Cənub Qazisi və Vəsiqə əhvalatı

    Bölmə: Mədəniyyət / Manşet Tarix: 12-06-2017, 22:40 Oxunma sayı: 702
    Cənub Qazisi və Vəsiqə əhvalatıHər zamanın özünə məxsus biznesi var. Məsələn, vaxtilə məktəblərdə “gündəlik” biznesi var idi. Sonradan “Gəncə filialı” deyilən və kütləvi şəkildə yalançı müəllim “istehsal” eləyən məktəbin "diplom" biznesi başlandı. "Xadimə""Abunə" biznesi bu gün də öz gücü ilə işləyir. Bu siyahını xeyli uzatmaq olar. Məsələn, insanlarımızın qəzetə marağı az olsa da, jurnalist vəsiqəsinə marağı böyükdür. Elə yalançı qəzet var ki, yüzlərlə adama - “zaprafşik”dən tutmuş “zapçast satan”a qədər hamıya vəsiqə satır. “Fəxri-fərman”, “Medal”, “Qızıl qələm” satan işbazlar və onların toruna düşənlər də az deyil. Bu günlərdə isə daha orijinal bir vəsiqə əhvalatı gündəmi zəbt elədi. Sən demə Cənub bölgəsinin Qazisi, hörmətli Mirqiyas Ağa bir nəfərə seyidlik vəsiqəsi verib.

    Biz sizə bu olayla bağlı 3 yazı təqdim edirik:

    1. Olay haqqında yayılan məlumat;
    2. Kənan Rövşənoğlunun olayla bağlı şərhi;
    3. Cənub Qazisinin olaya münasibəti.

    1. “Vəsiqəni internetdə kimin yaydığını bilmirəm. Bu barədə araşdırma aparılır”.

    "Qaynarinfo" xəbər verir ki, bu sözləri publika.az-a açıqlamasında Seyid Ağa vəsiqəsi almaqla gündəmə gələn Elnur Tağıyev deyib.

    O, vəsiqəni kimin yaymasının özünə də maraqlı olduğunu deyib: “Xəbərim yoxdur ki, bu vəsiqəni kim, necə, nə səbəbə, hansı məqsədlə yayıb. İstintaq aparılır. Kim edibsə, tapılacaq və cəzasını çəkəcək”.

    Vəsiqəni əldə etmək məqsədinə gəldikdə, E.Tağıyev bunun üçün bir səbəbə ehtiyac olmadığını dedi:
    “Vəsiqə almaq üçün bir səbəb olmalıdır ki? Qəribə sual veririsiniz. Bu ilk hal deyil, fil qulağında yatmısınız. Bu xəbərlərin hamısını da rədd edin!”.

    Sonrakı sualla cavab verməkdən imtina edən E.Tağıyev “Cəhənnəm olun, rədd olun. Məni narahat etməyin bir də” deyərək, telefonu söndürüb
    .

    2. Seyidin sənədi və ya Masallı axundunun verdiyi vəsiqənin etibarı

    Sosial şəbəkələrdə bir vəsiqə şəkili yayılıb. Vəsiqənin bir tərəfində bir gənc adamın şəkili, üst tərəfdə isə “Seyid Ağa” yazısı və vəsiqənin nömrəsi yazılıb. Yeri gəlmişkən, yazıdan görünür ki, artıq 20 mindən çox belə vəsiqə var.

    Digər səhifəsində isə başda “Həqiqətən bu şəxs seyiddir” yazılıb və altdan isə vəsiqəni verən şəxsin ad-soyadı, eləcə də şəxsi möhürü vurulub. Vəsiqəni verən adamın Qafqaz Müsəlmanları İdarəsinin Cənub Regional qazisi Hacı Mirqiyas Təhməzov olduğu yazılıb.

    Hələlik Mirqiyas Təhməzovun və əməkdaşı olduğu QMİ-nin bu barədə açıqlaması yoxdur. Yəqin ki, olaya bu gün - bazar ertəsi aydınlıq gətiriləcək. Amma bu “indulgensiya” (Orta əsrlərdə kilsənin satdığı “cənnət qəbzləri”) olayı, bu şəkillər sosial şəbəkələrdə yayılandan sonra ənənəvi müzakirələr başlayıb. Və təbii ki, hər kəs düşüncəsinə, baxışlarına əsasən tənqid edir, bəziləri burdan çıxış edərək yenə də dini baltalayır. Ancaq bu hadisəyə daha soyuq başla yanaşıb, bəzi məsələlərə aydınlıq gətirmək lazımdır.

    Əvvəla, seyid adının partiya və ya dövlət vəsiqəsi şəklində bəlli şəxslərə verilməsi və bunu hansısa bölgə qazısının etməsinin heç bir dini və ya hüquqi əsası yoxdur. Ərəbcədə cənab, ağa mənasını verən “seyyid” (yerli yazılışı seyid) islamiyyətin gəlişindən sonra həm də Məhəmməd Peyğəmbərin nəslindən olanlara verilib. Bəzi mənbələrə görə, nəvəsi İmam Hüseynin (ə) soyundan gələnlərə deyilib.

    Ancaq bu ümumi bir qan qohumluğu anlayışı ilə əlaqədardır. Yalnız Cəfəri məzhəbində seyid olanlara bəzi imtiyazlar tanınır. Məsələn, onlara sədəqə haramdır, bunun əvəzinə kasıb seyidlər dini vergi olan “xüms”dan pay alırdılar. Bu isə Quran-Kərimin Ənfal surəsinin 41-ci ayəsinə əsaslanır. “(Ey möminlər!) Əgər siz Allaha və haqla batilin ayırd edildiyi gün - iki dəstənin bir-birilə qarşılaşdığı gün (Bədr günü) bəndəmizə (Muhəmmədə) nazil etdiyimizə (ayələrə) iman gətirmisinizsə, bilin ki, ələ keçirdiyiniz hər hansı qənimətin beşdə biri Allahın, Peyğəmbərin, onun qohum-əqrəbasının, yetimlərin, yoxsulların və müsafirlərindir (pulu qurtarıb yolda qalan yolçularındır). Allah hər şeyə qadirdir!”

    Bu səbəbdən də bu imtiyazdan saxtakarlıqla faydalanmasın deyə seyidliyin müvafiq “şəcərəsi” tutulub. Şəcərə ərəbcədə ağac mənasını verir və seyidliyə iddia edən şəxsin soy kökünün kimlər vasitəsilə imamlara bağlandığını göstərirdi. Bu şəcərəyə müvafiq yerli dövlət qurumlarının təsdiqi də şərt olub. Hətta İran və İraqda bununla bağlı müvafiq arxivlərin olması haqqında iddialar var.

    Ancaq göründüyü kimi, bu sənəddə o şəcərədən söhbət getmir, üstəlik, hətta şəcərə olsa belə, QMİ-nin yerli nümayəndəsinin bunu hansı əsasla etməsi məlum deyil. Amma maraqlı olan başqa bir məqam Mirqiyas Təhməzovun ötən həftə Masallı Məhkəməsində verdiyi ifadədir. Məsələ ondadır ki. ötən həftə hazırda həbsdə olan ilahiyyatçı Şeyx Sərdar Babayevin məhkəmə prosesi keçirilib və Mirqiyas Təhməzov da ifadə verib. Qazı həmin məhkəmə prosesində verdiyi ifadəsində Şeyx Sərdarı məsciddə xütbə deməyə özü dəvət etdiyini etiraf edib və eyni zamanda istintaqda onun əleyhinə ifadə verdiyi, yəni həbs olunmasında rolu olduğu da üzə çıxıb. İndi isə bu şəxsin seyidlik vəsiqəsi verdiyi məlum olub.

    Yeri gəlmişkən, Masallı məhkəməsində verdiyi ifadəsində Təhməzov “Mənim üçün dövlətin qanunları bütün qanunlardan üstündür” demişdi.Görəsən seyidlik vəsiqəsini hansı qanunlara əsasən verib: dövlət, yoxsa dini?

    Kənan Rövşənoğlu (Musavat.com)

    3. Seyidlik vəsiqəsi verən molla danışdı.

    Qafqaz Müsəlmanları İdarəsinin Cənub Regional qazisi Hacı Mirqiyas Təhməzov Elnur Tağıyevə seyidlik vəsiqəsi verməyindən danışıb.

    "Qaynarinfo" unikal.org-a istinadən xəbər verir ki, QMİ təmsilçisi bu vəsiqəni E.Tağıyevə onun şəcərəsini araşdırdıqdan sonra verdiyini deyib: "Bu vəsiqəni mən əslən lerikli və hazırda Lənkəran rayon Sütəmordov kənd sakini Elnur Tağıyevə araşdıraraq vermişəm. Həmin vəsiqə ilə təsdiq olunur ki, bu adamın nəsl-nəcabəti seyiddir. Bir neçə nəfərin razılığı ilə bu sənəd verilib. Onların kəndlərindən, böyüklərindən öyrənib, həmin insanların razılığı ilə belə addım atmışıq. Onlar da Elnurun seyid olmasını təsdiq edib.”

    Hacı Mirqiyas Təhməzov indiyənədək Elnurdan başqa heç kimə belə bir vəsiqə vermədiyini dilə gətirib: "Biz kağız vermişik ki, o adamların şəhadəti ilə Elnur seyidir. Mən bilməzdim ki, seyidlik kağızı belə söz-söhbətlərə gətirib çıxarar. Bilsəydim bu kağızı verməzdim. Sənədi verməyimə də özüm peşiman oldum. O adam çox kasıb bir oğlandır. Məndən xahiş etdilər ki, onlara belə bir sənəd verək. O, yalvarıb-yaxardı və bildirdi ki, o həqiqətən seyiddir. Gərək bunu etməzdim. Çox peşimanam. Mən bundan sonra heç vaxt belə bir iş görməyəcəm.”

    Hacı Mirqiyas Elnur adlı şəxsə seyidlik vəsiqəsini verməsinin məqsədini də açıqlayıb:
    "İndiki vaxtda seyidlərə qarşı başqa fikirlər səsləndirirlər. Guya, hər adam seyidlik adını ala bilər. İnsanların həqiqi seyidi tanımaları üçün bu addımı atmışam”.
    R4suloffR4suloff
    john smith 14 iyun 2017 22:40 [com-editRedaktə et[/com-edit]

    Sobre a las 9 en punto, tenemos un sub-dial Replicas relojes grande que se construye orgulloso en el estilo del diseño del reloj del misterio de Cartier que comenzó replicas de relojes breitling sobre hace un siglo. Se compone de dos pequeños discos de zafiro con las manos blancasomega replica y nada más. Cada disco se fija al movimiento y las pistas independientemente del otro para indicar horas y minutos.Aunque la idea puede parecer simple
    Cavab yaz
    sf 16 iyun 2017 15:18 [com-editRedaktə et[/com-edit]

    Men's high value comes from the appearance of rolex replica uk high demand for their own management. They have a breitling replica thin dress, a strip of flesh, seemingly casual but actually in the details reflect the high quality of the omega replica dress. With some exquisite accessories to decorate, whether or tie clip are carefully considered cufflinks on the election, is a piece of men's replica rolex watches sublimation of the whole shape, reflecting the unique personality and high taste.
    Cavab yaz

    "Məsciddə qadınla tutulub, pivə içib"; kənd sakinləri toplantı keçirib, polis araşdırma aparır

    Bələdiyyə sədri bunun onun düşmənlərinin işinin olduğunu istisna etməyib....

    19 mart 2004-cü il Bizdə nə qədər şəxsiyyət var?

    Bunun sayı dəqiq bilinməsə də, Azərbaycanda ən azı bir neçə milyon adamın şəxsiyyət vəsiqəsi var. Bizim qanunlara görə, ruhi xəstəyə də şəxsiyyət vəsiqəsi verilə bilər. Əgər jurnalist vəsiqəsi jurnalistə, polis vəsiqəsi polisə...

    İmam Əlinin (ə) Mövlud Günü

    Lənkəranda bu mərasimə 500 nəfərə yaxın şəxs toplaşmışdı...

    Cənubda dindarlar arasında attestasiya başladı||--||

     Ümumiyyətlə, attestasiyadan keçənlərin və keçməyənlərin adının mətbuatda açıqlanması gözlənilir ki, xalq da savadlı və savadsız mollaları ayıra bilsin....

    Bizi seyidlərdən qoruyun!||--||

     Məktub müəllifləri yazır: �Bu adam DSMF-nin həmin şöbəsini əsl korrupsiya və rüşvət bazasına çevirib. Öz vəzifə səlahiyyətlərindən istifadə edərək bu adam rüşvət alıb var-dövlət toplamaqla məşğuldur. Hər hansı bir arayış və...

    Rəy əlavə edin
    Rəy yazarsan html kodlardan istifadə edə bilərsiniz

    Kodu daxil edin:
    Təhlükəsizlik kodunun təsviri üçün bu şəkildəki kodu daxil edin
    yenilə, əgər kod görünmürsə

İyun 2017 (34)
May 2017 (35)
Aprel 2017 (9)
Mart 2017 (4)
Fevral 2017 (1)
Yanvar 2017 (4)
«    İyun 2017    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Web Design: Rasuloff
Cənub Qazisi və Vəsiqə əhvalatı » Cənub Xəbərləri - Regional Qazet