bizimlə çiyin çiyinə döyüşməyə hazır olanlar çoxdurmu? Təbii ki, aktiv hərbi əməliyyatlar başlayacağı təqdirdə rəsmi Ankara Azərbaycana birbaşa dəstək verməkdən çəkinər, amma keçmiş hərbçilər gəlib 100 il öncə olduğu kimi Azərbaycanı ikinci dəfə xilas edərlərmi? Bunun üçün Türkiyədə bir təşkilatlanma yaratmağa gərək varmı?

Moderator.az ermənişünas alim, Türkiyənin Ərciyəz Universitetinin professoru Qafar Çaxmaqlının məsələyə münasibətini öyrənib:

"Türkiyə xalq və dövlət olaraq hər zaman Azərbaycanın yanındadır. Bundan sonra belə olacağına şübhə yoxdur. Qarabağ məsələsində diplomatik olaraq Türkiyənən mövqeyi Azərbaycanın mövqeyi nədirsə elə odur. Mənə elə gəlir ki,  Qarabağın xilası da məhz Türkiyənin işə qarışması ilə olacaq. Türkiyə şərait yetişərsə mütləq hərbi müdaxilə edəcək. Türkiyədə buna hazır olan qüvvələr var. Çox qısa bir zaman içində onları təşkilatlandırmaq və hərbi hazırlıq vəziyyətinə gətirmək mümkündür. Müəyyən məqamlarda bunları düşünmək millət olaraq bir borcdur. Türkiyə 1918 - ci ildə olduğu kimi darda olan qardaşına yardım edəcək. Sadəcə olaraq bizim özümüzdə də bir qədər milli səbat və ciddi hazırlıq olmalıdır.
Rəy yaz
  • Yazarlar
  • Elanlar
  • PDF

Zahir Amanaov

  • 21:19
  • 477

Təcili satılır!

  • 04:07
  • 1 930
Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter