Növbəti pulsuz paltar aksiyası


Masallı rayonunun Ərkivan qəsəbəsində pulsuz paltar aksiyalarının keçirildiyi haqqında məlumat vermişdik. Mayın 28-də “Xeyirxah gənclər” və “Nəcib qızlar” icmalarının təşkilatçılığı ilə növbəti pulsuz paltar aksiyası keçirilib və 33 ailəyə pulsuz paltar verilib.

Növbəti pulsuz paltar aksiyası

Maraqlısı isə odur ki, Masallı şəhərində yerləşən rəhmətlik Valehin adı ilə “Valehin şirkəti” adlanan şirniyyat sexinin rəhbəri Bəxtiyar Rzazadə aksiyaya dəstək verərək imkansızlara 100 çörək paylamışdır.

Növbəti pulsuz paltar aksiyası

Bəxtiyar blldirib ki, növbəti aksiyalarda daha fəal kömək göstərəcək.
Masallıdakı ASAN Xidmətin könüllüləri də bu işlərdə Ərkivandakı icmalara yardımçı olurlar.

İcma rəhbərləri bütün xeyirxah insanlara təşəkkürünü bildirir və inanır ki, onlar bu icmalara köməklərini daha da genişləndirəcəklər.

Aynur
R4suloffR4suloff

OXUNMA SAYI :651

{r-rp} {r-rm}


Digər Xəbərlər
Gündəm
İdman Xəbərləri
Şou-Biznes
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff