Azərbaycanda həkim baş həkimi iş otağında bıçaqladı - FOTO


Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib.
APA -nın yerli bürosunun məlumatına görə, hadisə axşam saat 17:00 radələrində Sumqayıt şəhərinin 1-ci mikrorayonunda yerləşən “Sum Modern Dental Clinic”də qeydə alınıb.
Belə ki, orada həkim işləyən Pərviz İbrahimovla klinikanın baş həkimi Şahin Baxşəliyev arasında düşən mübahisə sonda qanla nəticələnib. Belə ki, P.İbrahimov baş həkimin otağına gələrək onun qarın boşluğuna çox sayda bıçaq zərbələri endirib. Ş.Baxşəliyev aldığı xəsarətlər nəticəsində çoxsaylı qan itirib. Onun Sumqayıtda "Şəfqət" klinikasında əməliyyat olunduğu və vəziyyətinin ağır olduğu bildirlir.
P.İbrahimov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Rəy yaz
  • Yazarlar
  • Elanlar
  • PDF

Zahir Amanaov

  • 21:19
  • 477

Təcili satılır!

  • 04:07
  • 1 930
Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter