Masallıda 3 məktəb bağlanır


47 müəllimin, 300-ə yaxın şagirdin qonşu məktəblərə köçürüləcəyi gözlənilir.

Respublika Təhsil Nazirliyinin müvafiq sərəncamına əsasən Masallı rayonunda 3 məktəb - Tüklə Ərazi vahidində yerləşən Məmmədoba ümumi (burada 9 sinif, 11 müəllim, 43 şagird fəaliyyət göstərir), Qızılavar Ərazi Vahidində yerləşən Qızılavar ümumi (burada 13 sinif, 22 müəllim, 185 şagird fəaliyyət göstərir) və Qarğalıq Ərazi Vahidində yerləşən Kürdəbaz ümumi orta məktəbi (burada 9 sinif, 14 müəllim, 79 şagird fəaliyyət göstərir) bağlanır.

Masallıda 3 məktəb bağlanır


Bağlanan məktəblərdən birinin - Məmmədoba ümumi orta məktəbinin binası


Bu məlumatları bizə Masallı Rayon Təhsil Şöbəsinin müdir müavini Samit İslamov verib. O həmçinin bildirib ki, bu məktəblər köhnə, yararsız binalarda yerləşir, müasir tələblərə cavab vermirdi. Ləğv olunan məktəblərin müəllimlərinin yerləşdirilməsi üçün digər məktəblərdəki boş yerlər araşdırılıb və onlara təklif olunur.

Redaksiyadan: Bizə daxil olan məlumata görə rasionallaşma ilə bağlı bu təcrübə ilk dəfə Masallıda reallaşır.
Kiçik məktəblərin birləşməsi rayonda birmənalı qarşılanmır. Qızılavar və Kürdabazda müəllimlər buna ciddi etiraz edir.


Bu birləşmə nəticəsində 30-dan artıq texniki işçi də ixtisara düşür ki, onların da işlə təmin olunması sual altındadır.

Vəzifəsini itirən direktorlar barədə də maraqlı məlumatlar dolaşır. Belə ki, Məmmədoba ümumi orta məktəbinin ixtisara düşən direktoru Hakim Qurbanovun qonşu Tüklə tam orta məktəbinə direktor təyin olunacağı gözlənilir. Məlumatda o da deyilir ki, Hakim Qurbanov əvvəllər Mololan ümumi orta məktəbində müəllim işləyib, işində nöqsanlarına görə müəllimlikdən azad edilib, 1 ilə yaxın müəllimliklə məşğul olmayıb.
Biz bu barədə Hakim müəllimin rəyini soruşduq. O deyilənləri inkar etdi.

Onu da xatırladaq ki, hazırda Masallıda 23 məktəbdə direktor yeri boşdur.

Gələcəkdə Masallıda daha 30-a yaxın məktəbin birləşməsi gözlənilir.


Aynur

R4suloffR4suloff

OXUNMA SAYI :1475

{r-rp} {r-rm}


Digər Xəbərlər
Gündəm
İdman Xəbərləri
Şou-Biznes
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff