Arxeoloqların yeni tapıntıları||--||

  • 10.10.2010, 09:52,
  • Tarix
  • Oxunma: 53



Arxeoloqların yeni tapıntıları


 




İşlər hələ tamamlanmasa da bu gün həmin abidələrin və abidəni yaradan tayfaların tarixinə dair müəyyən nəticələr çıxarmağa imkan verən tapıntılar əldə olunmuşdur. Hansı ki, həmin tayfalar, yaxud Alxantəpəni yaratmış insanlar mənşə etibarı ilə Mesopotamiya ərazisindən Qafqaza gəlmiş, burada məskən salmış insanlardır. Onlar Ubeyt mədəniyyəti adı ilə tanınır. Ubeyt orada abidədir. İlk mərhələdə həmin sakinlər əkinçilik və maldarlıqla məşğul olmuş, dulusçuluq məmulatı hazırlamış, yaşayış və təsərrüfat tikililəri üçün 25 x 50 x 7 ölçülü kərpiclər inşa etmişlər. (Qafqazda ilk dulus çarxından istifadə edənlər də həmin ubeyt tayfaları olmuşdur)

Qafqazda ilk metaləritmə faktiki olaraq bu tayfalarla bağlanır. Onlar öz rəhmətə getmiş körpələrini yaşadıqları evlərin içində, küp qablarda dəfn edirdilər.

Lakin Alxantəpədəki yaşayış məskəni bir müddətdən sonra zəlzələ nəticəsində dağılmış, evlər uçulmuş, güman ki həmin ərazidə iqlim dəyişikliyi baş vermiş, təbii hadisənin həmin əhaliyə böyük təsirindən sonra onlar təsərrüfat subyektini dəyişib, əsasən maldarlıqla məşğul olmuşlar. Bunu sübut edən dəlillərdən biri əsasən üst təbəqədə olan gil-heyvan fiqurlarıdır - qoyun keçi, it.

Əldə edilmiş sümük məmulatına əsasən deyə bilərik ki, Alxantəpə düzənlikdə yerləşsə də, onun Talış dağları ilə sız əlaqəsi vardır. Bu yaşayış məskənində dağ keçisinin və qoyunun sümükləri tapılmışdır.

Gələcək tədqiqatlarda burada iştirak edən mütəxəssislərin sayı artacaq. Çünki ubeyt tayfaları bu ərazi ilə yanaşı Şimali Qafqazda da məskunlaşıb. Ona görə bu tədqiqatlara rus alimləri da maraqlıdır. Məhz buna görə Rusiyadan antropoloqlar dəvət olunub ki, onlar əldə edilmiş insan skeletlərinin tədqiq edərək eramızdan əvvəl 4-cü minillikdə insanların hansı xəstəliklər keçirdiklərini və başqa bioloji, antropoloji vəziyyətləri tədqiq edəcəklər.

Bundan əlavə Cəlilabadın Polutəpə ərazisində də başlanmış qazıntılar da davam etdirilir.

Hazırladı: Səməd


�Əxbarnamə� yenidən nəşr edilib

Azərbaycanın XVIII əsrin sonu və XIX əsrin əvvəllərinin sosial-iqtisadi və siyasi tarixində çox qaranlıq məqamlar olmuşdur. Həmin dövr Talış xanlığında cərəyan etmiş hadisələrin bir çoxunda bilavasitə iştirakçı olmuş Mirzə Əhməd Mirzə Xudaverdi oğlu tərəfindən qələmə alınmış �Əxbərnamə�də müəllif şəxsən şahidi olduğu və görüşdüyü insanların verdikləri məlumatları qələmə almışdır. Latın qrafikası ilə ilk dəfə nəşr olunan kitab İshaq Axundov tərəfindən çapa hazırlanmışdır.

 

Rəy yaz
Если у вас на работе или дома заблокирован доступ к этому или любому другому сайту, или вы просто не хотите оставлять следы в интернете Используйте тор браузер для windows он обходит все возможные блокировки провайдеров и обеспечивает анонимность. скачать русскую версию tor browser https://tor-browser-vpn.ru/
Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter