Hakim oğlu necə müxalifətçi oldu?


26 il bir rayon şöbəsinin sədri  vəzifəsində əyləşən müxalifətçi şəxsin istefa ərizələri niyə qəbul olunmur?

 


Bir neçə gün öncə FB-də, Zahir Amanovprofilində bir elan paylaşmışdıq. Məzmunu ondan ibarətdir ki,  siyasi partiyaların rayon təmsilçilərindənmüsahibə almaq istəyirik. Ilk müsahib kimi də AXCP-nin Masallı RŞ-nin sədri Əlişir Bəşirovla görüşməyi rarlaşdırmışıq. Oxuculardan da xahiş etmişdik ki, kimin sualı varsa, bizəyollasın. 4 gün ərzində cəmi 1 sual gəldi. Daha heç nə. Yenə də sual vermək də, cavab almaq da bizim öhdəmizə düşdü. Həmişə hamıdan gileyli olanlar, hər şeyə“mız” qoymağa həvəsli olub, lazımi anda susanlar ənənələrinə sadiq qaldılar.

Öncə paylaşdığımız elanının tam mətninixatırladırıq:

 

Cenubxeberleri.com saytı Masallıda fəaliyyət göstərən siyasi partiyaların rayon şöbəsinin rəhbərləri ilə (iqtidar və müxalifət olmasından asılı olmayaraq) müsahibə almağı planlaşdırır. Bu müsahibələrin tam bitərəf movqedən aparılması nəzərdə tutulur. Yəni, düşünmürük ki, bu müsahibələrlə kimlərisə reklam edək, yaxud aşağılayaq. İlk müsahib kimi AXCP Masallı RŞ-nin sədri Əlişir Bəşirovla söhbətləşməyi qərara almışıq. Kimin Əlişir bəyə sualı varsa, bura (yaxud, inboksayaza bilər). Əvvəlcədən bildirirəm ki, prikol, təhqiramiz, eləcə də dövlətçiliyimizə xələl gətirəcək suallar olacaqsa, silincək. Maksimum, səmimi, düşünülmüş, ciddi suallar ünvanlayacaqşəxslərə öncədən təşəkkürümü bildirmək istəyirəm.
Həmçinin növbəti müsahibimizin kim olmasını arzu edirsinizsə, onu da qeyd edə bilərsiniz. 

 

 

Qısa tərcümeyi-halı

Əlişir  Sərxoş oğlu Bəşirov 1949-cu ildə Salyan Rayonunun Xıllı qəsəbəsində  anadan olub. O vaxt atası həmin rayonda 9 il məhkəmə hakimi vəzifəsində çalışıb(Sonralar Masallıda Notariat sədri). 6 qardaş, 1 bacıdırlar.

Ə. Bəşirov ali təhsilli fiziki tərbiyə müəllimidir. 1973- ildən (46 il ) bu dərs ilinin sonuna kimiMasallı şəhər 1 saylı tam orta məktəbində çalışıb.  1 oğlu və qızı vardır.

 

Əlişir bəy, atan 9 il məhkəmə hakimi, qardaşların biri sovet dövründə deputat, şirkət sahibi, digəri ərazi nümayəndəsi, o biriləri həkim, müəllim olub. Siz nədən, necə müxalif oldunuz?

 

60-cı illərin sonlarında Masallı konserv zavodunda işləyəndə oradakı haqsızlıqlaraqarşı qəti etiraz edirdim. Həmin vaxtı hətta məni o dövr üçün çox nüfuzlu təşkilat olan Rayon Komsomol Komitəsinə işə götürmək istəyirdilər. Betirazçılığıma görə adının üstündən xətt çəkdilər. Zavod direktoru mane olmuşdu.  Hətta zavodun o vaxtkidirektoru bir dəfə mənə dedi ki, sən yazmırsan, amma çox danışırsan. Buradakılarda sənin danışdıqlarındanyuxarılara ərizə düzəldirlər. Sən danışmasan, onların da yazmağa sözü olmaz.

Rəsmi müxalifətçilik tarixiniz nə vaxtdan başlayır?

 

İndi hətta bağda, çayxanada oturmağa əngəl törətsələr də 90-cı illərin əvvəllərin hətta məktəblərdə siyasi qurumların, o cümlədən AXC-nin dayaq dəstələri var idi. Mən də şəhər 1 saylı məktəbin dayaq dəstəsinin sədri seçildim.

 

1993-cu ildən ta bu günə kimi, 26 ildir ki əvvəl AXC-nin, indi AXCP-nin  Masallı rayon şöbəsinin sədrisiniz. Çox deyil?

 

Bu yaxınlarda 70 yaşım tamam oldu. Sirr deyil ki, qocalmışam. Bir neçə dəfəkonfransda istefa vermək istəsəm də nümayəndəlik tərəfindən qəbul olunmayıb.

 

Kadr yoxdur, ya sizlə vidalaşmaq istəmirlər?

 

Kadr çoxdur, sıralarımızda bacarıqlı gənclər az deyil. Görünür yuxarı təşkilatımız və gənclər bu postda daha təcrübəli adamın olmasını arzu edir.

 

Müxalifətçilik sizi bezdirməyib?

 

Heç kimi müxalifətçi təyin etmirlər. Hər kəs bu yolu könüllü seçir. Və həmin seçimi edərkən nəzərə alır ki, təzyiqlərə məruz qala bilər, döyülə, həbs oluna, qohumları vəzifəsinə itirə və digər xoşagəlməz hallarla üzləşə bilər. Lakin yenə müxalifətçiliyi seçir. Təsəllisi o olur ki, insanları qəlbində mübarizə ruhunu sönməyə qoymur. Pafoslu danışmaq istəmirəm. Amma azad, cəsarətli insanlarla bir sırada olmağın dadı başqadır.

 

Bəziləri deyir ki, ən yaxşı vəzifə müxalifətçi işləməkdir. Necə deyərlər, dozasında müxalifətçilik edəndə, yaxşı imtiyazlar da qazanırsan.

 

Deməyə nə var ki. Şəxsən mən hakimiyyətdən heç bir imtiyaz almamışam. Əksinə qardaşım mənə görə işdən çıxarılıb. Digər qohumlarım mənə görə təzyiqlərə məruz qalıb. Elə bilirsiniz mitinqlərə getmək, ora fəalları yönəltmək, saxlanılan, işdən qovulan üzvlərimizin hüquqları üçün gah polisin, gah digər təşkilatların qapısında dayanmaq, tənəli sözlər eşitmək, bəzi rəhbərlərlə üz-göz olmaq rahatdır. Hərə sözünün göyçəyin danışır. Bizdə müxalifət yoxdur deyənlər də var. Deyirik,biz zəifik, gəl sən ol müxalifət. Ancaq bəzən bizimlə salamlaşmağa, adi etiraz bəyənatına imza etməyə qorxanlar bizə cəsarət dərsi keçir.

 

Belə fikirlərlə də rastlaşırıq ki, bizdə cəsarətli, dözümlü, bütün təzyiqləri göz altına alan müxalifətçilər olsa da, onların əksəriyyəti, 20-30 ilin müxalifətçi təvəkkürüilə yaşayır, intellektləri çox zəifdir, əksəriyyəti yeni texnologiyaların imkanlarından az faydalanır və s.

 

Həmin fikirlərlə razı deyiləm. Sıralarımzdasavadlı, yüksək intellekti olanlar, eləcə də rəsmi AXCP üzvü olmayıb, ruhən bizlə olanlar da az deyil.

 

Elədirsə, niyə sıralarınızda hansısa iqtisadçı, sosioloq, tarixçi hər hansı bir araşdırma aparıb cəmiyyətə təqdim etmir?

 

Bu barədə də düşünərik.

 

Bu gün siz ən çox nələrdən narasızınınız?

 

Məsələn,  qeydiyyatdan keçmiş təşkilat olsaq da, 2 ildən bir keçirməli olduğumuz konfransa yer ayırmırlar. Yaxud elə şərtlər irəli sürülər ki... Məsələn, ucqar yerdə 1 saatına 500 manat ödəməklə. Məcbur olubötən konfransı 40-a yaxın cəbhəçi ilə  evimdə keçirməli olduq. Niyə YAP RŞ-nin az qala 1 milyon manatlıq ofisi olur, lakin 10-a yaxın digər siyasi partiyanın rayon təmsilçilərinin 10-na bir otaq icarələməyə imkan vermirlər. Hətta 4-5 QHT üçün də ofislər ayrılıb, amma bizə ögey övlad kimi baxırlar. Məgər müxalifətçi olmaq cinayətdir? Bu gün Masallıda təmsilçiləri olan Müsavat, Ümid, Vətəndaş həmrəyliyi, Klassik Xalq Cəbhəsi və digər partiyaların rayon şöbələri də eyni taleyi yaşayır. Narazılığa qalanda isə ən çox rayon polis şöbəsində narazıyıq.

 

Niyə?

 

Bütün razılaşdırılmış mitinqlər vaxtı fəallarımızı ya bir-iki gün qabaq, ya sonrapolisə çağırıb təzyiq edirlər, hədələyir, qorxudur və s. Mənim özümü bir neçə dəfə çağırıblar. Masallıda zona müşavirəsinin keçirilməsinə mane oldular, təxribatçı qruplar göndərdilər. Əli Kərimlinin elektron poçtuna Masallıdan 12 nəfər müraciət etmişdi ki, onları AXCP sıralarına qəbul edək. 6 nəfəri qəbul etdik. Kimsə onların şəklin çəkib paylaşmışdı. Polis onlara ciddi təzyiqlər etdi. Əli çatan qohumlarına təhdidlər olundu.

 

-Uzun müddət Masallının ən çox şağırdkontingenti olan, 200-dən artıq müəlliminçalışdığı məktəbdə həm müəllim, həm də həmkarlar təşkilatının sədri olmusunuz. Təhsillə bağlı ən çox saxtakarlıqların da sorağı oradan gəlir. Siz bu saxtakarlıqlara qarşı hansı etirazlar etmişiniz?

 

Mütləq deyil ki, hər şeyi nümayişkaranə edəsən. Bəzi nöqsanları rəhbərliyə şəxsən çatdırırdım. Davamiyyətlə bağlı dəfələrlə rəsmi şikayətlər etmişəm. Neçə dəfə sorğu vermişəm ki, ən azından texniki işçilərin siyahısını verin, bilim ki, rəhbərlik etdiyim həmkarlar təşkilatının hansı üzvləri var. Təkidlərimə baxmayaraq verməyiblər.

 

Vətandaşların müraciətin baxılması qaydaların əldə əsas tutub məhkəməyə verə bilərdiniz?

 

Bilirsiniz, bu məktəbdə dəfələrlə yoxlamalar aparılıb- onlarla adı olub, özü olmayan şagirdlər, müəllimlər, texniki işçilər aşkarlanıb. Amma sonda yuxarı səviyyədə bu nöqsanlara göz yumulub, günahkarlar nəinki cəzalanıb, əksinə yüksək təltiflərlə mükafatlandırılıb. Ona görə bunları mənasız və vaxt itkisi hesab etmişəm.

 

Sizə üzvlük haqqı verən varmı? Büdcəniz şəffafdlrmı?

 

Xeyr. Nə yardım alırıq, nə üzvlük haqqı ödəməyə imkan var.

 

Bu gün sual doğuran məqamlardan biri də odur ki, müxalifətçilər internet imkanlarından, sosial səhifələrdən, canlı yayımlardan  ya layiqincə faydalanmır, ya da papaq atmaqla, hər hansı olaya ironiyalı münasibətlə işlərin bitmiş hesab edirlər. ReAL partiyası öz qurultayını virtual qaydada keçirtdi. Olmaz ki, siz də bəzi iclaslarınızı sosial şəbəkə üzərindən keçirəsiniz? Məsələn sizin FB-də qrupunuz varmı?

 

 

Var.

 

Adı nədir?

 

 

Bəzi səbəblərə görə adın deyə bilmərik.
Adın demirsinizsə, bəs sizə maraqlı olan şəxslər oradakı məlumatlarla necə tanış ola bilirlər?

 

Açıq səhifəmiz də var. AXCP Masallı Rayon şöbəsi- səhifəsi. Bilirsiniz, o qədər təzyiq altında işləyirtik ki, bəzən səhifəmizə şəkil qoymağa ehtiyatlanırıq ki, həmin şəxslər təzyiqlə üzləşə bilər. Məsələn, ən fəal üzvlərimizdən olan Laçın Əsgərlinin özün, oğlun və həyat yoldaşın işdən çıxartdılar. Bu olayla bağlı materiallar Avropa Məhkəməsinə hazırlanır.  2 gəncimiz 30 sutkalıq həbs cəzası alıb.

 

Hazırda intenet kanınında Azərbaycan saatı, Meydan, 13-cü kanal, OsmanqızıAzad söz və digər adlar altında müxtəlif müstəqil və müxalif kanallar var, niyə həmin kanallara, yaxud öz səhifənizdən canlı yayıma çıxmırsınız? 

 

Bizim fəal üzlərimizdən Çingiz bəy və Ağababa bəy bir neçə dəfə canlı yayıma çıxıb. Bu yaxınlarda mən də canlı yayımın imkanlarından faydalanmağa çalışacağam. Amma bu sahədə doğrudan da qüsurlarımız var. Çalışacağıq ki, bu imkanlardan daha çox faydalanaq.

 

Bu gün sizə mitinqə icazə versələr, tribunadan hansı tənqidi fikirləri, təklifləri səsləndirərdiniz?

 

Öncə rayonda bütün sahələr üzrə aşkarlığı tələb edərdim. Sanki qapalı bir məkanda yaşayırıq. Öncə uşaq pulu məsələsini önə çəkərdim. İşsizlikdən, məmur özbaşınalığından, təhsildə, səhiyyədə, məhkəmədə baş verən biabırçı nöqsanlardan söz açardım.

 

Əlinizdə konkret faktlar varmı?

 

 

İnşallah, canlı yayımlarda çıxış edəndə eşidərsiniz.

 

İzləyicilərimizə sözünüz.

 

Öncə sizə təşəkkür edir ki, bizə imkan yaratdınız. O cümlədən iqtidar partiyaları təmsilçiləri ilə müsahibələri səbirsizliklə gözləyirik. Yaxşı olar ki, İHB-nin müvafiq şöbələri dəyirmi masalar təşkil etsin, biz də bütün fikirlərimizi orada müzakirə edək.Sonda onu da bildirim ki, bu müsahibənin saytınızda getməsini və bundan sonra polisdən bizə olacaq təzyiqləri səbirsizliklə gözləyirəm.

 

Hazırladı: Zahir ƏMƏNOV

Qeyd: Növbəti müsahibimizin YAP RŞ-ntəmsilçisinin olmasına çalışacağıq. Yəqin ki, müxalifətçiyə sual verməkdən çəkinənlər, iqtidar nümayəndəsinə həvəslə suallar ünvanlayacaqlar.

 

 
 
Rəy yaz
  • Yazarlar
  • Elanlar
  • PDF

Zahir Amanaov

  • 21:19
  • 491

Təcili satılır!

  • 04:07
  • 1 934
Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter