Hər kəsə 3572 dollar hədiyyə və 14 ay pulsuz ərzaq


Hər kəsə 3572 dollar hədiyyə və 14 ay pulsuz ərzaq

 


. Pulsuz ərzaq mallarını ala bilmək üçün vətəndaşlara xüsusi kuponlar veriləcək. Küveyt rəsmisi Rovzan Əbdüləziz jurnalistlərə deyib ki, əmirin xalqa hədiyyəsi kimi nəzərdə tutulan vəsait - 4 milyard dollar ölkənin 1 milyon 200 min nəfərlik əhalisi arasında bölüşdürüləcək, hər vətəndaşa 3 min 572 dollar ödəniləcək. Küveyt əmirinin pul hədiyyəsi və ərzaq kuponları ölkədə yaşayıb işləyən 2 milyon 400 min nəfər xarici vətəndaşa şamil edilmir. Küveyt əmirinin sərəncamları 2011-ci ilin fevral ayından qüvvəyə minəcək. Ölkədəki neft ehtiyatlarına görə dünyada 5-ci yeri tutan Küveytdə hər bir vətəndaşın aylıq orta əmək haqqı 3500 dollardır.

Bir daha xatırladırıq ki, Küveyt əmiri bu sərəncamı ölkənin müstəqilliyinin 50 illiyi ilə bağlı imzalayıb. Xatırladaq ki, bu il Azərbaycan Respublikasının da müstəqilliyinin 20 ili bayram ediləcək. Hələlik onu deyə bilərik ki, müstəqilliyimizin 20 illiyi ilə bağlı amnistiya veriləcəyi gözlənilir.

 

R4suloffR4suloff

OXUNMA SAYI :703

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff