Nəvəmə rüşvət dərsləri Yaxud rüşvətin hələ bilmədiyimiz “rəngləri”

Nəvəmi gələcəyə daha hərtərəfli hazırlamaq, onun sabahı üçün çox vacib olan rüşvət məsələlərini incəlikləri barədə bəzi məsləhətlər hazırladım.


Düzdür, İndi rüşvət söhbəti ilə kimləri isə təəccübləndirmək çox çətindir. Ən yaxşı halda  bu sözlərlə kimlərinsə könlün bulandırmaq olar.

Əziz nəvəm, əvvəllər yazandakı  filankəs yüz manat alır, bəziləri heyrətlənərdi. Sonra bu rəqəmlər şişdi, şişdi milyona, milyarda, milyardlara çevrildi. Şükür edək ki, hələ trilyona qalxmayıb. Sən böyük oğlan olanda, yəqin ki trilyonluq rüşvət adiləşəcək.


Biz uşaq olanda bəziləri ancaq vəzifəyə keçəndə rüşvət verərdi. Lap nisyə vəzifə alanlar da var idi – qoyulan “tası” işləyə-işləyə  ödəyərdilər.

Bəzi böyüklər rüşvət almağa elə ehtiyatlanardı ki, paytaxtdan  əyalətlərə gedəndə balaca oğlanların özləri ilə aparardı ki, ona rüşvət vermək istəyənlər guya uşağa cib xərcliyi verirlər deyə onun cibinə 10-15 min pul dürdüşdürərdi.

Nə isə. Keçmişə çox bənd olmayaq. Bəlkə yazının sonunda qədim zamanlara bir daha qayıtdıq. İndi isə rüşvətin müasir, bu günku formaları barədə  danışım ki böyük oğlan olanda lazımın olar.

Forma 1

Rayonlara gələn hər rəhbər, əsasən yerli sakinlərin “qulağı” kəsməyə şansı olan rəhbərlər... elə ki, kreslosunda möhkəmlənir, rayonun mənzərəli yerlərindən birində ev yeri alır (ya da belə yeri ona hədiyyə edirlər).

Dəstgah bundan sonra başlanır. Həmin rəhbərlər pulla şəxslərə, yaxud işləri onlarda keçən şəxslərə deyirlər:

-Qardaş canı, sənin heç nəyin mənə lazım deyil. Filan yerə 5 min  kərpic göndərəsən;

- Filan həyətə 20 kub taxta təşkil elə, başqa heç nə lazım deyil;

- Sənin qaynında, qardaşında yaxşı “sanuzel” avadanlıqları var, onlardan 1-2 dəst filan yerə yollayarsan.

Forma 2

Yuxarıların tapşırığı ilə nəsə bir obyekt tikmək tapşırılır. Bu bina üçün ayrılan pul qalır bir tərəfdə. Həmin tikinti üçün 100 min lazımdırsa, 500 min tikinti materialları toplayırlar. Yarısı ora, yarısı bura.

Forma 3

Babalı deyənlərin boynuna. 10-12 il öncə bir rayonda DSMF-in yeni binasının tikintisi üçün pulu bu qaydada yeyib, yəni, pulu yuxarılar yeyib, sonra yalançı penisiya təyinatları hesabına o pulun yerin doldurublar. Buna görə həmin məkanda indi adamdan çox pensiyaçı var.

Forma 4

Ən rahat yol isə bir bardur sexi, çörək zavodu, nə bilim dəyirman və sair açmaqdır. Yəni, küçələr bitir,  bardurlar qurtarmır, qalan işlər də o cürə

Forma5

Ən maraqlısı isə odur ki, indi “tası” “səbənkarlara” çöldən çölə demirlər.

Xüsusi nümayəndə onun levi qazanclarını hesablayır- bax bu qədər yalançı ştatın var, bu qədər ərzaqdan, materialdan çırpışdırmısan, bunlar eləyir filan qədər. Bunun  20 faizi sənin, 30 faizi əlaqədar təşkilatların, qalanın zəhmət olmasa düş bura. 

Ya da yol göstərirlər yeznən, qardaşın, dayın filan yerdə işləyir, özündən yoxdur, get ondan al. Nə günün qohumudur. Təki bizim haqqımız kəsmə.

Forma 6

O vaxt ki bayramlar olur, bəzi müdirləri fəlakəti başlayır.

Utanıb eləmədən bəzi müdirləri çağırıb  deyirlər, filan yerə 20 zənbil. Filan yerə 30 zənbil. Daha onu demirəm ki, bu zənbil gedən ünvanların bəzisi “o məsələ”nin sahibləridir.

Forma 7

Buna bənzər formalardan biri də, mərkəzdən çox hörmətli qonaqların gəlişi, nə bilim nazirlərin rayonlara səfəri zamanı reallaşır. Yenə də həmin dalğa, həmin koordinat.

Forma 8

Bizim bir zarafatcıl qohum var idi. Deyərdi ki, əvvəlki toyuqlar adam içində yumurtlamazdı. İndiki  “kuban” toyuqlar harada gəldi yumurtlayır. Yəni əvvəllər rüşvəti ehtiyatla, həmin adamın sənə işin düşəndə və buna bənzər hallarda alardılar. İndi böyük-böyük rəhbərlər utanıb qızarmadan bəzi müdirləri çağırıb deyir- 1000, ya 2000 mənə gətir, 500-də müavinə verərsən.

Forma 9

Hələ rəhbərə aid kitabların, abunənin, döş nişanların, medalların, hətta fəxri fərmanların satışı adı ilə alınan rüşvətlər başqa aləmdir.

Forma 10 

Ən yaxşısı isə  plastik kart əməliyyatıdır.

Babalı deyənlərin boynuna- deyirlər elə rayon rəhbəri var, “qara qutusunda” 1000-1500 plastik kart var. Sən demə, süpürgəçilkikdə olan “çörək” heç nədə yox imiş.

Hələ pensiya, sosial yardım “alveçilərində” olan kartları demirəm -  500-1000 ədəd kart baqajı olan peşəkarlar var.

Forma 11

Daha rüşvətin  ev, maşın, diplom, xanım... digər şəkildə verilən  formalarını demirəm.

Forma 12

Tanışlardan biri deyir ki, əslində pulu vermək də, ala bilmək də bir elmdir.

Hətta  məsəl də düzəldiblər – adam var pulu mələyə-mələyə verirsən, adam var mələdə-mələdə alırsan.

Adam var küçənin ortasında alır (“Qai” işçiləri), adam var kabinetdə. Adam var sənədlə çırpışdırır,  (ASAN xidmət-filan), adam var dədə-baba qaydası ilə. Dünən  notariat işçisinə 3-5 manat üçün dava salan, indi ASAN-da 50-ni, 100-ü oynaya-oynaya verir

Daha o yekə-yekə formaları demirəm də ofşorlar, atkatlar və sair.

Forma 13

Böyüklər məsləhət bilir ki, birinci alma, ikinci alanda yaxşı al ki, sonra bir hissəsini verib işi bağlaya biləsən.

Sovet dövründə belə bir lətifə var idi. Birindən 100 manat pul istəyirlər. Deyir verməyəcəyəm. Gedir Bakıya, nazirliyə şikayətə. Tez də başılovlu qayıdır ki, buradakı 100 istəyirdi oradakı  1000 istəyir. Sən demə, nazir sözünü rusca  “ministr” oxuyub, bu fikrə düşüb.

Forma 14

Bunu məqamı da xatırladım- əvvəl pul alanda deyərdilər, başqa yerdə ağzından çıxmasın, yuxarılar bilməsin. İndi deyirlər, vallah bizlik deyil- yuxarılar almasa, heç səndən manat da almaram.


Nəhayət, ən vacibi

İndi pullu idarələrə işçi götürəndə öncə kadrın  bir keyfiyyətini soruşurlar-pul yığmağı bacarır? Bax, elə bu keyfiyyətinə görə bu yaxınlarda bir nəfəri müavinliyə irəli çəkdilər. Yoxsa, onun qara gözünə aşiq olmamışdılar ki? Kişinin pul ala bilməyinə söz yoxdur, zibildən də pul çıxarır.

Əziz nəvəm, yəqin ki, səni böyüyən  rüşvətin daha maraqlı formaları yaranacaq. Ancaq bunlarda pis formalar deyil. Vur kompüterin yaddaşına lazım olar.


Zahir Əmənov

Rəy yaz
  • Yazarlar
  • Elanlar
  • PDF

Zahir Amanaov

  • 21:19
  • 912

Təcili satılır!

  • 04:07
  • 2 240
Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter