İki ilə tapılmayan dərman||--||


İki ilə tapılmayan dərman||--||

 Nəvəm Bəxtiyar anadangəlmə xəstədir. Onun əllərində, danışıgında və görmə qabiliyyətində qüsurlar var, yəni ikinci dərəcəli əlildir və buna görə pensiya alır. Bununla əlaqədar hər ay apteklərdə satılmayan Denakil chrapo 300-N50 adlı dərman dövlət tərəfindən ona pulsuz verilirdi, lakin iki ildir az qala ayda 2-3 dəfə Masallı Səhiyyə Şöbəsinə getsəm də, həmin dərmanı ala bilmirəm. Baş həkim Cəlil müəllim hər dəfə deyir ki, dərman yoxdur. Mən anlamıram, əgər dövlət bunu ayırırsa bəs bu dərmanlar niyə bura gəlib çatmir və ya gəlib çatırsa, bunu kimlər mənimsəyir? Mən belə başa düşürəm ki, Cəlil Nəzərov iki ildir xəstə nəvəmin dərmanını satır və bizə vermir. Sizdən xahiş edirəm ki, bu məsələyə aydınlıq gətirilməsinə kömək edəsiniz.

Redaksiyadan: Nəzir kişi, bir az səbr elə. Deyirlər ki, baş həkim Cəlil müəllim Masallı səhiyyəsini çox ustalıqla bərbad vəziyyətə saldığına görə, onu Cəlilabadda, aprelin 15-də açılışı olacaq rayonlararası Diaqnostika Mərkəzinə rəhbər təyin edəcəklər. Əgər siz axtaran dərmanı özü ilə aparmasa, onun yerinə gələn baş həkimdən həmin dərmanı alıb nəvənizə verməyə çalışarıq. Siz hələlik dua edin ki, o hara gedirsə, təki getsin. 

R4suloffR4suloff

OXUNMA SAYI :1159

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff