Narkotik vasitələri satmaq istəyərkən yaxalandı - YARDIMLI


Narkotik vasitələri satmaq istəyərkən yaxalandı - YARDIMLIYardımlı sakinindən tiryək və heroin götürülüb.

"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, Yardımlı rayon Polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Yardımlı qəsəbə sakini, 40 yaşlı Ağayev Ziyəddin Yaşar oğlu saxlanılıb.

Narkotik vasitələrin qanunsuz dövriyyəsini həyata keçirməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş Z.Ağayev 2 kq-dan artıq çəkidə narkotik maddə olan tiryək və 250 qr çəkidə heroini satmaq istəyərkən əməliyyatçılar tərəfindən iş başında yaxalanıb.

O, istintaqa verdiyi ifadəsində narkotik vasitəni satmaq məqsədilə İran vətəndaşından aldığını bildirib.

Fakt üzrə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir
.R4suloffR4suloff

OXUNMA SAYI :567

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff