Nurəddin Ədiloğlu oxucuların görüşünə bu dəfə “Taxt və Tabutla” gəldi


Romanın tezliklə  Bakıda  və Masallıda  imza  günü  keçiriləcək

“Azərnur”,  “Bakı açıq şəhərdi”, “Qara sarmaşıq”, “Kiçik Paris”, “Ömür vağzalı” , “Yaralı qu quşları”, “Adəm və Həvva”  adlı  bədii,   “Seyid Sadıq”,  “Sarəng zirvəsi”,  “Əsrin sönməz şamları” , “Sonuncu monoloq”, “Masallı –cənnət misallı” və başqa publisistik kitabların  müəllifi,  həmyerlimiz   yazıçı   Nurəddin Ədiloğlunun  “Taxt və Tabut” adlı  tarixi   romanı  bu günlərdə “OL”  nəşriyyatında  işıq üzü görüb.

 

Romana türkologiya, folklorşünaslıq, təsəvvüfədəbiyyatı sahəsində tanınmış Azərbaycan alimi, filologiya elmləri doktoru,  professor  Füzüli BAYAT ön söz yazmışdır. 

 

Alimin  qeyd  etdiyi kimi,Azərbaycanda Əlisa Nicatın “Qızılbaşlar”, Fərman Kərimzadənin “Xudəfərin körpüsü”, Əzizə Cəfərzadənin “Bakı 1501” tarixi romanlardan sonra Şah İsmayıl haqqında yeni bir roman yazmaq təbii ki, çətindir. 

 

Hələ Türkiyədə Reha Çamuroğlunun “İsmail” romanını, İsgəndər Palanın “Şah və sultan” əsərini demirik ki, bu əsərlərdə dar Osmanlıçılıq çərçivəsi özünü göstərir.

“Taxt və tabut” romanı da Şah İsmayıl Yavuz Sultan Səlim münasibətinə həsr edilmişdir. Tarixə sadiq qalmaq, dəyişik dinə, məzhəbəirqə mənsub olan oxuyucuları incitməmək, əsərin bədiiliyini qoruya bilmək və s. bunlardan əsas olanlarıdır. “Taxt və tabut” romanı böyük ölçüdə tarixi həqiqətlərə sadiq qalmış, folklordan gələn bir çox rəvayət, əhvalat da əsərin oxunaqlığını artırmışdır...

 

  Füzuli   BAYAT yazır:“...son dövrlərdə Şah İsmailə qarşı Azərbaycanda başladılan düşmənçilik kompaniyasının kökü məlum deyildir(Əslində məlumun məlum olmamsıdır). Burada deyiblər ki, biz nə İsaya qul, nə də Məhəmmədə ümət ola bildik. Bildik bilmədik danışanlarla, sapla samanı ayırd edə bilməyənlərin, qula qul olanların, yarınanların, yarımçıq oxuyanların baş alıb getdiyi bir vaxtda yenidən Şah İsmail mövzusuna qayıtmaq zamanında atılan addımdır.Və “Taxt və tabut” romanı da belə bir zamanda yazılmışdır.

Xatırladaq ki,  “Manera az”,  İlkxəbər.org” saytları ilə  yanaşı   bizim “Cenubxeberləri.COM” saytı  da  oxucuları “Taxt və tabut”  romanından  kiçik  parçalarla tanış  etmişdir. Yazıçı Nurəddin Ədiloğlunun   bildirdiyinə görə,   yaxın günlərdə  Bakıda - Azərbaycan  Yazıçılar  Birliyində  və Masallıda  -  “Cənub xəbərləri” qəzetinin redaksiyasında   romanın imza günü  keçiriləcəkdir.

 

Cenubxeberleri.com

 

Rəy yaz
  • Yazarlar
  • Elanlar
  • PDF

Zahir Amanaov

  • 21:19
  • 491

Təcili satılır!

  • 04:07
  • 1 934
Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter