Bu dərmanlar icbari tibbi sığorta paketinə daxil edilə bilər


Bunlar ilkin səhiyyə xidmətlərində istifadə edilən dərmanlar olmalıdır

 

Azərbaycanda dərmanlarla təminat da icbari tibbi sığorta paketinin xidmətlər paketinə daxil olmalıdır. AYNA medicina.az-a istinadən xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Səhiyyə məsələləri üzrə baş iqtisadçısı Melitta Jakab səhiyyə sistemində dəyişiklərlə bağlı Azərbaycan hökumətini dəstəkləmək üçün ölkəyə gəlmiş beynəlxalq missiyanın nəticələrinə dair tədbirdə deyib.

Onun sözlərinə görə, bu dərmanlar ilkin səhiyyə xidmətlərinə aid olmalıdır: "Hesab edirik ki, ilkin olaraq, 20-30 adda dərman bu paketə daxil ola bilər. Bunlar əsasən ilkin səhiyyə xidmətlərində istifadə edilən dərmanlar olmalıdır. Paketə qan təzyiqini aşağı salan, şəkər xəstəliyi üçün nəzərdə tutulan, uşaqları infeksiyadan, xüsusilə tənəffüs yolları infeksiyalarından qoruyan antibiotiklər, hamilə qadınlar üçün folik asid və dəmir əlavə edilə bilər. Lakin bununla bağlı hesablama aparılmalıdır".

M.Jakab hesab edir ki, dərmanların paketə daxil edilməsi insanların maliyyə yükünü azaldar.

Rəy yaz
  • Yazarlar
  • Elanlar
  • PDF

Zahir Amanaov

  • 21:19
  • 914

Təcili satılır!

  • 04:07
  • 2 242
Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter