Tarixi kitablar toplanır


Tarixi kitablar toplanır Almaniyada yerləşən kitabxananın təmsilçisi bizdən nə xahiş edir ?




Hörmətli Zahir müəllim!

Mən 2002-ci ildən Almaniyanın Halle şəhərində yerləşən Martin Lüter Universitetinin əsaslı kitabxanasının ictimai təmsilçisiyəm.
Bütün dünyadan kitab və jurnal toplayan bu təşkilat Almaniyada humanitar elmlər üzrə əsaslı kitabxana təyin olunub. Son 14 ildə mənim bu kitabxananın komplektləşdirilməsi fəaliyyətinin nəticəsində Azərbaycan fondunda 4 mindən çox kitab və jurnallar toplanılıb. Burada tarix, ədəbiyyat, dilçilik, fəlsəfə, arxeologiya, etnoqrafiya, folklor, memarlıq və sair humanitar elmləri üzrə Azərbaycan tədqiqatçılarının əsərləri təmsil olunub. Dünyanın ən zəngin Azərbaycan kitab fondundan Almaniyanın və digər ölkələrin alimləri və mütəxəssisləri fəal istifadə edir.
Azərbaycanın cənub rayonları, buradakı kəndlər, soylar, tanınmış adamlar, ziyarətgəhlar, pirlər barəsində kitablar bizim üçün çox maraqlıdır. Yaxşı olardı, bu nəşrləri əldə etmək üçün mənə kömək edərdiniz.
Ümid varam ki, xahişim nəzərə alınacaq.
Əlaqə telefonlar:
Mob. 050 612-97-51
e-mail: azizov.namik@gmail.com
Kitabxananın saytı:
http://opac.bibliothek.uni-halle.de/DB=1/LNG=DU/

PUB Baki – azərb. dilində latın əlifbasında
PUB Baky – azərb. dilində kiril əlifbasında
PUB Baku – rus dilində

Hörmətlə,
Namiq Əzizov
Qeyd: Bu qəbildən olan kitabları Namiq müəllimə göndərmək istəyən varsa, biz müraciət edə bilər : 050/70 – 322 75 23 Zahir ƏmənovR4suloffR4suloff

OXUNMA SAYI :1201

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff