||--||“Uşaq olmaq istəmirəm”

    Bölmə: Sosial / Manşet Tarix: 17-10-2014, 13:44 Oxunma sayı: 1561
    ||--||“Uşaq olmaq istəmirəm”

    Ötən on illərin qəribə arzularından biri də bəzilərinin hətta yaşlı vaxtında belə uşaq olmaq arzusu idi. Səbəb də uşaqlıq illərinin daha qayğısız, daha xoşbəxt anlarla zəngin olması ilə bağlı olurdu.

    Bu gün haqqında min cür nəğmələr, şeirlər qoşduğumuz uşaqlarımız üçün reallıqda nələr edirik? Onların təhsili, qidalanması, istirahəti, sabaha bitkin bir vətəndaş kimi qədəm qoyması üçün hansı addımlar atırıq? Küçədə dilənçilik edən, valideynlərinin yanında ticarətlə, ustalıqla məşğul olan azyaşlıların öz uşaq həyatını yaşaması, təhsildən yayınmaması üçün nələri edirik?

    Təbii ki, görülən işlər az deyil. Hər il inşa edilən yüzlərlə məktəb binaları, uşaq bağçaları, uşaq əyləncə mərkəzləri və sair buna misaldır.

    Lakin bu parıltılar arxasında ürək ağrıdan məqamlar da az deyil.

    Analar və uşaqlar

    Bu gün ən ürək ağrıdan məqam odur ki, dünyaya övlad gətirən analar lazımınca qayğı ilə əhatə olunmur. Dünyaya ilk uşaq gətirən analara birdəfəlik 75 manat müavinət verilir. Bu müavinətin verilməsi üçün isə o qədər bürokratik əngəllər yaradıblar ki, ana həmin pulu uşaq dünyaya gələndən 2-3 ay sonra, həm də xeyli get-gəldən sonra əldə edə bilir.

    Dünyanın digər ölkələri ilə müqayisədə bu olduqca azdır. Məsələn, Rusiyada bir uşaq üçün müavinət 400 dollardan artıqdır. Hər bir uşaq 18 yaşına qədər bu pulu ala bilir. Ailədə uşaqların sayı artdıqca bu pulun da həcmi artır.

    Ukraynada ailədəki birinci uşağa görə 1800, ikinci uşağa görə 3570, üçüncü və ondan sonrakı uşaqlara görə isə 7140 dollar müavinət nəzərdə tutulub.

    Yeri gəlmişkən xatırladaq ki, bizdən simvolik faizlə 300 milyon dollar kredit alan Belorusda hər doğulan uşağa görə 690 dollar, ikincisinə 950 dollar birdəfəlik müavinət ödənilir. Uşaq 3 yaşına çatana qədər hər ay 75 və 45 faiz əlavə ilə minimum yaşayış həddi həcmində, təxminən 310 və 270 dollar müavinət verilir. Bu ölkədə hətta övladlığa götürülən uşağa görə də dövlət müavinət nəzərdə tutulub.

    Qazaxıstanda 1-ci, 2-ci və 3-cü uşağa görə 300 dollar, 4-cü uşaqdan başlayaraq 515 dollar birdəfəlik müavinət verilir.

    Ermənistanda əgər 1-ci və 2-ci uşaq üçün 135 dollar müavinət verilirsə, 3-cü uşağın doğulması ilə məbləğ 1200 dollara çatır. 18 yaşına çatana qədər hər bir uşaq dövlətdən ayda 95 dollar alır.

    Latviyada hər doğulan uşağa görə ailəyə 560 avro müavinət verilir.

    Avstriyada 1-ci uşağa 10 yaşına qədər ailə 130 avro, 19 yaşına qədər 153 avro, 2-ci uşağa görə müvafiq olaraq 144 və 165 avro müavinət alır. Uşaq ali məktəbə qəbul olunduğu halda, müavinət 27 yaşa qədər ödənir.

    Fransada, hətta uşaq dünyaya gəlməmiş anası ona görə müavinət alır. Belə ki, 1-ci hamiləliyin 5-ci ayından uşağın 9 aylığına qədər 109 avro, 2-ci uşağı gözləyən anaya isə 130 avro müavinət verilir. Əgər ailədə 3-cü uşağın doğulması gözlənilirsə, onda hamiləliyin dördüncü ayından uşağın 3 yaşına qədər ailə dövlətdən 975 avro pul alır. Bundan əlavə, hər bir uşaq 18 yaşına qədər dövlətdən müavinət alır. 2 uşaq üçün bu, 680 avro, 3 uşaq üçün 1550, dörd uşaq üçün 2420, beş uşaq üçün 3300 avro təşkil edir. Əgər uşaqların sayı 6-dan çoxdursa, onların hər birinə görə 870 (yəni 5420 avro) ödənilir. 10 yaşdan 15 yaşa qədər olan uşaqların hər biri üçün əlavə 192 avro, 15 yaşdan yuxarı uşaqlar üçün isə əlavə 339 avro pul ödənilir.

    Birləşmiş Ərəb Əmirliyi isə bu göstəriciyə görə dünyada hamıdan öndədir. Bu ölkədə 20 min dollardan aşağı müavinət yoxdur.

    Biz bu sahədə güzəştləri, yardımları artırmaq əvəzinə illər keçdikcə, ölkəmizin sərvəti artdıqca daha çox məhdudlaşdırırıq. Məsələn, 3 il öncə analar 5 il stajı və 3 uşağı olduqda buna görə pensiya alırdı. İndi isə 5-dən çox, yəni 6-7 uşağı olanlara bu güzəştlər edilir

    Əbdül Əsgərli (Masallıda müəllim) - İşləyən analara diqqət də arzu olunan səviyyədə deyil. İşləyən anaların dekret müddəti bitdikdən sonra ayda 30 manat olmaqla, (3 il müddətinə olduqda il yarımdan sonra 15 manat olmaqla), yəni aldığı əmək haqqı qismən ödənilməklə 3 ilə qədər məzuniyyət götürmək hüquq var. İndi təsəvvür edək, ayda 250-300 manat əmək haqqı alan ana 30 manata, 15 manata görə işindən imtina edərmi? Yaxud işləyən, bəzən 3 yaşına qədər 2 uşağı olan ana işləyə-işləyə 2 uşağı necə saxlasın, yaxud 15-30 manat alıb ehtiyaclarını necə təmin etsin?

    Uşaq bağçaları və uşaqlar

    Uşağ bağçaları deyəndə xəyalda həm xoşbəxt uşaqlıq romantikaları, həm də uşaqları ərzağını yeyib-talayanlar gəlir. Real faktlar, təhlillər isə özgə məqamlardan xəbər verir. Ötən əsrin son 10, XX1 əsrin isə ilk 10 illiyində təkcə Masallı rayonunda – Boradigah qəsəbəsində, Böyük Xocavar, Qarğalıq, Səmidxan, Yeddioymaq, Xıl kəndlərində uşaq bağçaları ya satılıb, ya binaları bərbad hala düşüb. Hazırda bu boşluğu doldurmaq üçün Masallıda son 2 ildə bir neçə uşaq bağçası təmir olunsa da, hazırda 2 yeni bağça inşa edilsə də, hələ ki, bu sahədə 1990-cı il səviyyəsinə çatmaq üçün xeyli var.

    Fidan Abbaslı (Masallı. Uşaq Bağçasında tərbiyəçi) - Uşaq bağçalarının azlığı sosial bərabərsizlik yaradır. Məsələn, Masallı rayonun Ərkivan qəsəbəsində 17 min əhali yaşayır. Bunun təxminən 1511 min nəfəri məktəbəqədər yaşlı uşaqlardır. Qəsəbədə isə cəmi 40 yerlik bir uşaq bağçası var. Deməli, 1500-ə yaxın uşaq bağçalarından kənardadır. (Rayon üzrə isə 22 324 bağça yaşlı uşağın cəmi 940 nəfəri məktəbəqədər təhsil ocaqlarına cəlb olunub). İndi sual yaranır-niyə Əlinin uşağı bağçaya getməlidir, bağça tərbiyəsi görməlidir, Vəlinin uçağı yox? Hələ uşaqlara adam başına düşən 70-80 qəpiklik ərzağın azlığını, hətta bağça müdirinin əmək haqqının 150 manatdan yuxarı olmamasını bura əlavə edəndə daha qəribə mənzərə yaranır. Təəssüf ki, bu sahədə dövlət proqramı olmasına baxmayaraq, nəzərdə tutula tədbirlər kağızdan reallığa çox çətinliklə ayaq açır.

    Xəstə uşaqların məktəbə “faydası”sı

    Məlumdur ki, hər bir yerdə məktəb yaşlı xəstə uşaqlar, məktəbə getmək imkanı olmayan məktəblilər var. Qanunçuluqda belə uşaqlar üçün vəsait ayrılır və müəllimlər həmin uşaqlara onların evində dərs keçir. Bir uşağın evdə təhsilinə ildə təxminən 1000 manat ayrılır. İndi gündüz məktəblərində davamiyyətin 50 faizdən aşağı olduğu halda inanarsınız ki, müəllim gedib həftədə xəstə uşaqla onun evində 7-8 saat dərs keçir? Masallıda ötən il 160 nəfərə yaxın xəstə uşağa müəllim təyin edilib. Bu siyahını isə adlı şəkildə, məktəb-məktəb dəqiqləşdirmək isə mümkün olmadı. Masallı Təhsil Şöbəsi müdirinin müavini Tariyel Əkbərov bildirdi ki, ötən ilin siyahıları olan proqram bağlanıb, bu ilkilər isə hələ tam dəqiqləşməyib. Digər mənbələr isə evdə dərs keçilən uşaqların sayının 200-dən artıq olduğunu, ümumiyyətlə bu sahədə xeyli qaranlıq məqamların olduğunu bildirirlər.

    Əlişir Bəşirov (Masallı şəhər 1 saylı orta məktəbin müəllimi) - Açığını desək, xəstə uşaqlar üçün vəsait bəzi məktəb direktorlarının və müəllimlərin “leviy” qazanc yerinə çevrilir. Kimə məktəbdə əlavə pul qazandırmaq istəyirlərsə, xəstəxana ilə əlbir olub, onun üçün yalançı sənədlərlə bir “xəstə” uşaq təşkil edirlər. Azacıq araşdırma aparanda qəribə mənzərələr aşkarlanır. Eyni kənddə bir məktəbin 30 “xəstə uşağı” olur, digər məktəbdə isə bir nəfər də “xəstə” olmur. Biz belə xəstə uşaqların bir neçəsinin ailəsinə getdik. Təkidlə adlarının çəkilməsini istəməyən valideynlər bildirdi ki, belə müəllimlər ilin əvvəlində gəlib hansı sənədəsə qol çəkdirib sonra qeyb olurlar. Əgər hər hansı rayonda bu cür “xəstə” uşaqların siyahısı aşkarlansa, təsəvvür edin ki, hansı biabırçılıq yaranar. Belə “xəstə” uşaqlar üçün sənəd hazırlayan xüsusi dəllallarında olduğu bildirilir.

    Uşaqların istirahəti

    Masallıda son vaxtlar bir neçə məhəllədə uşaq əyləncə yerləri yaradılıb. Heydər Əliyev parkında atraksionlar quraşdırılıb. Lakin bunlar olduqca az kontingenti əhatə edir. 25 il öncə Masallıda böyüklər üçün ancaq İsti-su adlı istirahət mərkəzi olsa da, uşaqlar üçün 3 pioner düşərgəsi var idi ki, hər bir düşərgədə də 100-150, ümumilikdə növbə ilə yay mövsümü ərzində ümumilikdə 1000-ə yaxın uşaq dincəlirdi. Hələ hər məktəbdə 150-200 uşağı əhatə edən əmək və istirahət düşərgələrini demirik. Bu gün Masallıda 40-a yaxın istirahət mərkəzi var, ancaq bir ədəd belə uşaq istirahət düşərgəsi yoxdur.

    Uşaq hüquqlarının təbliği

    Sirr deyil ki, bizdə uşaqlar bir yana heç böyüklərin çoxu öz hüquqlarını bilmir. Uşaqlar bu hüquqları necə öyrənməlidir? Məktəblər 8-ci sinifdən başlayaraq 4 il “İnsan və cəmiyyət” dərsi keçirilir. Təəssüf ki bu dərslər olduqca formal şəkildə tədris edilir. Bu dərsə 2-3 əhəmiyyətli dərs kimi baxılır, təsadüfi, səriştəsiz, heç öz hüququnu bilməyən müəllimlərə etibar edilir, bəzi yerlərdə isə sadəcə olaraq keçirilmir.

    İkincisi, qeyri hökumət təşkilatlar bu sahədə fəallıq göstərə bilər. Az qala 1 milyona yaxın əhalisi olan cənub bölgəsində isə uşaq problemlərini araşdıran bur qeyri-hökumət təşkilatı belə yoxdur. “Uşaq hüquqları Konvensiyası” haqqında sənəddən irəli gələn vəzifələr nəinki layiqincə icra edilmir, uşaqlarla işləyən təşkilatların çoxu bu konvensiyadan xəbərsizdir.

    Masallı Rayon İcra hakimiyyəti Başçısının hüquq şöbəsinin müdiri, yetkinlik yaşına çatmayanların işləri və hüquqları komissiyasının sədri Məmmədhüseyn Hüseynov bu barədə sorğumuzu cavablandıraraq bildirdi ki, uşaqların hüquqlarının qorunması sahəsində bütün mümkün tədbirləri görürük. Erkən nikahlarla bağlı ardıcıl tədbirlər keçirilir, bu sahədə qanunsuzluqlara yol verənlər cəzalandırılır. Son vaxtlar Masallıda 3 uşaq bağçası təmir edilib, daha 2 yeni uşaq bağçası tikilir. Qeyri-hökumət təşkilatları ilə də sıx əməkdaşlıq edirik. Biz kimin üçünsə QHT yarada bilmərik. Lakin qeydiyyatdan keçən, uşaq hüquqları ilə məşğul olmaq istəyən hər bir QHT-yə yardımçı olmağa hazırıq, eləcə də uşaq hüquqlarının qorunması ilə bağlı işgüzar müzakirələrə hazırıq.

    .. “Dünyanın canlı çiçəkləri” adlandırılan uşaqlarımız bəzən dünyaya gəlməmiş bəzi problemlərlə üz-üzə qalır. Məhz bu problemlər üzündən bəziləri nəinki böyüyəndə, lap uşaqlıq dövründə belə uşaq olmaq istəmirlər.

    Zahir Əmənov,

    Yazı Almaniya Beynəlxalq Texniki Əməkdaşlıq Cəmiyyətinin Uşaq hüquqları ilə

    bağlı elan etdiyi yazı müsabiqəsinə təqdim edilmək üçün hazırlanır.

    R4suloffR4suloff
    Carolynn 19 may 2016 16:39 [com-editRedaktə et[/com-edit]

    The constitution says that a referendum will be called to decide if the president remains in power if a second petition is signed by at least 20% of the electorate,miu miu outlet or nearly four million people.But the government has already made it clear that the referendum will not go ahead.'Foreign intervention plot'Mr Maduro accused the United replica handbags uk States of leading a plot to deployforeign troops in his country, and force him from office.He told foreign journalists that a US military plane entered Venezuelan air space twice last week without authorisation.Politicians and media from outside the country have been trying to sow chaos in Venezuela to justify intervention, he said.cheap replica handbags"This whole campaign, has a centre. There is an axis: Madrid, Miami and Washington," said Mr Maduro."But there is a centre of planning, of direction, lobbying, strength and funding. That centre is located in Washington."He promised to fight back and to do everything in his power "to continue winning the battle for internal peace".chloe replica Mr Maduro also made reference to the recent suspension of Brazil's President Dilma Rousseff to face an impeachment trial.He described the process as a coup, backed by foreign powers.
    Cavab yaz
    rolex replica 3 noyabr 2016 18:51 [com-editRedaktə et[/com-edit]

    Contact table for a long time, many people replica watches will become more and more like antique table or antique core, the rolex replica kind of old things emanate from the time of the flu, the new object replica watches uk is not given. And many old items designed, good breitling replica workmanship, more popular.
    Cavab yaz

    Şagirdlər polis rəisini sual yağışına tutdu||--||

     “Elə gənclər var ki, konüllü olaraq həbs edilmək istəyir ki, guya belə gənclər daha çox tanınır” ...

    Masallıda aclıq olacaq?||--||

     Qarlı aşırım filmində Abbasqulu bəyin Qəmloya dediyi Gücünü arvad-uşağa göstərirsən ifadəsi Masallıda daha aktual səslənir....

    Atılan və tapılan uşaq||--||

    Ötən həftə sonu Masallıda kimsəsiz uşaq tapılıb. Bu barədə sakinlər dərhal rayon polis şöbəsinə məlumat verib. ...

    “Uğur” Tədris Mərkəzi nələr vəd edir?||--||

    5 yaşından - məktəbəqədər yaşdan 11-ci sinfədək şagird qəbul edəcək bu mərkəz uğurlu tədris üçün hansı maraqlı modellərdən istifadə etməyi planlaşdırır? ...

    “Burada rahat yaşamaq olar, amma varlanmaq yox”||--||

    Sovet hakimiyyətinin sonuncu canlı “eksponatı” Belorusiya haqqında qısa qeydlər ...

    Rəy əlavə edin
    Rəy yazarsan html kodlardan istifadə edə bilərsiniz

    Kodu daxil edin:
    Təhlükəsizlik kodunun təsviri üçün bu şəkildəki kodu daxil edin
    yenilə, əgər kod görünmürsə

İyun 2017 (40)
May 2017 (35)
Aprel 2017 (9)
Mart 2017 (4)
Fevral 2017 (1)
Yanvar 2017 (4)
«    Oktyabr 2014    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Web Design: Rasuloff
||--||“Uşaq olmaq istəmirəm” » Cənub Xəbərləri - Regional Qazet