• Burada sizin reklamınız ola bilər!
  • Məktub yaz
 

ABŞ-da üçüncü atışma: Bu dəfə yeddi nəfər...


Atəş parkın yaxınlığından keçən avtomobildən açılıb

 

ABŞ-ın Çikaqo şəhərinin (İllinoys ştatı) parkında atışma baş verib. "CBS" telekanalının verdiyi məlumata görə, ötən gün gecə saatlarında baş verən atışma nəticəsində 7 nəfər yaralanıb.

 

Hadisənin şahidləri bildiriblər ki, insanlara atəş parkın yaxınlığından keçən avtomobildən açılıb.

 

Məlumata əsasən, yaralananlardan birinin vəziyyəti ağırdır.

 

Xatırladırıq ki, ötən gün ABŞ-ın El-Paso şəhərində (Texas ştatı) "Cielo Vista" ticarət mərkəzinin ərazisində yerləşən "Walmart" mağazasında 21 yaşlı şəxs insanlara atəş açıb. İnsident nəticəsində 20 nəfər həlak olub, 26 nəfər isə yaralanıb.

 

Daha bir atışma ABŞ-ın Deyton şəhərində (Ohayo ştatı) baş verib. İnsident nəticəsində atəş açan şəxs də daxil olmaqla, 10 nəfər ölüb, 16 nəfər isə yaralanıb.

Müəllif: Ayna.az 
Rəy yaz


  • Elanlar
  • Yazarlar
  • PDF

Zahir Amanaov

  • 21:19
  • 1 517

Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter