YAP Masallı rayon təşkilatının konfransında iştirakçılar nəyə təəccübləndi? - YENİLƏNİB (...və Əhəd Abıyevin mövqeyi)

    Bölmə: Siyasi / Manşet Tarix: 17-06-2017, 07:39 Oxunma sayı: 547
    Yaxud İcra hakimiyyəti və Abıyevlər arasında soyuq müharibə nələr vəd edir?

    4 saat sonra Bakupost. az saytı "istinad etmədən" bizdən necə faydalandı?

    Bu gün gündüz saat 12.30-da cenubxeberleri.com saytına indi sizə təqdim edəcəyimiz yazını yerləşdirdik. Bir neçə saatdan sonra saytımızda problem yarandı. Bundan 4 saat sonra, təxminən saat 16-da bizə heç bir istinad etmədən, Bakupost.az saytı bu yazıdakı əsas faktlardan istifadə edərək eyni mövzuda yeni yazı hazırlayıb və qarşı tərəfin də rəyini əlavə etməklə öz saytına yerləşdirib. Öncə Bakupost.az-a bizi izlədiyi üçün təşəkkür edirik. Lakin paytaxt saytlarının bizə istinad etmək, bizə dəstək olmaq əvəzinə, yazıdan istinadsız faydalanmasına təəssüf edirik.
    İndi isə sizə öncə cenubxeberleri.com-un hazırladığı yazını, daha sonra Bakupost.az-ın yazısını təqdim edirik.

    YAP Masallı rayon təşkilatının konfransında iştirakçılar nəyə təəccübləndi?

    Ən azı 20-25 ildir ki, Abıyevlər ailəsi cənub bölgəsinin, xüsusən də Masallının ictimai və siyasi həyatına nüfuz edir. İstədiyi adamı vəzifəyə gətirir, istədiyini vəzifədən çıxartdırır, məhkəmlərə çəkir, mülklərini əlindən alır, şantaj edir... və sairə.

    2004-ci ilin avqustundan başlayaraq “Cənub xəbərləri” qəzeti “Uduzan Masallıdır” yazısı ilə bu tayfanın etdiklərini geniş miqyasda işıqlandırdı, məhkəmələrə düşdü, təzyiqlərə, hədələrə məruz qaldı.

    Qəzənfər Ağayev 2006-cı ildə Masallıya icra başçısı gələndən sonra isə Abıyevlərə qarşı daha fərqli mübarizə başladı. Belə ki, Viləş çayının sağ sahilində, keçmiş “Kitab Evi” adlanan binanın üzərində Əhəd Abıyevin Heydər Əliyev və İlham Əliyevlə bərabər qoyulan şəkli oradan götürüldü.
    Abıyevlər sadəcə olaraq səlahiyyətlərini itirsə də, formal olaraq vəzifələrində qaldılar.

    Bu mövzuda çox yazsaq da, qısaca onu deyək ki, Qəzənfər Ağayev Masallıdan gedərkən vəzifədə olan Abıyevlər elə hala gətirilmişdi ki, 1-ci müavin olmasına baxmayaraq ona tapşırıq verilmir, Nadir Abıyevə hətta salam verənlər arzu olunmayan şəxslər sırasına düşürdü. Necə deyərlər, onların fəaliyyəti, qeyri-rəsmi dondurulmuşdu.

    Rafil Hüseynov Masallıya İcra Başçısı postuna gələndən sonra vəziyyət bir qədər yüngülləşdi. Hamı ilə sülh, barışıq prinsipini rəhbər tutan yeni icra başçısı Rafil Hüseynov 1-ci müavin Nadir Abıyevin “blokada”sını ləğv edərək onu iclaslara dəvət etdi, bir sıra yerlərə onunla yanaşı getdi, qısası, tam da olmasa da onların fəallaşmasına yardımçı oldu.

    Rafil Hüseynov yəqin gözləmirdi ki, “ölü” nöqtədən çıxartdığı Abıyevlər ona sədaqətsizlik edə.

    Lakin bir müddət keçdikdən sonra vəziyyət dəyişdi. Redaksiyaya sızan məlumatlara görə Abıyevlər köhnə şakərlərdən əl çəkməyərək Rafil Hüseynov üçün problemlər yaratmağa başladı. Kifayət qədər səbrli və tədbirli olan Rafil Hüseynov onların bir neçə kartını açmağa başladı.
    Təxminən bir il öncə Digah məktəbində İcra Başçısının dilindən
    “Bəzi məmurlar pritonları himayə edir” kəlməsini işlətməsi bəzilərində qəribə şübhələr yaratdı. Daha sonra ortaya digər ifşaedici məlumatlar çıxdı.
    Rəhbərliyin Abıyevlərə soyuqluğu ən azı hər addımda hiss edilirdi.

    Qəzetimizin ötən sayında xəbər verdiyimiz kimi Abıyevlərin ən yaxın silahdaşlarından olan, şəhər bələdiyyəsinin sabiq sədri Nizami Alışovun H. Əliyev parkının cənub tərəfində yerləşən obyektinin qanunsuz olması barədə Ali Məhkəmənin qərarı bu sırada ciddi addımlardan oldu.

    YAP Masallı Rayon təşkilatının ötən həftə keçirilən son konfransı da çox mətləblərə aydınlıq gətirdi. Belə ki, digər rayonlarda İHB-nin 1-ci müavinin YAP Rayon Təşkilatının sədri olsa da, Masallıda əksinə, 1-ci müavin Nadir Abiyev, eləcə də onun “telekom”a rəhbərlik edən qardaşı Səməd Abıyev heç bir tərkibə düşmədi. Belə ki, YAP Masallı Rayon Təşkilatının son konfransında nəinki 15 nəfərlik Rəyasət Heyətinin tərkibinə, heç 55 nəfərlik Şuranın tərkibinə də seçilmədi.

    Eləcə də Qurtuluş Günü ilə bağlı verilən konsertdə, böyüklərin əyləşdiyi sırada Nadir Abıyev yox idi.

    Bu “soyuq müharibə”nin necə nəticələnəcəyi hələlik bəlli deyil. Lakin Abıyevlərin açıq-aşkar oyundankənar vəziyyətə salındığı göz önündədir.

    Zahir

    ***

    İcra başçıları arasında gərginlik – Əhəd Abıyevin qardaşı YAP-da “vuruldu”

    Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovla həmkarı, Daşkəsənin icra başçısı Əhəd Abıyev arasında gərginlik yaranıb. Masallı rayonunda həmişə söz sahibi olmağa çalışan Abıyevlər bu dəfə sərt təpkiylə üzləşiblər.

    BakuPost.az xəbər verir ki, gərginlik o həddə çatıb ki, Rafil Hüseyinov birinci müavini olan Nadir Abıyevin (Əhəd Abıyevin qardaşı) demək olar ki, bütün səlahiyyətlərini əlindən alıb. O hətta iki gün əvvəl Qurtuluş Günü ilə bağlı verilən konsertdə belə gözə dəyməyib.

    Bundan əlavə, Abıyev Yeni Azərbaycan Partiyasının Masallı rayon şöbəsinin rəhbərliyindən də uzaqlaşdırılıb.

    Məlumata görə, bir həftə əvvəl YAP Masallı rayon şöbəsinin konfransı keçirilib, yeni İdarə Heyəti və Şura formalaşıb. İcra hakimiyyətlərinin birinci müavinləri adətən YAP-ın həmin rayon şöbələrinin rəhbəri olduğu halda, Nadir Abıyev bu dəfə heç İdarə Heyətinə salınmayıb.

    Rafil Hüseynovun birdən –birə Abıyevlərə qarşı sərt davranması barədə bir neçə versiya var. Deyilənə görə, icra başçısı onunla bağlı "yuxarılara” şikayətlərin və mediada bəzi tənqidi materialların məhz Abıyevlər tərəfindən təşkil edilməsi qənaətindədir. Elə buna görə də R.Hüseynov Masallıda vəzifədə olan Abıyevləri zərərsizləşdirməyə başladığı bildirilir.

    Hətta onun bir neçə görüşlərdə üstüörtülü şəkildə Abıyevlərlə bağlı sərt ittihamlar irəli sürdüyü də gələn məlumatlar sırasındadır.

    Daşkəsən rayon İcra Hakimiyyətini başçısı Əhəd Abiyev BakuPost.az-a açıqlamasında qardaşı Nadir Abiyevin YAP-ın Masallı rayon təşkilatının idarə heyətindən çıxarılması xəbərini təsdiqləyib: "Qardaşım bir müddət əvvəl təqaüdə çıxmaq istəyirdi. Dövlət qulluğundan çıxdığı uşun yüksək pensiya alacaqdı. Həm də özəl iş var, onunla məşğul olacaqdı. Deyirdi ki, yaşım da keçib, artıq təqaüdə çıxmağın vaxtıdır. Başçı isə imkan vermədi, dedi ki, "hələ qal, işlə”. Görünür, qardaşım indi tam qərarını verib.

    Bir adam işdən çıxmaq, təqaüdə getmək istəyirsə, özəl yer açıb, onunla məşğul olmaq istəyirsə, onun İdarə Heyətində qalması və yaxud İcra Hakimiyyətindəki iş nəyinə lazımdır? Qardaşım 1993-cü ildən YAP-ın üzvüdür. Masallı rayon şöbəsinin yaradıcılardan biridir. İndi pensiyaya getmək istəyir, idarə heyətində qalsa, gərək, bütün iclaslara qatılsın. Yenə də partiyanın üzvü kimi orada fəallıq göstərəcək, iclaslarda iştirak edəcək, partiyamıza öz xidmətlərini davam etdirəcək... Məcburdur ki, siyasi şuranın üzvü olsun? 20 ildir, o, vəzifədədir. İndi də partiyanın fəal üzvü kimi işini davam etdirəcək. Cavanlara yer vermək lazımdır”.

    Ə. Abiyev Rafil Hüseynovla münasibətlərinin pis olmasıyla bağlı yayılan xəbərlərə də münasibət bildirib: "Mənim başçıyla aram yaxşıdır. Münasibətimiz də var. Heç bir problem yoxdur”.

    Qeyd edək ki, Abıyevlərin Masallının Rafil Hüseynovdan əvvəlki icra başçısı, hazırda Astara rayon icra başçısı Qəzənfər Ağayevlə də çox kəskin qarşıdurması baş vermişdi. Həmin vaxt yayılan xəbərlərə görə məsələ Prezident Aparatına qədər gedib çıxmış, sonucda Abıyevlərın Masallı hegemonluğuna demək olar ki, son qoyulmuşdu. Lakin R.Hüseynov başçı təyin edildikdən sonra Abıyevlərə münasibət bir qədər yumşalımışdı, Masallıda vəzifədə olan Abıyevlərin "donu” açılmışdı...

    Baku Post

    R4suloffR4suloff

    Cəlilabad- Məmurlar bir-birini udur

    Vaxtilə həmyerlisi Fərhad Əliyevi “zərərsizləşdirən” Kərəm Həsənov bu dəfə 20 ildən artıq Cəlilabad İHB-nin 1-ci müavini işləyən Asif Əzizovu “meydandan” uzaqlaşdırıb...

    Gəl. Gəl, ay seçki günləri!||--||

     Sentyabrın 8-dən parlement seçkilərinə start verilsə də, 10 gündən sonra, sentyabrın 18-də YAP dəstəklədikləri şəxsin siyahısını elan edəndən sonra bəzi konturlara tam aydınlıq gəldi. Cənubda çoxlarının diqqəti 70 saylı,...

    Seçki payızı||--||

    Seçki kompaniyasına rəsmi start verilməsinə cəmi 8 gün qaldı....

    İcra başçısı-Abıyev||--||

     Sirr deyil ki, son illər Abıyevlər söhbəti oxucuların ən çox izlədiyi mövzudur. Onları istəyən də, istəməyən də, heç nəyi istəməyənlər də öncə qəzetdə onlarla bağlı xəbər axtarır. Hətta Abıyevlər atəşkəs elan edib...

    Rəy əlavə edin
    Rəy yazarsan html kodlardan istifadə edə bilərsiniz

    Kodu daxil edin:
    Təhlükəsizlik kodunun təsviri üçün bu şəkildəki kodu daxil edin
    yenilə, əgər kod görünmürsə

İyun 2017 (34)
May 2017 (35)
Aprel 2017 (9)
Mart 2017 (4)
Fevral 2017 (1)
Yanvar 2017 (4)
«    İyun 2017    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Web Design: Rasuloff
YAP Masallı rayon təşkilatının konfransında iştirakçılar nəyə təəccübləndi? - YENİLƏNİB (...və Əhəd Abıyevin mövqeyi) » Cənub Xəbərləri - Regional Qazet