• Burada sizin reklamınız ola bilər!
  • Məktub yaz
 

Buddizmin ilk dövrlərinə aid 2000 illik nadir nüsxə tapılıb


Məhv olmağa doğru gedən perqamentləri xilas etmək mümkün oldu
 
ABŞ-ın Konqres Kitabxanası, bazar ertəsi günü erkən Buddizmin 2000 illik nadir mətnini ictimaiyyətə təqdim edib. AYNA dünya mediasına istinadən xəbər verir ki, əldə olunan perqament Əfqanıstan və Pakistanın şimalında yerləşən buddistlərin qədim bölgəsi Qandharada aşkar olunub.
 
Qandhara mətni Siddhartha Qautama kimi tanınan dini lider Şakyamuni Buddadan bəhs edir və özündən əvvəlki 13 Buddanın hekayəsini, özünün doğuluşunu və gələcəkdə növbəti bir Buddanın meydana gəlməsi proqnozunu verir. Hər Buddanın nə qədər yaşadığı, doğulduğu sosial sinif və təlimlərin nə qədər davam etdiyi barədə məlumatlar mətndə səlnamə şəklində öz yerini tapıb.
 
Konqres kitabxanası, aşkarlanmış mətnlə bağlı etdiyi müraciətdə, bu əlyazmaların digərləri ilə müqayisədə çox qədim olduğunu və digər mətnlərə nisbətən Buddanın həyatına daha çox uyğun gəldiyini söyləyib.
 
Konqres, dünya mediasına verdiyi açıqlamada “Bu inanılmaz və bənzərsiz nüsxəni dünya ilə paylaşmağın bir yolunu axtarırdım” -deyərək, kitabın nə qədər əhəmiyyətli olduğunu diqqətə çatdırıb. Kitab qoruyucularının fəaliyyəti nəticəsində mətnin çox yaxşı qorunmağına baxmayaraq, öz orjinal görünüşündən nisbətən uzaqlaşıb.
 
Bir kolleksionerdən 2003-cü ildə satın alınan kitab, Konqres kitabxanasının indiyə qədərə üzərində işlədiyi ən mürəkkəb və incə parçalardan biridir.
 
Kitabı orjinal halına salmaq bir neçə il çəkdi və məhv olmağa doğru gedən perqamentləri xilas etmək mümkün oldu.
 
Lakin, mətnin içindəki bənzərsiz mövzular olmasaydı, kitabı əsla xilas etmək mümkün olmayacaqdı.
 
Verilən açıqlamalarda, mətnin qorunmasının əsas səbəblərindən biri kimi Qandhara bölgəsinin əlverişli şəraiti olduğu da xüsusi ilə qeyd olunub.  
 
Əlyazmanın orjinalı kütləvi nümayiş üçün çox həssas olmasına baxmayaraq, mətni bir neçə nüsxə etməklə, kitabxana bu vacib əsəri ictimaiyyətlə bölüşməyə hazır olduğunu bildirib.
Rəy yaz


  • Elanlar
  • Yazarlar
  • PDF

Zahir Amanaov

  • 21:19
  • 1 498

Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter