İsmayılova İltimas Sultan qızı


İsmayılova İltimas Sultan qızıİsmayılova İltimas Sultan qızı
Naxçıvan MR-nin Şərur bölgəsinin Ərəbyengicə kəndində doğulub.
Naxşıvan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb.
Hazırda Bakı şəhəri Nizami rayonu  Kamil Əyyubov adına 12 saylı tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyir.
Şeirləri müxtəlif  nəşrlərdə, elektron mediada, həmçinin Türkiyə və Kərkük mətbuatında  dərc olunub.
”...və yazıldı şeirlər” kitabının müəllifidir. Ailəlidir,3 qızı var.
 
Ölsəm incimə
 
Bədəni tərk edib, qəfil bir gecə,
Röyana gizlicə dalsam incimə.
Meh kimi saçını oxşayıb öncə,
Üzündən bir busə, alsam incimə.
 
Qəlbimi qoparsam, ruhum unutmaz,
İsmini ağlımdan çıxarıb atmaz,
Get desəm ayağım yolları tutmaz,
Xəbərsiz yanında qalsam incimə.
 
Ayrılıq taleyə möhürün vursa,
Rüzgarla saçımı  savurub, dursa,
Tufanlar əsdirib,  kolumu  qırsa,
Həsrətdən saralıb, solsam incimə.
 
Əzraıl qəfildən dursa qəsdimə,
Qara bulud kimi yağsa üstümə,
Ellər tamaşaya gəlsə  tüstümə,
Nəmli gözlərinə dolsam incimə
 
İltimasam  tökdüm yenə dolumu,
Ağlatdım, sızlatdım, üzdüm solumu,
Qəfil əcəl gəlib kəssə yolumu,
Yaşaya bilməyib,  ölsəm incimə.
Yaşaya bilməyib,  ölsəm incimə.
 

Sevdanın resmini çizmek istedim
 
Sevdanın resmini çizmek istedim,
Hayalin ruhumu bürüdü yine.
Gözlerimi silip, gülmek istedim,
Sellere kapıldım, sürüdü yine.
 
Hatıra defterin koydum önüme,
Boylandım seninle olan dünüme,
Değişmem gideni gelen günüme,
Dilekler baş alıp yürüdü yine.
 
Hayalimde gezip dolanıyorsun,
Gözlerime dolup sulanıyorsun,
Kalbime damlayıp bulanıyorsun,
Gururum kırıldı, çürüdü yine.
 
Unut kalbim desem, beni dinlemez,
Azabını sever, bir kez inlemez,
Sızlamayı seçer akıl anlamaz,
Dilim lal, tutuldu, kurudu yine.
 
Bin yere dağıldım, virane oldum,
Yerle yeksan ettin, harabe oldum,
Rüzgâra takıldım, divane oldum,
Gönül bu sevdayla farıdı yine.
 
 
              GELME
 
 Gittigin yerlerde saadeti bul,
 Sevgime doyduğun diyara gelme.
 Canı tenden aldın, şimdi mutlu ol,
 Aşkına kıydıgın, bu yara gelme.
 
 Sensizlik dostumdur, alıştım inan,
 Hayalinle gezip dolaştım inan,
 Kalbimle vuruştum, dalaştım inan,
 Bozulmuş saydığın, ayara gelme.
 
 Paramparça gönül, nerde bilemem,
 Dolanır gâh gökte, yerde bilemem,
 Akıl havalarda, serde bilemem,
 Derinden oyduğun, kalp yara gelme.
 
İltimas'ın hüzün doldu yüreği,
Aşkına kul köle oldu yüreği,
Sevda çöllerinde soldu yüreği,
Yaşarken koyduğun mezara gelme.
 
 
Yazdım Sarı Yarpaqlara
 
Lopa-lopa qarlar yağır,
Çox üşüyür duyğularım.
Gözlərimə kədər sağır,
Hər gün qaçır yuxularım.
 
Nə kənddəyəm, nə şəhərdə,
Yuvam yoxdur mekansızam.
Nə göydəyəm, nə də yerdə,
Boynu bükük imkansızam.
 
Düş yaxamdan artıq fələk,
Acıları yedim doydum.
Bəsdir, mənə gəldin kələk,
Ürəyimi girov qoydum.
 
Sipər oldum eşq oxuna,
Dəldi məni hər yerimdən.
Yar gəlmədi heç yaxına,
Huşum getdi dərd sərimdən.
 
Xəbər verin sitəmkara,
Düşdüm artıq torpaqlara.
Dərdimi mən bəxti qara,
Yazdım sarı yarpaqlara.
Yazdım sarı yarpaqlara.
 
İltimas İsmayıl.
 R4suloffR4suloff

OXUNMA SAYI :2365

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff