Təhsil Nazirliyi: Astara və Masallı şəhərlərində vətəndaşlar qəbul ediləcək


Təhsil naziri Ceyhun Bayramov avqustun 2-də saat 10:00-da Astara şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin avqust ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Astara, Lerik və Lənkəran rayon sakinlərini qəbul edəcək.
Təhsil Nazirliyindən  bildiriblər ki, qəbulda həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.
Nazir müavini Firudin Qurbanov avqustun 2-də saat 11:00-da Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində Masallı, Yardımlı və Cəlilabad rayon sakinlərini qəbul edəcək. Qəbulda həmin rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşlar iyulun 30-dək (saat 18:00-dək) Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146-1 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) zəng etməklə və ya nazirliyin rəsmi saytının “Vətəndaşların qəbulu” bölməsinə daxil olmaqla (http://edu.gov.az/az/contacts/request) elektron qeydiyyatdan keçə bilərlər.
Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.(AZƏRTAC)
Rəy yaz
  • Yazarlar
  • Elanlar
  • PDF

Zahir Amanaov

  • 21:19
  • 914

Təcili satılır!

  • 04:07
  • 2 242
Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter