Almaniyada azərbaycanlı qadını vəhşicəsinə döydülər - FOTO

Onu yumruq və təpiklə vəhşicəsinə döyüblər
 
Azərbaycanlı qadına ağır xəsarət yetirilib. Məlumata əsasən, Azərbaycandan sığınacaq üçün müraciət etmiş Sevinc (41 yaş) adlı bir qadın vəhşicəsinə döyülüb. AYNA xəbər verir ki, hazırda o, Frankenthal şəhər xəstəxanasındadır (Lamsheim County, Rhineland-Palatinate).
 
Qadının sol ayağı sınıb, bədənində çoxsaylı xəsarət və qançırlar var. Bu xəsarətlər qadına Lamsheimdəki qaçqın sığınacağında yetirilib. Bild.de nəşri bildirir ki, K. Sevinc Almaniyaya üç il əvvəl Azərbaycandan gəlib. Qısa müddətdə əczaçılıq peşəsinə yiyələnib alman dilini öyrəndikdən sonra tibb bacısı kimi işləməyə başlayıb. On iki gün əvvəl sığınacaqda qonşu qadınla mübahisə edib. Hadisə zamanı qonşu qadının iki oğlu onu yumruq və təpiklə vəhşicəsinə döyüblər və agır xəsarət yetiriblər.
 
Təbii ki, baş verənlər qadının yaddaşında dərin iz buraxacaq. Lakin ən pisi odur ki, o, gələn həftə sığınacağa qayıtmalı və daha əvvəl onu döyən insanların qonşuluğunda yaşamağa davam etməlidir. O isə bunu ölümə bərabər hesab edir. Məlumat üçün bildirək ki, xanıma hücum edən şəxslər (17-19 yaş) haqqında polis qəsdən ağır bədən xəsarəti yetirmə ittihamı ilə cinayət işi başlasa da, onlar hələki azadlıqdadır. 
 

Rəy yaz
  • Yazarlar
  • Elanlar
  • PDF

Zahir Amanaov

  • 21:19
  • 491

Təcili satılır!

  • 04:07
  • 1 934
Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter