Güclü külək Ələt-Astara yolunda nəqliyyatın hərəkətində problemlər yaradıb


Güclü külək Ələt-Astara yolunda nəqliyyatın hərəkətində problemlər yaradıbGüclü külək səbəbindən Ələt –Astara yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsində nəqliyyatın hərəkətində problemlər yaranıb.

APA-nın musavat.com saytına verdiyi məlumata görə, Ələt –Astara yolunun 140-145-ci kilometrliyində, ayrı-ayrı yerlərdə 20-dən çox irigövdəli ağac kökündən qoparaq yolun hərəkət hissəsinə düşüb.

Bu səbəbdən nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranıb. Əraziyə ağır texnika və canlı qüvvə cəlb olunub. Yolun hərəkət hissəsinə düşmüş ağaclar doğranılaraq ərazidən uzaqlaşdırılır.
R4suloffR4suloff

OXUNMA SAYI :680

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff