Ermənilər Azərbaycan torpağında 100 mln. dollarlıq layihənin təməlini qoydu -VİDEO

Elə etmək lazımdır ki, düşmənin  nəinki layihə cızmağa, o torpaqların adını çəkməyə də cürəti çatmasın...



Moderator.az-ın hələ 2018-ci ilin yanvar və noyabr aylarından verdiyi xəbərlərdən( bax:http://www.moderator.az/news/208711.html və https://www.moderator.az/news/247257.html) bəlli olduğu kimi, işğalçı ermənilər Azərbaycanın Tərtər rayonunun 26-cı ildir ki, işğal altında qalan Sərsəng-Madagiz(Suqovuşan) ərazisində yerli və xarici şirkətlər tərəfindən 100 mln. dollardan çox dəyəri olan sərmayə proqramının  icra  ediləcəyini gözləyirlər.   Bu günlərdə həmin informasiya yenidən gündəmə gəlib. Bu haqda Xankəndindəki qondarma separatçı-terrorçu rejimin keçmiş “dövlət naziri” kimi təqdim edilən və hazırda “Sərsəng SES”-in rəhbəri olan Araik Arutyunyan məlumat verib.  

Separatçının sözlərindən bəlli olub ki, işğalçılar Madagiz kəndini Ağdərə şəhəri ilə birləşdirən su kanalı çəkirlər. Məqsəd həm də işğal edilmiş Ağdam rayonunun əkin sahələrini suvarmaqdır. O deyib ki, layihə Sərsəng SES-in davamı olacaq. 4 yeni su elektrik stansiyası və 2 kanal tikiləcək, ardınca beşinci SES inşa ediləcək və nəticədə 200 milyon kilovatt saat elektrik enerjisi hasil olunacaq. Habelə 10 min hektar əkin sahəsi suvarılacaq. Layihəyə 100 milyon dollar investisiya qoyulacaq. Bu, Qarabağda son illərdə həyata keçirilən ən iri layihələrdən biridir.

Arutyunyan deyib ki, su kanalının tikintisi sayəsində Ağdərə(keçmiş-S.L.), Ağdam, Xocavənd rayonlarında indiyə qədər susuzluqdan əkilib-becərilməyən əkin sahələrinin suvarılması problemini həll edəcək. 

Moderator.az-ın əldə etdiyi yeni məlumata görə, artıq bu günlərdə A.Arutyunyan başda olmaqla bir qrup separatçısı bəhs edilənin layihənin təməlatma mərasimini keçiriblər. Yeni SES-lərdən biri "Tar-Tar 4" adlandırılacaq. 10 min hektar ərazinin su ilə təmin olunması nəticəsində sözügedən ərazilərdə yeni bağlar salınması da  planlaşdırılır. Nəticədə separatçı rejim ərazisində ümumi  illik meyvə tədarükünün 200 min tona qədər yüksəldiləcəyi gözlənilir. Layihənin 4 il ərzində, yəni 2023-cü ilədək həyata keçirilməsi nəzərdə tutulur. Kanalların dağlıq ərazilərdən keçməsi xeyli çətinliklər yaradır.

P.S. Deyə bilərik ki, hazırkı reallıqda işğalçı və separatçı ermənilərin bu nəhəng layihəni həyata keçirməsi mümkün deyil. Yəni bu da növbəti blef, “prezidentliyə namizəd” olan A.Arutyunyanın “seçki”qabağı şou-proqramıdır. Amma bunu deməklə də biz heç nə qazanmayacağıq. Çıxış yolu yalnız səfərbər olub torpaqları azad etməkdir ki, artıq ermənilərin  nəinki Azərbaycan torpaqlarında hər hansı layihə cızmağa, heç o torpaqların adını çəkməyə belə, cürəti çatmasın...

Sultan Laçın 

Rəy yaz
  • Yazarlar
  • Elanlar
  • PDF

Zahir Amanaov

  • 21:19
  • 925

Təcili satılır!

  • 04:07
  • 2 249
Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter