Masallı. 65 min dollarlıq təqaüd qazanıb, 3 gün öncə dünyasını dəyişən gənc Masallıda dəfn olunub

O, axşam yataraq səhər yuxudan ayılmayıb

Dünən axşam olduqca qəmli bir xəbər paylaşmışdıq. Xəbərdə deyilirdi ki, 65 min dollar təqaüd qazanan, hazırda   Türkiyənin Bilkent Universitetində təhsil alan azərbaycanlı tələbə İbrahim Abbasov vəfat edib. O, universitetin Mexanika Mühəndisliyi fakültəsində təhsil alırmış


Qeyd edək ki, İbrahim Abbasov kifayət qədər savadlı tələbə olub. O, vaxtı ilə Sabahın Alimləri yarışmasında qızıl medal qazanıb. Bundan başqa, liseyi qızıl medalla bitirib. Həmin il qəbul imtahanında 665 bal toplayaraq ali məktəbə qəbul edilib. 2016-cı ildə isə ürkiyənin Bilkent Universitetinə 65,000 dollar (110 min 500 manat) ekvivalentli təqaüd qazanaraq pulsuz təhsil alma şansı qazanıb. 4-cu kursa hazırlaşan İbrahim Abbasov universitetin "Yüksək Şərəf” (High Honor) titullu tələbəsi olub.


Əlavə   öyrəndiyimiz məlumat isə ondan ibarətdir ki, İbrahim Abbasovun atası və anası Masallı rayonun Babaser kəndində anadan olub, sonra Bakıya köçüblər. Onun atası molla Ədalət isə Bakı məscidlərinin birində mollallıq edir. İbrahim Abbasovun daha bir qardaşı var.  Ailə Masallı rayonun Babaser kədində özlərin yeni ev inşa etmişmiş, lakin hələ ora köçməyiblər. 

İbrahim Abbasov dünən, 29 iyulda  axşam saatlarında kənd qəbristanlığında böyük izdihamla dəfn edilib.

Olduqca sasıdıcı olayla bağlı istedadlı gənc İBRAHİM Abbasovun ailəsinə dərin hüznlə başsağlığı veririk.

Allah rəhmət elsəin!



Rəy yaz
  • Yazarlar
  • Elanlar
  • PDF

Zahir Amanaov

  • 21:19
  • 491

Təcili satılır!

  • 04:07
  • 1 934
Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter