Cənubda uçqunlar


Cənubda uçqunlarEkologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov APA-ya bildirib ki, Astara rayonunda Kijəbə sürüşmə sahəsinin dinamikasında, Deqədi – Pəlikeş avtomobil yolunun 5, 7, 8 və 10-cu km-liyində mövcud uçqun və sürüşmə sahələrində aktivlik qeydə alınıb.
Nazirlik rəsmisi bildirib ki, Astarada Motlayataq və Miki sürüşmə sahələri atmosfer yağıntılarının təsirindən aktivləşib.
Onun sözlərinə görə, Lerikdə Veri – Əliabad sürüşmə sahəsində mövcud çatların ölçülərində qismən artım olub: “Habelə, Lənkəran – Lerik yolunun 27 - 29, 45-47-ci km-liyi sürüşmə sahələrində uçqun - sürüşmə prosesinin dinamikasında nisbi aktivlik baş verib. Lənkəran - Lerik yolunun 17 – 19 –cu km-liyi sürüşmə sahəsi atmosfer çöküntülərinin təsirindən sürüşmə prosesinin dinamikasında aktivlik, bəzi lokal sahələrdə uçqun prosesi müşahidə olunub. Lənkəranda Horavenç və Gəgiran sürüşmə sahələrində atmosfer çöküntülərinin təsirindən aktivlik qeydə alınıb və bir neçə yerdə uçqun tipli sürüşmə sahəsi yaranıb. Masallıda Güllütəpə sürüşmə sahəsində nisbi aktivlik, Zuvand sürüşmə sahəsində isə mövsümi atmosfer yağıntılarının təsirindən aktivlik qeydə alınıb. Cəlilabadda Sadatlı sürüşmə sahəsində də aktivlik müşahidə olunub. Cəlilabad – Cəngan – Soltankənd avtomobil yolunun 17-ci km-də və Çinar sürüşmə sahələri aktivləşib”.

lent.azR4suloffR4suloff

OXUNMA SAYI :879

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff