Yardımlılar:- Haradasan, Sevindik müəllim?


Yardımlılar:- Haradasan, Sevindik müəllim?Yardımlılar:- Haradasan, Sevindik müəllim?
Yardımlılar keçmiş icra başçısı , hazırda Salyanda eyni vəzifəyə təyin edilən Sevindik müəllimin həsrətin çəkir. Yardımlıda işlədiyi 3 ildən artıq bir dövrdə hüzr yeri qalmadı, xəstə qalmadı, çıxılmaz vəziyyətə düşən qalmadı... hamını aradı, axtardı, yardım göstərdi. Amma 5-i onun işini dəyərləndirdisə, 2-si şəbədə qoşurdu. Ay Yardımlıya başçı yox, molla yollayıblar, camaatı ələ almaq istəyir və sair.
İndi bir ildən artıqdır ki, Qazaxın sabiq başçısı Ayaz Əsgərov Yardımlıya icra başçısı təyin edilib, nə hüzrə gedir, nə toya, nə xəstə yanına, nə dərdə düşənin yanına. Hələ başqa xəbərlər də deyirlər, ancaq deyən adını gizlətdiyi üçün yazmağa qorxuruq. Yardımlıdan verilən xəbərlərə görə Ayaz müəllimi çox vaxt heç rayonda tapmaq olmur. Gələndə də çox az hallarda kabinetindən çıxır.
Onsuz da əkinə yararlı torpağı az olan Yardımlıdan gələn digər xəbərdə isə bildirilir ki, digər dağlıq rayonlar kimi ancaq qoza, fındıqa güc verir. Bu da alınmır- ya əksər ərazilər bunu əkməkdən imtina edir, ya da əkilən 10 tingdən əksəriyyəti tutmur.

R4suloffR4suloff

OXUNMA SAYI :677

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff