Əmək haqları Vahid Tarif Cədvəli əsasında ödənilən işçilərin sahəsinin adları açıqlanıb


Əmək haqları Vahid Tarif Cədvəli əsasında ödənilən işçilərin sahəsinin adları açıqlanıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "Report"a verilən məlumata görə, işçilərin sırasına dövlət büdcəsindən maliyyələşdirilən sosial, elm, təhsil, səhiyyə, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışanlar daxildir.

Yeni VTC-də tarif (vəzifə) maaaşları əməyin ödənilməsinin 1-19-cu dərəcələri üzrə 250-906 manat intervalında müəyyən edilib və bu VTC-nin tətbiqinə sentyabrın 1-dən başlanacaq.

Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri də orta hesabla 40% artırılıb. Təhsilverənlərin və təhsilalanların kateqoriyasından asılı olaraq müəyyən edilmiş saathesabı ödəniş məbləğlərinin tətbiqi də sentyabrın 1-dən həyata keçiriləcək.

 

Həmçinin dövlət orqanlarında çalışan, lakin dövlət qulluqçusu olmayan işçilərin (xadimə, dalandar, bağban, gözətçi və s.) aylıq vəzifə maaşları orta hesabla 40%-dən çox artırılaraq dövlət orqanlarının kateqoriyaları üzrə 260-310 manat intervalında müəyyən edilib. Bu aylıq vəzifə maaşlarının tətbiqinə də sentyabrın 1-dən başlanacaq. 

Xatırladaq ki, Prezident İlham Əliyevin 2019-cu il 18 iyun tarixli 1265 nömrəli Sərəncamı ilə 2019-cu ilin 1 sentyabr tarixindən respublikada minimum aylıq əməkhaqqının məbləği artırılaraq 180 manatdan 250 manata çatdırılacaq.

Rəy yaz
  • Yazarlar
  • Elanlar
  • PDF

Zahir Amanaov

  • 21:19
  • 491

Təcili satılır!

  • 04:07
  • 1 934
Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter